Az su içmək hansı xəstəliklərə səbəb olur? Susuzluğun zərərli təsirləri
Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Su insan həyatı üçün oksigen qədər vacibdir. Bu gün bir çox insan məşğul həyat tərzləri arasında su içmirlər.
Dehidrasiyaya çox vaxt diqqət yetirilməsə də, mütəxəssislər bunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyirlər.
Medicina.az xəbər verir ki, kifayət qədər su içməmək yalnız yorğunluq və ya quru dəri ilə bağlı deyil. Böyrək xəstəliklərindən və həzm problemlərindən tutmuş zəifləmiş immunitet sistemi və ürək-damar xəstəliklərinə qədər bir sıra xəstəliklərə səbəb ola bilər.

Az su içməyin zərərli təsirləri:
- Yetərsiz su istehlakı böyrək daşı və böyrək çatışmazlığı riskini artırır.
- Səri quruyur, elastikliyini itirir və vaxtından əvvəl qocalma əlamətləri göstərir.
- Bədənin immun sistemi zəifləyir, xəstəlik riski artır.
- Beyin əsasən sudan ibarət olduğu üçün susuzluq baş ağrısı, yorğunluq və diqqəti cəmləməkdə çətinlik yarada bilər.
- Həzm sistemi pozulur, qəbizliyə səbəb olur.
- Qanın sıxlığı artır, qan dövranı çətinləşir, ürək-damar xəstəlikləri riski artır.
Aygün
Medicina.az
Baxış sayı:120
Bu xəbər 20 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















