Icma.az
close
up
RU
Ayxan Abbasov: “Təslim olmamaq lazımdır”

Ayxan Abbasov: “Təslim olmamaq lazımdır”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunu üçün Parisə yola düşüb.

Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov səfərdən öncə jurnalistlərə müsahibə verib:

– Komanda psixoloji olaraq hazırdır? 

– Üç gün idi ki, Bakıdaydıq. Futbolçuların yanaşması bizi sevindirir. İstəkli idilər. Yüngül zədədən qayıdanlar var. Əsas odur ki, hamı bu oyunların mahiyyətini bilir. Bizi ağır matçlar gözləyir. Komanda olaraq istək və xarakter göstərmək, təslim olmamaq lazımdır.

– Millidə qısa müddətdə nəyi dəyişə bilmisiz? 

– Əlbəttə birdən-birə nəyisə dəyişnək çətindir. Yanaşmamızı dəyişməliyik. İnanıram ki, futboçular formanın dəyərini biləcəklər. Get-gedə daha yaxşı olacağıq.

– Fransa millisində itkilər var. Kilian Mbappe, Osman Dembele yəqin ki, olmayacaq. Barkola da sıradan çıxıb… 

– Fransa güclü komandadır. Alternativləri adlarını çəkdiyiniz oyunçulardan geri qalmır. Fransaya qarşı komanda olaraq hazırlaşmışıq. Elə futbolçular var ki, komandada vacib rol oynayır. Mbappe, Dembele də onlardandır.

– Üzərinizdə təzyiq hiss edirsiz? 

– Hər kəsə təşəkkür edirəm. Dəstək var, bu, motivasiyadır. Millidə çalışmaq bizim üçün qürurdur. Böyük məsuliyyətdir. Harada olduğumuzu bilirik. Uğurlu çıxış etməyə çalışacağıq. Təzyiqlər normaldır. Belə böyük komandanın baş məçqçisi olmaq qürurvericidir. Hər oyunda maksimum xal qazanmaq istəyirik. Çox çətin qrupdayıq. Evdə də iki oyunumuz var.

– Rüfət Abdullazadənin milliyə dəvət edilməməsi nə ilə bağlıdır? 

– Hər dəfə millinin heyəti açıqlanandan sonra fikir mübadiləsi olacaq. Keçən oyunlarda Murad Xaçayevin, Faiq Hacıyevin milliyə niyə dəvət olunmamasından danışdılar. Kənarda qalanlardan danışılır. Rüfəti yaxşı tanıyıram. Bu gün biz başqa cür yanaşırıq. Həmin mövqedə oyunçularımız var. Bir oyunçu artıq dəvət etdik. Gələn oyunlarda dəyişiklik olacaq. Təyinatım matçlara bir həftə qalmış reallaşdı. Tam seleksiyamız olmamışdı. Bundan sonra bütün futbolçulara baxılacaq. Bəzi futbolçular az oynasa da, onlar milliyə lazımdır. Onlardan bir gündə üz döndərməli deyilik. Rüfət və digərləri var ki, qarşıdakı toplanışda bizimlə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Sentyabr 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri