Icma.az
close
up
RU
Ayxan Abbasov : “Çempionatda yerli futbolçular üçün limit olmalıdır”

Ayxan Abbasov : “Çempionatda yerli futbolçular üçün limit olmalıdır”

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının VIII turu çərçivəsində “Şamaxı” səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Çətin oyun idi, mühüm qələbə qazandıq. Bilirik ki, “Qəbələ” turnir cədvəlində bizdən aşağı pillədə olsa da, yaxşı futbol oynayır, yaxşı mübarizə aparır. Uduzduqları oyunlarda da pis təsir bağışlamamışdılar. Gərgin oyun oldu, bunu gözləyirdik. Birinci hissədə 2-3 real qol epizodumuz var idi. Onları istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Ancaq bundan əvvəlki matçlarda etdiyimiz səhvləri bu oyunda təkrarlamadıq. Bu gün futbolçularımdan istəmişdim ki, 2-ci hissə nəticəyə oynayaq və səhvləri təkrarlamayaq. Fasilə olacaq, zədəlilərimiz də var. Çətindir. Onlar da düşərgəyə qayıdanda, daha rahat olacaq. Azarkeşlərimizi təbrik edirəm. Bu gün mühüm xal qazandıq və turnir cədvəlində irəliyə addımlaya, həm də xal fərqini artıra bildik. Bu da bizim üçün mühümdür.

– “Şamaxı” olaraq fasilədən necə istifadə edəcəksiz?

– Planlarımız var. Turun son görüşünü biz oynadıq, növbəti tura da ilk olaraq biz başlayırıq. Ötən dəfəki fasilədən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu da yaxşıdır, futbolçularımız tonusda olacaq. Beş futbolçumuz U-21 yığmasında olacaq. Məşqlərimiz eyni səviyyədə davam edəcək.

– AFFA-nın məlum paylaşımından nəsə başa düşmək olmadı. Sizdən eşitmək istəyərdik, milli komandaya baş məşqçi təyin olunmusuz? Detallar haqda məlumat verə bilərsiz?

– Məncə, AFFA məlumat verib, milli komandamıza rəhbərlik edirik. Əlbəttə, müqaviləmiz var. Şərtlər, detallar federasiyamızla aramızda olan məsələlərdir. Məni əsas maraqlandıran güvən və istək idi. O güvəni də gördüm. Milliyə kömək də lazımdır. Martdan federasiya ilə əməkdaşlığımız var, U-21 yığmasında işləyirdik. Elə gətirdi ki, Ukrayna oyununa çıxardıq komandanı, qarşıdakı planlar haqda geniş məlumat verəcəyik. Vaxt lazımdır, bəzi məsələlər həll olunmalıdır. Bu dəqiqə bir-birimizə güvən var, milliyə biz başçılıq edirik.

– Müddət məsələsində fikir ayrılığı var?

– Müddətdə heç bir problem yoxdur. Bir az müddət məsələsini də elə danışırıq ki, sanki 5-6 il desəm, Hər şey bitir. Bilirsiz ki, məndən əvvəlki məşqçilərdə də müddət olub. Əvvəlki komandalarımda da 3 illik müqavilələrim olub. Məncə, müddət vacib deyil, vacib olan odur ki, biz nə istəyirik, qarşımıza qoyulan məqsəd nədir. O barədə fikir mübadiləmiz olub, anlaşma da sağlanıb.

– Rüfət Abdullazadəni milliyə niyə dəvət etmədiz?

– Ən önəmlisi odur ki, heyəti qorudum. Çünki millidə bu dəqiqə böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Çox problem var, bir çox futbolçu klublarında çıxış etmir. Bu dəqiqə dəyişiklik pis təsir edər. Son matçda da futbolçuların istəyinə görə haqq edirdilər ki, yenidən millidə olsunlar. Rüfət Abdullazadəni izlədim, onu çox yaxşı tanıyıram. Hücum xəttindəki rəqabətimiz çox yaxşıdır. Rüfət də gələcək planımızda var. Tək o yox, bir neçə futbolçu var ki, millinin heyətinə düşə bilər. Bu dəqiqə ən yaxşı formada Xəyal Əliyevdir. Amma U-21 yığmasını da, futbolçuların inkişafını da fikirləşirik. Rüfət də haqq edir. Qismət olarsa, dəvət ediləcəklər.

– Mahir Emreli klubunda oynamayanlardandır. Bu proses davam edərsə, necə olacaq?

– Mən başqa cür yanaşıram. Mahirlə də söhbətim olub. Bu gün futbolçularımızı da qorumalıyıq. Bəli, klubda da nəsə problem ola bilər, çətindir, oyun praktikası azdır. Amma hücum xəttindəki futbolçularımız ümumilikdə az oynayırlar. Yəqin ki, bunu Mahir daha yaxşı bilir, fikirləşir. Klubundakı niyə birdən-birə belə qərar verdilər? Çünki “Kayzerslautern” Mahirin transferində israrlı idi. Mahir ötən mövsümü də pis keçirməmişdi. Ona güvənimiz çoxdur. Digər futbolçularımız da var ki, Avropada rahatlıqla çıxış edə bilərlər. Bu dəqiqə Mahirə dəstək olmalıyıq.

– Milli üzvlərinin az oynamasının səbəblərindən biri də legioner limitidir. AFFA rəhbərliyi ilə söhbətinizdə bu barədə bu haqda danışmısız? Yenidən limitin tətbiqi gündəmə gələ bilər?

– Həmişə bu fikirdə qalıram ki, çempionatımızda ən azından limit olmalıdır. Bunu əvvəllər də demişəm. Ancaq futbolçular da fikirləşməlidir. Oyunçular da bəzən səhv qərarlar verirlər. Bilirlər ki, o komandada oynamaq ona çətin olacaq, ancaq israrla orada qalırlar. Bu gün yerli futbolçuların ən az oynadığı klub “Turan Tovuz”dur. Rəhim Sadıqov, Ayxan Quseynov, Veysəl Rzayev, Xəyal Nəcəfov, bunlar milliyə namizəd ola bilərlər. Amma az oynayırlar. “Qarabağ”da elədir ki, liqada oynayırlar, balans yaranır. Bəzən futbolçular milli üçün mübarizə aparmalıdırlar. Bu gün “Neftçi”də, “Zirə”də yerlilər oynayır, rəqabətdə udurlar. Gələcək göstərəcək. Fikir mübadiləsi olarsa, yenə də fikrimizi deyərik.

– Fransaya qarşı oyun haqda nə düşünürsüz? Sizcə, öz imicinizə də zərbə ola bilər? Çünki bəzi azarkeşlər Oser faciəsinin təkrarlana biləcəyini ehtimal edir. A milliyə gəlişinizi bir qədər ləngidib, sonra təyinat gerçəkləşə bilərdi?

– Fransa, Ukrayna və İslandiyaya qarşı oynamaq çox çətindir. Amma inanın ki, bu haqda bir saniyə belə, fikirləşməmişəm. Məni başqa detallar narahat edirdi. Doğrudur, dediyiniz məqamlar önəmlidir. Millidə çalışmaq istəyirsənsə, rəqiblər hər zaman güclü olacaq. Qarşıdakı rəqiblərin kim olacağını bilmirik. Çəkinəcəyiksə, bu işlə məşğul olmayaq. Futbolçularım da inanacaq, döyüşəcəyik. Bu dəqiqə ən vacibi savaşmaqdır. Bunu etdikdən sonra neqativlər olmayacaq. İnamlıyam. Qarşımıza qoyulan məqsəd vuruşmaqdır.

– Oynamayanları milliyə dəvət edən də sizlərsiz. Niyə onları dəvət edirsiz?

– Bu gün klublarında oynamayanlar zəif deyillər. Hər məşqçinin seçimi var. Oynayan oyunçulara baxmaq və oynamayanlarla müqayisə etmək lazımdıır. 

– Məsələn, keçmiş futbolçunuz Ayxan Hüseynov…

– Oynayır ki? İndi sizin oynamayanlar dediyiniz oyunçular, əvvəl oynamayıb? Elə yanaşmayaq da. Seçim azdır. Sən də haqlısan, mən də haqlıyam. Bu gün altı ay oynamayan oyunçunu milliyə dəvət etsəydim, sizinlə razıyam. Bu dəqiqə o oyunçuların hər an oynamaq şansı var. Mahir Emreli ən yaxşı oyunçumuzdur. Onu kənara atmağımız düzgün olmazdı. Ayxanı yaxından tanıyıram. Qol vurub. Onun yerində oynayanlara baxmaq lazımdır. Ceyhun Nuriyev dubl edib. Rüfət Abdullazadəni izlədim. Son oyunu məni qane etmədi. Oynamaq kifayət etmir. Rüfət 45 dəqiqə oynayırsa, milliyə gələcək deyə, bir şey yoxdur. Oyun keyfiyyəti var. Ozancan Kökçünü də dəvət etmədim. Baxışlar var. Rüstəm də oynayır, Rüfət də. Rüfət Abdullazadədə istədiyimizi görsək, çağıracağıq.

– U-21 yığması ilə bağlı planlar necə oldu?

– Heç bir plan yarıçmıq qalmayıb, davam edir. Qərarlaşdıq ki, ora da nəzarətimiz olacaq. Düzdür, oranın baş məşqçisi olacaq. Orada 4-5 futbolçu var ki, A milliyə namizəddir. Amma təcrübə qazanmalıdırlar. Builki işimiz o idi ki, A milliyə 4-5 oyunçu qazandıraq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 05 Oktyabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri