Icma.az
close
up
RU
Bu gün milli komandanın qapısını döyən gənclər var Ayxan Abbasov

Bu gün milli komandanın qapısını döyən gənclər var Ayxan Abbasov

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda bir neçə Premyer Liqa klubu Türkiyədə təlim-məşq toplanışındadır. Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov da onların hazırlıqlarını və yoxlama görüşlərini izləmək üçün Antalyaya yollanıb. 

Fanat.Az Azərbaycan millisinə potensial namizəd futbolçuları izləyən çalışdırıcı ilə söhbətləşmək imkanı əldə edib. 

- Ayxan müəllim, bir neçə gündür Antalyadasınız. Səfərinizin məqsədini bilmək istərdik.
- Milli komandanın futbolçuları klublarının heyətində toplanışdadır. Məqsədimiz onları yoxlama oyunlarında iş başında izləməkdir. İki köməkçim ilk gündən buradadır. Çalışırıq ki, bütün oyunları canlı izləyək. Bu gün üç qarşılaşmaya baxdıq. 

- Müşahidəniz nəyi göstərir?
- "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov ilk hissədə daha çox yerli futbolçulara şans verdi. Hətta onların içərisində gənclər də var idi. Yaxşı təsir bağışladılar. "Qarabağ" oyunu iki heyətlə keçirdi. Birinci hissədə 2 yerli futbolçu meydanda idi. İkinci hissədə azərbaycanlıların sayı 5-ə çatdı. "Sumqayıt" Antalyada 2 oyun keçirib və hər ikisində yerli futbolçular şans qazanıblar. Hazırlıq davam etdiyi üçün tam ideal formada olmasalar da, pis təsir bağışlamırlar. 

-  Renat Dadaşovla görüşünüzün özəl səbəbi var idi? 
- Bildiyiniz kimi, Renat Dadaşov da buradadır. Onunla da görüşdüm. Milli üzvləri hiss etməlidirlər ki, yoxlama oyunları da onlar üçün vacibdir.    

- Millinin qarşıdakı oyunlarında yeni adlar görə biləcəyik, yoxsa hələ gözləməliyik?
- Gənclər var ki, bu gün milli komandanın qapısını döyürlər. Son toplanışda 2-3 futbolçu debüt etdi. Məncə, belə davam etsə, yenə yeni adlar olacaq. Namizədləri izləyirik, məşqçiləri ilə danışırıq. 

- Paralel olaraq "Şamaxı"nı da çalışdırdığınızı nəzərə alsaq, səfərinizin klubunuza faydası oldumu?
- Təbii ki, izlədiyimiz komandalar həm də rəqiblərimizdir. Bundan başqa, elə gənclər var ki, onları "Şamaxı"da görmək istəyirəm. Onları da izləyirəm. Bizim iddiamız digərlərindən fərqlidir. Başqalarından fərqli olaraq, biz gənclərə daha çox meydan verməyə çalışırıq. 

- Belə vəziyyət yaranıb ki, yerli futbolçular daha çox oynaya biləcəkləri klublara üz tutmaqda maraqlı deyillər.
- Məncə, növbəti mövsüm dediyiniz məqam baxımından daha fərqli olacaq. Bunu düşünəcəklər. Məlum qaydalardan sonra bu ilk ildir, bir çoxunun klubu ilə müqaviləsi var. Karyeralarını fikirləşirlərsə, növbəti mövsüm diqqətli seçim etməli olacaqlar. 

- Millinin martda toplanışı olacaq. Yaxın altı ay üçün qrafikdə dəyişiklik etməyi düşünürsüz?
- Bilirsiz ki, mart ayında FİFA-nın pəncərəsində 2 oyun var. Yayda Avstriyada toplanış təşkil etmək fikrimiz var. Həmin arada da 2 oyun keçirməyi fikirləşirik. Fikrimcə, Millətlər Liqasının startına qədər iki toplanış kifayət edəcək. 

- İnsanları düşündürən əsas məsələ millidə mümkün köklü dəyişikliklə bağlıdır.
- Bu dəqiqə köklü dəyişiklik üçün böyük seçimimiz, perspektivli futbolçumuz yoxdur ki, beş-on il irəlini fikirləşək. Bunun üçün gərək elə U-21 və ya U-19 komandamız olsun ki, onları qazanmaq üçün nələrdənsə keçməyi gözə alaq. Bu proses yavaş-yavaş olacaq. Bu gün sevindirici məqam ondan ibarətdir ki, millimiz orta yaş göstəricisinə görə gəncdir. U-21-də oynamalı olan 2004 və 2005 təvəllüdlü Xəyalın, Rüfətin əsas millidə çıxış etməsi qeyd olunmalıdır. Onların sayını artırmalıyıq ki, gələcəkdə keçid prosesi vaxtı axsamayaq. Təcrübəlilərlə rəqabətə girəcək gənclərə ehtiyacımız var.

- Əsas millinin baş məşqçisi kimi U-21-ə təyinat barədə fikirlərinizi bilmək istərdik.
- (gülür) Onu deyə bilərəm ki, U-21 ilə sıx əlaqədəyik. Çalışırıq ki, bəzi futbolçularla bağlı bir yerdə fikir mübadiləsi edək. Onların son oyunları zamanı özüm də səfərə getmişdim. Çünki U-21 ilə əsas milli arasında bağlılıq olmalıdır. Ümumiyyətlə, aşağı yaş qrupları eyni fəlsəfəyə xidmət etməlidir. Yaxşı komanda istəyiriksə, sistem olmalıdır. Bunu rəhbərliklə müzakirə edirik. Bunun üçün vaxt lazımdır. 

Əli Sahib 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri