Icma.az
close
up
RU
Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”

Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun Maltaya qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirildi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Millətlər Liqasından öncə son toplanışımızdır. Ağır çempionatın bitməsindən sonra çempionatın belə istəkli, inamlı olması bizi sevindirdi. İki yoldaşlıq görüşümüz var: Malta və San Marino. Bütün futbolçuları görmək istəyirik. Arzumuz yaxşı nəticə və oyundur. Məşqlər bizə bu inamı verir. Futbolçular çox istəklidir, inanıram ki, hər kəs başa düşür ki, iki oyunda da qələbə lazımdır. Buna baxmayaraq, oyunçulardan rahat olmalarını da istəyəcəyəm. Bütün futbolçulara şans verməyə çalışacağıq. Sabah maraqlı oyun olacağını düşünürəm.

– Rəqiblər Malta və San Marinodur. Belə komandaların seçilməsinin səbəbi nədir?
– İstədik ki, oyunlarımız Macarıstanda olsun. Bir çox komanda bura gəlməkdən imtina etdi. Bəziləri bizimlə öz meydanlarında oynamaq istədi. Bu məsələdə isə yol yorğunluğu amilini düşündük. Malta C Liqasındadır, San Marino isə D Liqasında. Millətlər Liqasında rəqiblərimizlə eyni güclərdə olan komandalarla oynamaq istədik. Malta bir neçə gün əvvəl Slovakiyaya qarşı yoldaşlıq oyununda gücünü göstərdi. Biz də bu oyunları Millətlər Liqasına hazırlıq kimi düşündük.

– 11 ilə yaxındır, Maltanı məğlub edə bilmirik. Rəqib də 7-8 aydır, qələbə qazanmır. Sabah millidən müsbət nəticə gözləmək olar?
– Son oyunlarda Malta ilə statistika yaxşı deyil, sanki tərs rəqibdir. Amma bu matçlarda qələbə qazanmaq istəyirik. Onlar da bu niyyətlə meydana çıxacaqlar. Malta da futbolçularını sınaqdan keçirmək arzusundadır. İnanıram ki, maraqlı və sürətli oyun olacaq.

– Məşqçilər yoldaşlıq oyunlarında nəticəyə çox önəm vermir. Bəs sizin üçün necədir?
– Yoldaşlıq görüşlərinə fərqli yanaşırıq. Məsələn, rəsmi matçlarda çox əvəzetmə edilmir. Amma yoxlama oyununda risklər alınır. Futbol elədir ki, nə oyunu olur-olsun, qələbə istəyirsən. Sabah həm nəticə, həm oyun baxımından yaxşısını istəyirik. Daha əvvəl ancaq rəsmi matçlar ərəfəsində komanda toplaşırdı. Vaxt azlığından çox dəyişiklik etmək olmurdu. Sabah nəticəni ikinci planda düşünmək olar.

– Heyəti deyə bilərsiniz?
– İki oyunda fərqli “11-lik” olacaq. 25 futbolçu, 3 qapıçı ilə gəlmişik. Sabah Emil Balayev qapıda olacaq. Müdafiədə Anton, Bədavi, Bədəlov, cinahlarda Qismət, Elvin, orta xətdə Aleksey, Emil Səfərov, hücumda Toral, Xəyal və Mahirlə çıxış edəcəyik. Yenilik olsun deyə, heyəti dedik. İkinci matçda fərqli “11-lik”lə meydana çıxacağıq.

– Elvin Cəfərquliyevlə hansısa söhbətiniz olub?
– Elvinlə danışmışıq. Onun istəyini görürük, bəlkə də, böyük oyunlar üçün darıxıb. Belə matçlar onun üçün təkan olacaq. Elvin özünə yeni klub tapmalıdır. İnanıram ki, sentyabra qədər yeni komandasında oyun praktikasından əziyyət çəkməyəcək. Klubla arasında olan söhbətlərə çox qarışa bilmirik. İnanıram ki, klubu da Elvinin gələcəyini düşünəcək və şərait yaradacaq. O, Azərbaycan üçün vacib oyunçudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 İyun 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri