Icma.az
close
up
RU
Ayxan Abbasov: İstək və xarakter göstərmək, təslim olmamaq lazımdır

Ayxan Abbasov: İstək və xarakter göstərmək, təslim olmamaq lazımdır

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunu üçün Parisə yola düşüb.

Sportal.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov səfərdən öncə müsahibə verib:

- Komanda psixoloji olaraq hazırdır? 

- Üç gün idi ki, Bakıdaydıq. Furbolçuların yanaşması bizi sevindirir. İstəkli idilər. Yüngül zədədən qayıdanlar var. Əsas odur ki, hamı bu oyunların mahiyyətini bilir. Bizi ağır matçlar gözləyir. Komanda olaraq istək və xarakter göstərmək, təslim olmamaq lazımdır. 

- Millidə nəyi dəyişə bilmisiz? 

- Əlbəttə birdən-birə nəyisə dəyişnək çətindir. Yanaşmamızı dəyişməliyik. İnanıram ki, futboçular formanın dəyərini biləcəklər. Get-gedə daha yaxşı olacağıq.

- Fransa millisində Kilian Mbappe, Usman Dembele yəqin ki, olmayacaq. Barkola da sıradan çıxıb... 

- Fransa güclü komandadır. Alternativləri adlarını çəkdiyiniz oyunçulardan geri qalmır. Fransaya qarşı komanda olaraq hazırlaşmışıq. Elə futbolçular var ki, komandada vacib rol oynayır. Mbappe, Dembele də onlardandır. 

- Təzyiq hiss edirsiz? 

- Hər kəsə təşəkkür edirəm. Dəstək var, bu,  motivasiyadır. Millidə çalışmaq bizim üçün qürurdur. Böyük məsuliyyətdir. Harada olduğumuzu bilirik. Uğurlu çıxış etməyə çalışacağıq. Təzyiqlər normaldır. Belə böyük komandanın baş məçqçisi olmaq qürurvericidir. Hər oyunda maksimum xal qazanmaq istəyirik. Çox çətin qrupdayıq. Evdə də iki oyunumuz var. 

- Rüfət Abdullazadənin milliyə dəvət edilməməsi nə ilə əlaqədardır? 

- Hər dəfə millinin heyəti açıqlanandan sonra fikir mübadiləsi olacaq. Keçən oyunlarda Murad Xaçayevin, Faiq Hacıyevin milliyə niyə dəvət olunmamasından danışdılar. Kənarda qalanlardan danışılır. Rüfəti yaxşı tanıyıram. Bu gün biz başqa cür yanaşırıq. Həmin mövqedə oyunçularımız var. Bir oyunçu artıq dəvət etdik. Gələn oyunlarda dəyişiklik olacaq. Təyinatım matçlara bir həftə qalmış reallaşdı. Tam seleksiyamız olmamışdı. Bundan sonra bütün futbolçulara baxılacaq. Bəzi futbolçular az oynasa da, onlar milliyə lazımdır. Onlardan bir gündə üz döndərməli deyilik. Rüfət və digərləri var ki, qarşıdakı toplanışda bizimlə olacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri