Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti görüşlər keçirib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, Zəngilan şəhəri, Laçın rayonu, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərində məskunlaşan ümumilikdə 39 sakinlə keçirilmiş görüşlərdə vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənib.
Qeyd edilib ki, həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 25 İyul 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















