Icma.az
close
up
RU
Ayxan Abbasov: Bəzi məsələlər var ki, yaralı yerimizdir

Ayxan Abbasov: Bəzi məsələlər var ki, yaralı yerimizdir

Apasport saytına istinadən Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə görüşdən sonra millimizin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, mütəxəssis 2:1 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Amma oyunçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".

- Üç gündən bir oynamağa öyrəşmək üçün nə etmək lazımdır?
- Bu, uzun söhbətdir. Futbolçularımız gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdır. İslandiya ilə ağır səfər oyunundan sonra, Ukrayna ilə yaxşı mübarizə apardıq. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Amma inanın ki, bu gün futbolçular əllərindən gələnin artığını etməyə çalışdılar.

- 30 ildən sonra milli qoşa oyunların əziyyətini çəkir. Adəətn uğursuzluq olub. Fransadan sonra Ukraynaya məğlubiyyəti bununla əlaqələndirmək olar?
- Futbolda öncədən nəsə demək çətindir. İslandiyadan sonra xal qazandıq. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi, amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdılar. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir.

- Komandada özgüvən artarsa, bu, gediləcək yolun neçə faizi olar?
- Ruhumuz olmasa, istəyirsiz yaxşı futbolçunuz olsun, komanda etmək çətin olacaq. Millidə vaxt çox deyil. 1-ci və 2-ci toplanışda komandada fərq var. Oyun var. Fransa imkan vermədi. Onlara qarşı da istəyirdik bunu. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam etsək, faiz etibarı ilə artacaq. Məncə, daha yaxşı ola bilərik.

- Komanda ilyarımdır ki, qələbə qazana bilmir. İslandiya ilə Bakıda görüş var. Bu oyunda qələbə üçün riskə getməyi planlaşdırırsız?
- İkili oyunlara sistemi oturtmaq istəyirik. Rəqib nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandır qələbə qazanmırıq... Bu gün belə rəqiblərlə çətindir, gerçək danışaq. İslandiya ilə matçda mən də ümidliyəm, azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördünüz, fərqi sezdiniz. Burada da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyun istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Sistemə gəldikdə, məncə, futbolçular hücum xəttindəki oyunçular daha yaxşı olurlar. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı girdi, Toral Bayramov da həmçinin. Mahir Emreli və Rüstəm Əhmədzadə də yaxşı formada olsa, bizim üçün yaxşıdır. 

- Bu gün Prmeyer Liqamızdakı hansı legioner olsaydı, bir xal qazanmaq olardı?
- Legioner desəm, komandama qarşı haqsızlıq edərdim. Adını desəm...(gülür). Amma var. İslandiya və Farer adalarında 3-4 oyunçu var. Futbolçularım bu gün pis deyildi.

- Milli komandanın daha yaxşı olması üçün, həm də klubların işləməsi lazımdır. Abdulla Xaybulllayevi sizin kəşfiniz hesab edə bilərik. Klublar yerlilərin inkişafı üçün dəstək verməlidir?
- Yaxşı mövzudur. Təəssüf ki, mən həm də klub məşqçisiyəm, nəsə desəm, düz anlaşılmır. Şahruddin oyunu buraxacaq. Nə edək? O epizodda qırmızı vərəqəyə baxılmalı idi. Düzdür, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik. Futbolçuların da günahı var. Onlar da qərar vemrəlidir ki, bu klubda oynamaq ehtimalı azdırsa... Rüstəm Əhmədzadəni bu gün alqışlamalyıq. "Sumqayıt"a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdırlar. İddialı klublardan getmək istəmirlər, rahatdırlar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq. Bəzi məsələlər var ki, rəhbərliklə müzakirə edirik. Yaralı yerimizdir. Ümidliyəm ki, daha yaxşı olacağıq.

- Bundan sonra millidən nə gözləyək? Komanda əzmkar oldu, maksimum gözəl müdafiəyə çalışdı. Amma 180 dəqiqəyə 2 zərbə vurduq. Əzmkarlıq və müdafiə olunmaq sarıdan irəlilədik. Xal üçün qapıya zərbə lazımdır...
- Qapıya zərbə lazımdır. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya bilərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək.. Buna da qiymət vermək lazımdır.

I Liqada hakim təyinatları müəyyənləşib II Liqa: “Dinamo” və “Şirvan”dan qələbə PFL rəsmisi Avropa Liqasının oyununa təyinat alıb Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat alıb Avropa çempionatı: Millimiz ikinci pilləyə yüksəlib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Oktyabr 2025 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri