Icma.az
close
up
RU
Meydançanın belə olacağını gözləmirdik Ayxan Abbasov

Meydançanın belə olacağını gözləmirdik Ayxan Abbasov

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"CBC Sport"u 10 illik yubileti münasibəti ilə təbrik edirəm. Futbolun işıqlandırılmasında böyük rolları var, onlara uğurlar arzulayıram. Oyun çətin keçdi. Meydançanın belə olacağını gözləmirdik. Bu cür ağır meydançada xarakter göstərmək lazım olduğunu bilirdik. Sürət baxımından hər iki komanda çətinlik çəkirdi. Bu gün hər iki komanda bir xala layiq idi. Təəssüf ki, ikinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Rəqib isə bir epizoddan yararlandı. Bu cür meydançada futbol oynadıq. Futbolçularıma təşəkkür edirəm. Rəqib bizdən daha təcrübəlidir, daha geniş heyətə malikdir. Davam edəcəyik, mübarizə qarşıdadır. Tovuz azarkeşlərini təbrik edirəm, çoxdandır ki, gözlədikləri günləri gördülər".

Fanat.Az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Sizə elə gəlmir ki, oyun sərt və kobud formada keçdi?

- Mənə elə gəlmir. Meydança onu tələb edirdi. Meydançaya da heyfsləndim ki, çox əziyyət çəkiblər... Mənim də arzum idi ki, "Turan Tovuz" süni örtüklü meydançadan təbii örtüklü meydançaya keçsin. Məncə, tələsdilər. Nə qorxulu idi? Pis zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyunu tələb edirdi.

- Millidən...

- Millidən danışmayacam. Rəqib baş məşqçilər bir az etiraz edirlər. Mətbuat konfransı çox çəkdiyi üçün. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu, məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəm.

- Tovuz stadionunun əvvəlki süni örtüklü meydançası yaxşı idi, yoxsa indiki təbii örtüklü meydança?

- Bura yaxşı olacaq. Lazım idi. Gördükləri işə qiymət verək. Sadəcə oyun milli fasiləsindən sonra keçirilsəydi, meydança da daha mükəmməl olacaqdı. Məncə, meydança hazır deyildi.

- Bəs, Şamaxıdakı stadionunun ot örtüyü nə vaxt təbii örtüyə dəyişdiriləcək?

- Tovuzdakı stadionun ot örtüyünün dəyişdirilməsinə sevinirəm. Bu, bizim futbolumuza lazımdır. Bunu deməliyik. Bir az da həvəsləndirməliyik. "Turan Tovuz" rəhbərliyini, Tovuzu təbrik edirəm ki, böyük iş görüblər. Ümid edirəm ki, Premyer Liqada çox komanda olar və hamı təbii örtüklü meydançada oynayar.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri