Icma.az
close
up
RU
Ayxan Abbasov: İki oyundur hakimlərin simpatiyası rəqiblərə olur

Ayxan Abbasov: İki oyundur hakimlərin simpatiyası rəqiblərə olur

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Şamaxı" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində doğma meydanda "Sabah"a 1:2 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun olacağını bilirdik. "Sabah" avrokuboklarda yaxşı oyunlar keçirmişdi. Bizdən daha yaxşı formadadırlar. İkinci rəsmi oyunumuz idi. Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, oyunu bərabərləşdirə bildik. Epizodlar oldu, dəyərləndirə bilərdik. Bərabərlik qolundan sonra bizim yaxşı fürsətimiz oldu. Amma istifadə edə bilmədik. Əvəzində rəqib standart vəziyyətdən fərqləndi. Futbolçuların "Sabah"a qarşı belə inamlı oynamasını istəyirdik. Məncə, pis alınmadı. İstəyərdik ki, bu gün ən azı 1 xal qazanaq. Buna layiq idik. Çempionat uzun marafondur. Bu gün oyuna 2 itki ilə çıxmışdıq. Bunun təsiri oldu. Növbəti turda ağır "Sumqayıt" səfərinə gedəcəyik. Vaxt da azdır. Həmin matça tam köklənməliyik.

- Birinci qolda qapıçının səhvinin olduğunu düşünürsüz?

- Xeyr. Qapıçı üçün çətin top idi. İrəlidə mövqe səhvi etdik. Mərkəz müdafiəçimiz asmadan sonra topa çatmalı idi. Elə böyük təhlükə yox idi. İlk dəqiqədə vurulan qoldan sonra rəqibə inam gəldi. Birinci qol bu gün bizim məğlubiyyətimizə səbəb oldu.

- "Sabah" 4 ilə yaxındır Şamaxı səfərində qələbə qazana bilmirdi. Bu gün sizin xal qazanmağınız üçün nə çatmadı?

- Bəxt deməyim, oyun şansı "Sabah"ın tərəfində idi. Bizim standart vəziyyətdə Kərim bir metrdən topu əyri vurur, amma onlar eyni vəziyyətdən qapıya düşür. Rəqib də hücum etdi, biz də. Deyə bilmərik ki, bu gün futbolçularımız zəif çıxış etdi. Bəli, qələbə qazanmaq üçün daha yaxşı olmalıyıq. Futbol şansı "Sabah" tərəfdə idi.

- Edqar Ədilxanov əvvəlki performansını göstərə bilmir. Nə baş verib?

- Edqar ötən oyunda əsas heyətdə olmadığı üçün çox suallar olmuşdu. Həmişə deyirəm, bu oyunçuların keçid dövrü var. Edqar hərtərəfli basqıya hazır olmalıdır. Beynəlxalq oyunlara çıxmalıdırlar. Qarşıda U-21 millisinin oyunları gəlir. Ondan sonra daha möhkəm ola bilər. Bəli, Edqardan tam razı deyildik. Bu gün nəsə etmək istədi. İnşallah formaya düşəcək. Özü ilə fərdi söhbət edirəm. Cavanlara dəstək lazımdır.

- İkinci hissədə Rossiyə qarşı çəkmə var idi. Sonradan həmin epizoda baxdız?

- Bu gün bütün foullar bizim tərəfə idi. Zarafatla dedim ki, əvvəl səfər matçlarında top göydə olanda oyunu saxlayırdılar. Bu gün elə itələmələr var idi ki, 100 dənə kadr yığaram. İki oyundur hakimlərin simpatiyası rəqiblərə olur. Bəlkə də rəqiblərin adlarıdır. Sanki bu gün səfərdə oynayırdıq. Hakimlər bizə öyrədir ki, bir az da möhkəm olmaq lazımdır.

- Ötən mövsüm Azərbaycan Kubokunda “Neftçi” – “Sabah” oyununda Rauf Allahverdiyev səhv etmişdi və hakimlikdən uzaqlaşdırıldı. Sizcə, indi digər hakimlər üzərində də təzyiq var?

- Bunu hakimlərdən soruşmaq lazımdır. Onsuz da hakimlərə həmişə təzyiq olacaq. Biz onların üzərinə çox da getmirik. Bizim hakimlər o qədər də zəif deyillər. İstəyirik ki, kiçik foullara görə oyun dayanmasın, oynamağa imkan versinlər. Hakimlərə heç nəyi sübut etmək olmur. Bunları yol polisləri ilə müqayisə edirəm. Biz nə etsək də, səhvik.

- Yayda düşərgənizdə Raul Hacıyev baxışda olub. Gürcüstan vətəndaşı idi, amma sonra qalmadı. AFFA bu məsələdə sizə nəsə köməklik edir? Onu U-21-in növbəti toplanışında görəcəyik?

- Perspektivli futbolçudur. Bir az vaxt lazımdır. Bəzi məsələlər var, qanunlar var.

Elçin Əlixan 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Avqust 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri