Azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair fləşmob keçirilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki nümayəndəliklərinin dəstəyi ilə Böyük Qayıdış proqramı çərçivəsində növbəti video-fləşmob təşkil olunub.
Bu barədə APA-ya Komitədən məlumat verilib.
Bildirilib ki, video-fləşmob azad edilmiş ərazilərdə məşğulluq imkanlarını və bərpa-quruculuq işlərində vətəndaşların fəal iştirakını nümayiş etdirmək məqsədi daşıyır. Çəkilişlər Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrində – hazırda həyatın bərpa olunduğu kənd və şəhərlərdə aparılıb. Fləşmobda işğaldan azad edilmiş ərazilərdə müxtəlif sahələrdə çalışan vətəndaşlar iştirak ediblər. Onlar öz iş yerlərindən səsləndirdikləri qısa və təsirli sloqanlarla həm gördükləri işin mahiyyətini izah edib, həm də doğma yurduna qayıtmağa hazırlaşan soydaşlarımıza həmrəylik mesajı ünvanlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Fevral 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















