Icma.az
close
up
RU
“Futbolçular oynasa, milli üçün yaxşı olacaq” Ayxan Abbasov

“Futbolçular oynasa, milli üçün yaxşı olacaq” Ayxan Abbasov

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olub. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

“Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Dünən qayğılı olduq. Amma futbolçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq”.

– Üç gündən bir oynamağa öyrəşmək üçün nə etmək lazımdır?

– Uzun söhbətdir. Futbolçularımızın təməli gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdır. Ukrayna ilə yaxşı mübarizə apardıq. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Çempionatımızın tempi, futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar. Amma inanın ki, bu gün futbolçular əllərindən gələnin artığını etməyə çalışdı.

– 30 ildən sonra milli qoşa oyunların əziyyətini çəkib. Adətən uğursuzluq olub. Fransadan sonra Ukraynaya məğlubiyyəti əlaqələndirmək olar?

– Futbolda öncədən nəsə demək çətindir. İslandiyadan sonra xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdı. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir.

– Komandada özgüvən artarsa, gediləcək yolun neçə faizi olar?

– Ruhumuz olmasa, istəyirsiz yaxşı futbolçunuz olsun, komanda etmək çətin edəcək. Millidə böyük vaxt da yoxdur. 4-5 gündə yığışıb, belə oyunlara hazırlaşmaq üçün deyirəm. 1-ci və 2-ci toplanışda komandada fərq var. Oyun var. Fransa imkan vermədi. Onlara qarşı da istəyirdik bunu. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam edəriksə, faiz etibarı ilə artacaq. Məncə, daha yaxşı ola bilərik.

– Komanda ilyarımdır ki, qələbə qazana bilmir. İslandiya ilə Bakıdakı görüş var. Bu oyunda qələbə üçün riskə getməyi planlaşdırırsız?

– İkili oyunlara sistemi oturtmaq istəyirik, komanda olaraq oyunumuzu qazandırmaq istəyirik. Rəqib nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandır qələbə qazanmırıq…Bu gün belə rəqiblərlə çətindir, gerçək danışaq. İslandiya ilə matçda mən də ümidliyəm, azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördüz, fərqi sezdiz. Burada da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyunu istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı girdi, Toral Bayramovu qeyd edərəm. Mahir Emreli və Rüstəm Əhmədzadə yaxşı formada olsa, bizim üçün yaxşıdır. Abbas və Elvin də hücumda köməyi dəydi, yaxşı idi.

– Bu gün Prmeyer Liqamızdakı hansı legioner olsaydı, bir xal qazanmaq olardı?

– Legioner desəm, komandama qarşı haqsızlıq edərdim. Adını desəm…(gülür). Amma var. İslandiya və Farer adalarında 3-4 oyunçu var. Futbolçularım bu gün pis deyildi.

– Milli komandanın daha yaxşı olması üçün, həm də klubların işləməsi lazımdır. Abdulla Xaybulllayevi sizin kəşfiniz hesab edə bilərik. Klublar yerlilərin inkişafı üçün dəstək verməlidir?

– Yaxşı mövzudur. Təəssüf ki, mən həm də klub məşqçisiyəm, nəsə desəm, düz anlaşılmır. Şahruddin oyunu buraxacaq. Nə edək? O epizodda qırmızı vərəqəyə baxılmalı idi. Düzdür, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik. Futbolçuların da günahı var. Onlar da qərar verməlidir ki, klubda oynamaq ehtimalı azdırsa….Rüstəm Əhmədzadəni bu gün alqışlamalyııq. “Sumqayıt”a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdırlar. İddialı klublardan getmək istəmirlər, rahatdırlar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq. Bəzi məsələlər var ki, rəhbərliklə müzakirə edirik. Yaralı yerimizdir. Ümidliyəm ki, daha yaxşı olacağıq.

– Bundan sonra millidən nə gözləyək? Komanda əzmkar oldu, maksimum gözəl müdafiəyə çalışdı. Amma 180 dəqiqəyə 2 zərbə vurduq. Əzmkarlıq və müdafiə olunmaq sarıdan irəlilədik. Xal üçün qapıya zərbə lazımdır…

– Qapıya zərbə lazımdır. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya blərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb, bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək. Buna da qiymət vermək lazımdır. (sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Oktyabr 2025 03:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri