Ayxan Abbasov: Yoldaşlıq görüşlərində nəticə ikinci planda olur
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Toplanış normal keçir. Futbolçular istirahətdən qayıdır. Fasilə az olduğundan inanıram ki, tonusdan düşməmişik. Hələ çempionatın startına təxmini 1 həftə vaxtımız var. Bundan da ən yaxşı şəkildə istifadə etməyə çalışacağıq". Bu sözləri Sport24.az saytına açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis toplanış çərçivəsində "Sabah"la keçiriləcək yoxlama görüşündən də söz açıb: "Yoldaşlıq görüşlərində nəticə ikinci planda olur. Düzdür, bu da bir oyundur və qələbə qazanmaq istəyirik. Üç hissəli oyun keçirəcəyik. Hər kəsin oyun dəqiqəsinin, praktikasının eyni olmasını istəyirik. Məqsəd oyun yükünü almaq və məşqdə çalışdıqlarımızı həyata keçirməkdir".
Qeyd edək ki, "Şamaxı" ötən gün fasilən dönəmində ilk yoxlama keçirib. "Zirə" ilə qarşılaşan "Şirlər" 1:3 hesabı ilə məğlub olub.
Baxış sayı:146
Bu xəbər 10 Yanvar 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















