Icma.az
close
up
RU
Ayxan Abbasovun U 21 planı Şamaxı rəhbərliyinin verdiyi dəstək

Ayxan Abbasovun U 21 planı Şamaxı rəhbərliyinin verdiyi dəstək

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

21 yaşadək futbolçulardan ibarət milli komandamızı 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir. B qrupunda yer alan komandamız Portuqaliya, Bolqarıstan, Çexiya, Şotlandiya və Cəbəllütariq yığmaları ilə qarşılacaq. 

Millimiz qrupda ilk oyununu bu il oktyabrın 5-də, səfərdə Portuqaliyaya qarşı keçirəcək. 4 gün sonra isə evdə Bolqarıstanı qəbul edəcəklər. 

U-21 millisinə yeni təyinat alan Ayxan Abbasov vaxt itirmədən futbolçuları başına toplayıb. Bakıda yığışan komandamız martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində millimiz martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. 

Ayxan Abbasov çətin yükün altına girib. İlbəil geriləyən U-21 millimiz çoxdandır ki, azarkeşlərin üzünü güldürmür. Bu yığmaya xeyli əcnəbi mütəxəssis gəlib-getsə də, dəyişən bir şey olmayıb. Yığmamızı son olaraq Premyer Liqa təcrübəsinə malik Samir Əliyev çalışdırıb, amma o da adekvat nəticələr əldə edə bilməyib. 

U-21 millimizdə Ayxan Abbasovla yeni dönəm başlayır. Bu təyinat futbol ictimaiyyətini bir qədər ümidləndirib. İşin bir tərəfi odur ki, Ayxan Abbasov ölkənin ən yaxşı məşqçilərindəndir, digər tərəfdən onun çalışdırdığı "Şamaxı" klubu bu milli üçün baza rolunu oynayacaq. Ehtimal olunur ki, Abbasov gələn mövsüm 7-8 milli üzvünü "Şamaxı"da toplayacaq. Belədə İlboyu bir yerdə məşq eləyən, oyun praktikası qazanan gənclər seçmə mərhələ oyunlarına daha hazırlıqlı olacaqlar. 

Ayxan Abbasov böyük ehtimalla, milli komandamızda da üçlü mərkəz müdafiəçi sistemini otuzdurmağa çalışacaq. Bu sistemdən çox yaxşı yararlanmağı bilən Abbasov hər yerdə məhz belə düzülüşlə oynadıb komandalarını. Bu sistemin əsas özəlliyi etibarlı müdafiəni təmin etmək, nəticə qazanmaq baxımından əlverişli olmasıdır. 

Milli seçmə mərhələdə uğurlu olsa da, olmasa da, sevindirən odur ki, bu təyinat əvvəlkilərdən fərqlənir. Ayxan Abbasovun planı var və məhz buna uyğun iş qurub nəticə əldə etməyə çalışacaq. "Şamaxı" rəhbərliyinin də bu layihəyə isti baxması Abbasovun işinə təkan olacaq. Ümid edirik ki, nəhayət U-21 millisinin simasında döyüşkən bir komanda görəcəyik. 

Həmid

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri