Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Ayxan Abbasov: “Bu komandanın potensialı var”

Ayxan Abbasov: “Bu komandanın potensialı var”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az Krakovdan xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Dünən qayğılı olduq. Amma futbolçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq.

– Üç gündən bir oynamağa öyrəşmək üçün nə etmək lazımdır?
– Futbolçularımız gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunlarının sayını çoxaltmaq lazımdır. Ukrayna ilə yaxşı mübarizə apardıq. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. İnanın ki, bu gün futbolçular əllərindən gələnin artığını etməyə çalışdı.

– 30 ildən sonra milli qoşa oyunların əziyyətini çəkib. Adətən uğursuzluq olub. Fransadan sonra Ukraynaya məğlubiyyəti əlaqələndirmək olar?
– Futbolda öncədən nəsə demək çətindir. İslandiyadan sonra xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdı. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir.

– Komandada özgüvən artarsa, gediləcək yolun neçə faizi olar?
– Ruhumuz olmasa, istəyirsiz yaxşı futbolçunuz olsun, komanda etmək çətin edəcək. Millidə böyük vaxt da yoxdur. 4-5 gündə yığışıb, belə oyunlara hazırlaşmaq üçün deyirəm. 1-ci və 2-ci toplanışda komandada fərq var. Oyun var. Fransa imkan vermədi. Onlara qarşı da istəyirdik bunu. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam edəriksə, faiz etibarı ilə artacaq. Məncə, daha yaxşı ola bilərik.

– Komanda ilyarımdır ki, qələbə qazana bilmir. İslandiya ilə Bakıdakı görüş var. Bu oyunda qələbə üçün riskə getməyi planlaşdırırsız?
– İkili oyunlara sistemi oturtmaq istəyirik, komanda olaraq oyunumuzu qazandırmaq istəyirik. Rəqib nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandır qələbə qazanmırıq…Bu gün belə rəqiblərlə çətindir, gerçək danışaq. İslandiya ilə matçda mən də ümidliyəm, azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördüz, fərqi sezdiz. Burada da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyunu istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı girdi, Toral Bayramovu qeyd edərəm. Mahir Emreli və Rüstəm Əhmədzadə yaxşı formada olsa, bizim üçün yaxşıdır. Abbas və Elvin də hücumda köməyi dəydi, yaxşı idi.

– Bu gün Prmeyer Liqamızdakı hansı legioner olsaydı, bir xal qazanmaq olardı?
– Legioner desəm, komandama qarşı haqsızlıq edərdim. Adını desəm…(gülür). Amma var. İslandiya və Farer adalarında 3-4 oyunçu var. Futbolçularım bu gün pis deyildi.

– Milli komandanın daha yaxşı olması üçün, həm də klubların işləməsi lazımdır. Abdulla Xaybulllayevi sizin kəşfiniz hesab edə bilərik. Klublar yerlilərin inkişafı üçün dəstək verməlidir?
– Yaxşı mövzudur. Təəssüf ki, mən həm də klub məşqçisiyəm, nəsə desəm, düz anlaşılmır. Şahruddin İslandiya ilə oyunu buraxacaq. Nə edək? Üstəlik, o epizodda qırmızı vərəqəyə baxılmalı idi. Düzdür, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik. Futbolçuların da günahı var. Onlar da qərar verməlidir ki, klubda oynamaq ehtimalı azdırsa… Rüstəm Əhmədzadəni bu gün alqışlamalyııq. “Sumqayıt”a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdırlar. İddialı klublardan getmək istəmirlər, rahatdırlar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq. Bəzi məsələlər var ki, rəhbərliklə müzakirə edirik. Yaralı yerimizdir. Ümidliyəm ki, daha yaxşı olacağıq.

– Bundan sonra millidən nə gözləyək? Komanda əzmkar oldu, maksimum gözəl müdafiəyə çalışdı. Amma 180 dəqiqəyə 2 zərbə vurduq. Əzmkarlıq və müdafiə olunmaq sarıdan irəlilədik. Xal üçün qapıya zərbə lazımdır…
– Qapıya zərbə lazımdır. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya blərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb, bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək..Buna da qiymət vermək lazımdır.

“FutbolPress”, Krakov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Sentyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri