Icma.az
close
up
RU
Ayxan Hüseynov: “Azərbaycan millisində oynamaq istəyirəm” MÜSAHİBƏ

Ayxan Hüseynov: “Azərbaycan millisində oynamaq istəyirəm” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Turan Tovuz”un milliləşən rusiyalı futbolçusu Ayxan Hüseynovun İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"la oynayacaqsız. Sabah evdə keçirəcəyiniz qarşılaşmaya hazırlıq necə keçdi?

- Yaxşı keçdi. Bu müddət ərzində çalışdıq ki, bəzi taktiki gedişləri düzəldək. Ötən oyunlardakı səhvlərimizə baxıb, çatışmazlıqlar üzərində işləyirik. Çətin, ağır oyun olacaq. İstənilən halda, öz meydanımızda oynayırıq, çalışacağıq yaxşı oyun göstərək. Bu il "Qarabağ"la matçlarımız alınır.

- Ancaq nədənsə son turda oyununuz alınmadı.

- Bəli, "Sumqayıt"la qarşılaşmada böyük səhvlər elədik. Qazanmaq istəyən komanda bu cür səhvlərə yol verməməlidir. "Sumqayıt" da oyuna yaxşı hazırlaşmışdı, rəqib meydana böyük motivasiya ilə çıxmışdı. Bir az da bəxtimiz gətirmədi. Boş qapıdan topu çıxardılar, qol vurduq, ofsayd oldu. Təkbətək mübarizədə fərqlənə bilmədik. Bir sözlə, yaxşı oyun deyildi.

- Şəxsi karyeranızla bağlı nə düşünürsünüz? Hələ ki, "Turan Tovuz"da davam etmək istəyirsiniz, yoxsa təklif gəlsə, dəyərləndirəcəksiniz?

- "Turan Tovuz"un oyunçusuyam və burada hər şeydən razıyam. Əsas fikrim odur ki, komandaya kömək edə bilim. Bizim bir hədəfimiz var – avrokuboka vəsiqə qazanmaq. Hazırda bundan başqa heç nə haqqında düşünmürəm. Təklif olsa, danışarıq.

- Bir müddətdir ki, Azərbaycan pasportu almısınız. Bu da millidə oynamaq şansınızı artırır.

- Bəli, artıq yerli futbolçuyam. Azərbaycan millisində oynamaq istəyirəm. Bu, mənim üçün böyük bir motivasiyadır. Ancaq ora düşmək üçün klubunda yaxşı çıxış etməli, yetərli statistik göstəricilərə sahib olmalısan. Yenə də hər şey komandadan asılıdır. Mən yaxşı çıxış etsəm, yəqin ki, milliyə dəvət ala bilərəm.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Mart 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri