“Müəyyən çətinliklər var, bunlar U 21 də olanda da var idi” “Şamaxı” Ayxan Abbasovun təyinatından narazıdı
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov ölkənin əsas yığmasının “sükanı arxasına” keçdi. Onun klubdakı vəzifəsindən ayrılmadığını da nəzərə alsaq, belə çıxır ki, bir müddət paralel şəkildə çalışacaq.
Bəs “Şamaxı” hadisələrin belə axarından razıdımı? Axı U-21 başqadı, əsas yığma – Abbasov ölkənin əsas komandasına yetərincə çox vaxt ayırmalı olacaq. Klubun idman direktoru Kamran İsmayılovun “Football-plus.az”a cavabı:
“Biz bu təyinatdan şərəf duyuruq. Bizim üçün xoş xəbərdi. Çətinliklər baş verir. Ayxan müəllimin özü üçün də çətindi. Buna qədər Ayxan müəllim U-21 millisinin baş məşqçisi idi. Məsələyə klub tərəfindən yanaşsaq, əvvəl necə U-21-in düşərgəsinə gedirdisə, indi də həmin tarixlərdə A milli komandaya yollanacaq. Müəyyən çətinliklər var, bunlar U-21-də olanda da var idi. Amma biz bunu başa düşürük, qəbul edirik. İnanıram ki, hər iki cəbhədə uğurlu olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















