Icma.az
close
up
RU
Fərid Namazov: “Heyət genişliyi baxımından çətinlik çəkirik”

Fərid Namazov: “Heyət genişliyi baxımından çətinlik çəkirik”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının II turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə məğlub olan “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə məğlubiyyət barədə təəssüratlarını bölüşdü:

– Rəqibin dominant futbol oynamağa çalışacağını bilirdik. Avrokubok və çempionat oyunları da bunu göstərirdi. Onların hücum xəttini neytrallaşdırıb, sürətli keçidlərə və əks-hücumlara çıxmaq istəyirdik. Topa nəzarət etməyə çalışsaq da, nə dərəcədə uğurlu alındığı sual altındadır. Öncədən təhlil etdiyimiz zonallardan qollar buraxdıq. Müəyyən fərdi səhvlərə yol verdik, lakin bunlar oyunun tərkib hissəsidir. Birinci buraxılan qola qədər tam fərqli oyun var idi, ardınca müəyyən eniş yaşandı. Sonda yenə texniki xəta səbəbilə qapımızda qol gördük. Futbolçularımdan razıyam. “Zirə”ni qələbə münasibətilə təbrik edirəm.

Gənc mütəxəssis daha sonra mətbuat nümayəndələrinin suallarına cavab verib:

– Rotasiyalar zamanı nə çatışmadı?

– Ehtiyat qüvvə ilə bağlı müəyyən narazılığımız var. Klubun strategiyalarından biri gənclərə şans verməkdir, lakin hesab 1:2 ikən, 60–70-ci dəqiqələrdə təcrübəsiz futbolçunu meydana buraxmaq riskdir. Digər tərəfdən, onlar da haradansa başlamalıdırlar. Variantlarımız az olduğu üçün belə bir addımı atmağa məcbur qaldıq, amma verilən şansın dəyərini bilməlidirlər. Bu barədə özləri ilə ayrıca söhbətimiz olacaq. Mövsümün əvvəlində futbolçular tam hazır olmadığı üçün bəzən 5 əvəzetmədən maksimum yararlanmaq lazımdır. Dəyişikliklərdə bilərək bir az gecikdik. Hazırda heyət genişliyi baxımından çətinlik çəkdiyimiz üçün müəyyən axsamalar yaşayırıq.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri