Ayxan Abbasov: Günahkar axtarmayacağıq, məsuliyyət məndədir
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyundakı nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Milli.Az report-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında deyib.
O, Bakıda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb:
"Qələbə qazanmaq istəyirdik, alınmadı. Vəziyyətimizi daha da çətinləşdirdik. Epizodlardan istifadə edə, tempi qaldıra bilmədik. Günahkar axtarmayacağıq, məsuliyyət məndədir. Futbolçular çalışdılar, alınmadı".
A.Abbasov istədikləri kimi çıxış edə bilmədiklərini vurğulayıb:
"Nəticədən narazı qalanların hər biri haqlıdır. Bu gün rəqibi udmağa məcbur idik. Potensialımızdan zəif çıxış etdik. Bunun çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir. Müqaviləmiz qışa qədərdir. Biz buraya ağır dönəmdə gəldik, çəkinmədən məsuliyyəti üzərimizə götürdük. Rəhbərlik hansı qərarı versə, onlarla razıyam".
Baş məşqçi komandanı növbəti oyuna hazırlamağın çətin olacağını söyləyib:
"Heyətdə dəyişikliklər olacaq. Futbolçularla danışacağıq. Real danışmaq lazımdır, komandamı tərifləməyəcəm. Qələbə qazanan komandaya gəlməmişdim. İslandiya seçməsi bizə gəzə-gəzə 5 qol vurmuşdu. Bu gün o yoxdur. Milli komandada istək var".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:93
Bu xəbər 01 Oktyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















