Icma.az
close
up
RU
Ayxan Abbasov: “Heyət baxımından çox əziyyət çəkirik”

Ayxan Abbasov: “Heyət baxımından çox əziyyət çəkirik”

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Şamaxı" Misli Premyer Liqasının XXXV turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Heyət baxımından çox əziyyət çəkirik. Bu oyun yox, mövsüm bizim üçün uğurlu oldu. İstəyimiz Premyer Liqada qalmaq idi. Sevindirici haldır ki, komanda 35 tur ərzində heç vaxt sonuncu yerdə olmadı. Bizdən büdcə baxımından üstün olan komandalarla başabaş mübarizə apardıq. Rəqibi təbrik edirəm. Konfrans Liqasına vəsiqə qazandılar. Gələn mövsüm bizim üçün bundan da ağır keçəcək. Son matçlarda daha çox gənclər, az oynayan futbolçular meydanda olur. Bəlkə də oyunun ədalətli nəticəsi heç-heçə olardı. Bir səhv bizə baha başa gəldi. Çempionatın bitməsini səbrsizliklə gözləyirəm. Son oyundan sonra gələcək haqqında düşünəcəyik".

- Bir çox futbolçularınıza təkliflər var. Növbəti mövsüm üçün yeni komanda quracaqsız? 
- Yayda demək olar ki, sıfırdan komanda qurduq. Düzdür, I Liqadan gələn 9-10 futbolçu qaldı. Bu gün Arsen Ağcabəyov, Edqar Adilxanov meydanda idi. İndi üstünlüyümüz odur ki, bəzi legionerlərin müqaviləsi var. O qədər də əziyyət çəkməyəcəyik. Vasili ilə Bakiç komandada deyil, Brahim Konate "Zirə" ilə müqavilə bağlayıb. Yeni transferlər olacaq. Bir aydan çoxdur bu yöndə iş gedir. İnanıram ki, "Şamaxı"da qalsam, yaxşı komanda quracağıq.

- Növbəti mövsümdə"Şamaxı"nın hədəfi nə olacaq? 
- İlk növbədə büdcəyə baxmaq lazımdır. Bu büdcə ilə desəm ki, hədəfimiz yuxarı pillələrdir, yalan danışaram. Amma keçən ilə baxanda təcrübəliyik. Yuxarı yerlərdə olmağa cəhd edəcəyik. Bu da əslində büdcədən asılıdır. Problemlər yəqin ki, yaxın günlərdə həll olunacaq.

- Mediada adınız "Sabah"la hallanır. Bu, nə dərəcədə doğrudur? 
- İlk dəfə sizdən eşitdim. Bəzi çətinliklər var. İstədiyimiz olmasa, mən də riskə getmərəm. Bu mövsüm də risk etmişdim. Hər şey ola bilər.

- Dövlətin klublara ayırdığı vəsaitin məbləği azalacaq. "Şamaxı" bu büdcə ilə nəyə ümid edəcək? 
- Klubların büdcələrini açıqladığını gördüm. Mənə görə o rəqəmlər tam deyil. Bir az da çoxdur. Bəzi komandaları bilirik. Demək ki, hər şeyi büdcəyə bağlamaq olmaz. Gələn mövsüm çox çətin olacaq. "Qəbələ"ni bilirik, təcrübələri çoxdur. "Karvan" və "İmişli"dən çox şey asılıdır. Çempionat üç dövrədən ibarət olacaq. Buna hazır olmaq lazımdır.

- Rəhbərlik əlavə maliyyə qaynaqları tapmaq üçün çalışır? 
- Bəli. Bu işin içindəyəm. Rəhbərlik dayanmır. Bu rəhbərliklə çalışmaq mənim üçün xoşdur. Burada tam peşəkar gedir. Dəstək lazımdır. Hər şeyi turnir cədvəlinə bağlamayaq. Çempionata "Şamaxı" kimi komandalar lazımdır. Bu gün Rüfət, Edqar, Rauf kimi futbolçular milliyə namizəd görünürlər. Bu gün Cəfər debüt etdi. Gənc futbolçuları komandaya gətirmək istəyirik.

Vasili Berezutski: “Nəticədən razı deyiləm" Rəşad Sadıqov: “Böyük baza inşa etmək istəyirik” “Turan Tovuz” Sumqayıtdan 3 xalla qayıdır - YENİLƏNİB "Araz-Naxçıvan"dan minimalhesablı qələbə - YENİLƏNİB Zirədə qollu sülh - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 May 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri