Icma.az
close
up
RU
Azərbaycan millisində böyük məmnuniyyətlə oynamaq istəyirəm Sampdoriya nın bombardiri

Azərbaycan millisində böyük məmnuniyyətlə oynamaq istəyirəm Sampdoriya nın bombardiri

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

"Neftçi" akademiyasının yetirməsi, Bakı klubunun aşağı yaş qrupları üzrə komandalarında adından söz etdirən 16 yaşlı italiyalı hücumçu Lorenzo Metsotero hazırda ölkəsinin B Seriyası təmsilçisi "Sampdoriya"dadır. Valideynləri işləri ilə əlaqədar ölkəmizi tərk etdiyi üçün 12 yaşında Bakıdan ayrılan Lorenzo daha sonra "Atalanta"nın strukturunda olub. Ötən mövsümü Barselonada "Marcet" akademiyasında keçirən gənc qoleador 2024-cü ilin yayında müqavilə bağladığı "Sampdoriya"nın U-17 komandasında qollarını sıralayır. Ölkəmizin U-17 millisinə çağırılması gündəmdə olan Lorentso ilə əlaqə saxlayıb söhbətləşdik.

Onun Fanat.Az-a müsahibəsi belə alındı:

- Yeni komandanda işlərin necə gedir?
- İşlərim çox yaxşıdır. Özümü "Sampdoriya"da çox xoşbəxt hiss edirəm. Çox yaxşı və təcrübəli məşqçim, yüksək keyfiyyətli komanda yoldaşlarım var. Hər gün daha çox öyrənir, daha çox inkişaf edirəm.

- U-17-də əsas heyət uğrunda mübarizə nə dərəcədə çətin oldu?
- Komandada rəqabət çox yüksəkdir. Şans qazanmaq da olduqca çətindir. Amma mən səylə çalışıram ki, start "11-lik"dəki yerimi itirməyim. 

- Qol və məhsuldar ötürmə sayı baxımından vəziyyət nə yerdədir?
- 17 oyuna 10 qol və 1 məhsuldar ötürmə. Hədəfim həm komandama mümkün qədər fayda vermək, həm də çox qol vurmaqdır. Daha artığına bail olmağı hədəfləmişəm.


- Gələn mövsüm əsas komandada debüt etmək ehtimalın varmı?
- Bu haqda dəqiq nəsə deyə bilmərəm. Çünki qərarı mən vermədiyim üçün bu yöndə nəyin necə olacağını bilmirəm. Bildiyim yeganə şey budur ki, öz üzərimdə çox işləməliyəm. Daha səylə çalışsam və verilən tapşırıqları meydanda arzulanan səviyyədə yerinə yetirsəm, hər şey yaxş olacaq.

- Azərbaycanın millilərini və klublarını izləyisənmi?
- Bəli. Həm yetirməsi olduğum "Neftçi"nin, həm də Azərbaycanın bütün yığmalarının oyunlarını izləyirəm. Videorüntülərə də baxıram, nəticələrlə də davamlı şəkildə maraqlanıram.

- Azərbaycan millisindən təklif gözləyirsənmi?
- Təbii ki, gözləyirəm. Azərbaycan mənim üçün çox doğmadır. Azərbsycan millisində məmnuniyyətlə oynamaq istəyirəm.

- Təklif olsa, yetirməsi olduğun "Neftçi"nin əsas komandasında oynamaq istəyərsən? Səncə, indiki performansınla əsas komandaya kömək edə bilərsən?
- "Neftçi"ni sevirəm. O klubun akademiyasında inanılmaz illərim olub. Gələcəkdə nə olacağını bilmirəm. Amma "Neftçi" həmişə ürəyimdə olacaq.

- Yaxın vaxtlarda Azərbaycana gəlmək planın varmı? Burada futbol oynadığın uşaqlarla əlaqə saxlayırsan?
- Əlbəttə, Azərbaycana yenidən gəlmək və dostlarımı yenidən görmək istəyərdim. Ara-sıra "Neftçi"dəki komanda yoldaşlarımla danışıram. Onlarla ünsiyyət qurmaq həmişə xoşdur.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri