Ayyarımda dənizdən 40 nəfərin meyiti çıxarılıb FHN
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Bu il Azərbaycanda çimərlik mövsümü başlayandan (iyunun 15-dən) qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə mövsüm başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb. pizza sifarişi
Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Bundan başqa, nəzarətsiz qeyri-çimərlik ərazilərində suda batan 40 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 Avqust 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















