Icma.az
close
up
RU
Ayxan Abbasov: “Bu məsələlər rəhbərliklə müzakirə olunmur”

Ayxan Abbasov: “Bu məsələlər rəhbərliklə müzakirə olunmur”

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXIII turunun "Şamaxı" - "İmişli" matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Sıx qrafikdə oynayırdıq, son matçda üzücü məğlubiyyət də almışdıq. Futbolçular psixoloji tərəfdən yorğun idilər. Buna baxmayaraq, yorğun halda bu gün 90 dəqiqə yaxşı mübarizə apardıq. "İmişli" çempionatda ən çox bərabərə qalan komandadır. Rəqibi oynamağa imkan vermirlər, özləri də oynamırlar. Qubada da görmüşdük, burada da gördük. Yorğun olsaq da, mühüm xal qazandıq. Çünki çempionatda həm yerimizi qorumalıyıq, yuxarı pilləyə də şansımız var. Mübarizə davam edir. Komandanı təbrik edirəm. Qarşıdakı matçlara baxacağıq".

- Demək olar ki, "Şamaxı" bütün təhlükələri bu mövsüm üçün özündən uzaqlaşdırdı?
- 
Futbolçularıma da demişəm, komandanın birinci məqsədi Premyer Liqada qalmaq idi. Çünki klub böyümək istəyirsə, Premyer Liqada qalmalıdır. Bəlli büdcəmiz var. Bizdən aşağı olan komandalardan heç nə ilə fərqlənmirik də, deyək ki, hansısa üstünlüyümüz var, böyük bazamız var, böyük komandayıq. Bilirsiz ki, Premyer Liqaya çıxdıqdan sonra 2-ci ilimizdir. İkinci ildə aşağı pillə həyəcanı yaşamamaq, gənclər, yeni legionerlər...Məncə, yaxşı nəticələrdir. İkinci dövrədən də stabil olaraq yerimizdəyik. Kubokda hədəf var idi. Amma "Qarabağ" çox güclü idi. Bəlkə də bir az təcrübə, rotasiya üçün geniş heyət olsaydı, daha yaxşı oynamaq olardı. Bundan sonrakı özümüz və futbolçuların gələcəyi üçün böyük motivasiyadır. Hər oyunda mübarizə aparacağıq.

- Yerli oyunçulara görə klublara bonuslar ödənilir. Rəhbərliklə danışmağı düşünürsüz ki, bundan sonra yerlilərə şans verək?
- 
Bəzi şeylər var ki, bu, sırf mənə aiddir. Azərbaycanda son dövrə qalanda, fikirlər də dəyişir, məqsədlər də. Ona görə bu cür suallar gəlir. Amma mənim öz məqsədim, yanaşmam var. Meydana kimi buraxacağıq, kimi oynadacağıq.. Bu məsələlər rəhbərliklə müzakirə olunmur.

Küveytdə qalan hakimlərimiz Vətənə dönüblər “Qarabağ”dan azarkeşlərə jest Füzuli Məmmədov: “Qələbəyə ehtiyacımız var” Saşa İliç: “Nəticə üçün vaxt lazımdır” “Sumqayıt” autsayderlə bacarmadı - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 Mart 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri