Icma.az
close
up
RU
Azad agent statusundakı ulduzlar: Modriç, Eriksen, Müller...

Azad agent statusundakı ulduzlar: Modriç, Eriksen, Müller...

Icma.az bildirir, Apasport portalına istinadən.

Bu futbolçular azad agent statusunu aldı: Eriksen, Müller, Modriç...

Yay transfer pəncərəsinin açılması ilə birgə bir çox ulduz futbolçu öz komandası ilə müqavilə yeniləmədiyindən azad agent statusunu aldı.

Apasport.az xəbər verir ki, bu oyunçuların komandadan ayrılması aylar öncədən dəqiqləşsə də, bəzi futbolçular hələ də özlərinə yeni klub tapmayıb.

Azad agent statusu alan 10 ulduz futbolçunu qeyd edirik:

1.    Luka Modriç

Real Madrid-in əfsanəvi yarımmüdafiəçisi Luka Modriç bu yay pəncərəsinin başlaması ilə azad agent statusunu aldı. 39 yaşlı xorvatiyalı ulduzun klubla müqaviləsi 30 iyun 2025-ci ildə başa çatdı. Xorvatiyalı hazırda mütəmadi olaraq oynayacağı bir mühitdə futbol karyerasını davam etdirmək istəyir. Adı daha çox A Seriyası təmsilçisi Milan ilə hallanır.

2.    Tomas Müller

“Bavariya”nın uzun illər boyunca əsas simalarından biri sayılan Tomas Müller də bu yay etibarilə azad agent statusu qazanıb. 34 yaşlı alman futbolçunun müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb. Müller peşəkar karyerasını harda davam etdirəcəyi ilə bağlı qərar verməyib. Təcrübəli hücumçunun Almaniyada qalmaq və ya MLS-də forma geyinmək ehtimalı müzakirə olunur.


3.    Marko Arnautoviç

Avstriyalı hücumçu Marko Arnautoviç yay transfer pəncərəsinin açılışı ilə klubsuzdur. 35 yaşlı forvardın "İnter"lə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb və klub onunla yollarını ayırıb. Arnautoviç karyerasını davam etdirməyə hazır olduğunu bildirir və xüsusilə Avstriya və Türkiyə klublarından təkliflər aldığı qeyd olunur. A Seriyasından da bir neçə klub maraqlanır.


4.    Kristian Eriksen

Danimarkalı yarımmüdafiəçi Kristian “Mançester Yunayted”lə yeni sözləşmə imzalamayıb və Eriksen artıq sərbəst oyunçular siyahısındadır. Karyerasını Avropada davam etdirmək istədiyi deyilsə də, Səudiyyə Ərəbistanı klublarının da diqqət mərkəzində yer alır.

5.    Tomas Partey

Qana millisinin aparıcı yarımmüdafiəçisi Tomas Partey bu yay “Arsenal”dan ayrılaraq azad agentə çevrilib. 31 yaşlı futbolçunun müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb və klub yeni müqavilə təklif etməyib. Son illərdə zədələr və rəqabət səbəbindən əsas heyətdə yerini itirən Partey karyerasını Avropada davam etdirmək niyyətindədir. Onunla “Yuventus” və “Beşiktaş” kimi klublar maraqlanır.


6.    Nikolas Taqliafiko

Argentina millisinin təcrübəli müdafiəçisi Nikolas Taqliafiko artıq azad agentdir. 31 yaşlı futbolçunun “Olimpik Lion”la müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb və klubla yollar ayrılıb. Taqliafiko əsas heyətdəki yerini itirdiyi üçün yeni çağırışlara açıqdır. Adı “Benfika”, “Feyenord” və MLS təmsilçiləri ilə hallanır.

7.    Serxio Requlyon

İspaniyalı sol cinah müdafiəçisi Serxio Requlyon bu yay “Tottenhem”lə müqaviləsinin başa çatması ilə azad agentə çevrilib. 27 yaşlı futbolçu son mövsümü “Brentford”da icarədə keçirib və London təmsilçisi onunla yeni müqavilə imzalamayıb. Requlyon karyerasını La Liqada davam etdirmək istəyir. Bir neçə İspaniya klubundan təklif aldığı bildirilir.

8.    Vladimir Kufal

Çexiya millisinin müdafiəçisi Vladimir Kufalın “Vest Hem”lə müqaviləsi başa çatıb və 31 yaşlı futbolçu bu yay azad agentə çevrilib. Sağ cinah müdafiəçisinin İngiltərədə qalmaq ehtimalı olsa da, Almaniya və İtaliya klublarının da maraq göstərdiyi bildirilir. Kufal AÇ-2024-dəki performansı ilə də diqqət mərkəzinə düşüb.


9.    Abdulaye Dukure 

“Mersisayd” təmsilçisi “Everton”la müqaviləsi başa çatan Abdulaye Dukure artıq azad agentdir. 31 yaşlı mərkəz yarımmüdafiəçisi Premyer Liqada illərlə stabil çıxış edib və bu yay yeni klub axtarışındadır. “Everton” onunla yeni sözləşmə imzalamayıb. Dukurenin Fransa və İtaliya klublarından təklif aldığı bildirilir.

10.    Viktor Lindelöf

İsveç millisinin müdafiəçisi Viktor Lindelöf bu yay “Mançester Yunayted”lə müqaviləsinin başa çatması ilə azad agent statusu qazanıb. 29 yaşlı mərkəz müdafiəçisinin son mövsümlərdə heyətdə yer almaqada çətinlik çəkirdi. Klub onunla yeni sözləşmə imzalamayıb. Lindelöf karyerasını Avropanın top liqalarında davam etdirmək niyyətindədir. Adı “Fənərbaxça” və “İnter”lə hallanır.

Kerem Demirbay "Qalatasaray"dan ayrıldı - RƏSMİ “Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer "Bavariya"nın futbolçusu "Başakşəhər"də - RƏSMİ "Fənər"ə və "Qalatasaray"a yox dedi, "Yuventus"u seçdi İtaliyalı müdafiəçi "Atletiko"da - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://apasport.az
archiveBu xəbər 02 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri