Icma.az
close
up
RU
Azad edilmiş ərazilərə hərbçilərdən sonra ilk daxil olanlar REPORTAJ

Azad edilmiş ərazilərə hərbçilərdən sonra ilk daxil olanlar REPORTAJ

Modern.az-dan alınan məlumata görə, Icma.az xəbər verir Azad edilmiş ərazilərə hərbçilərdən sonra ilk daxil olanlar REPORTAJ.

“Azərişıq” Qarabağ və Şərqi Zəngəzuru işıqlandırır...


2020-ci ilin 27 sentyabrı yaddaşlarda böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıcı kimi tarixləşdi. 44 gün davam edən haqq savaşımızda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm qələbə qazandı. 8 Noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı.
Vətən müharibəsində qazanılan QƏLƏBƏ dövlətçilik tariximizin, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi qəhrəmanlıq salnaməsinə oldu.

Azərbaycan əsgəri 44 günə öz tarixi misyanı başa vurduqdan sonra, azadlığına qovuşmuş şəhər, qəsəbə və kəndlərimizdə infrastruktur layihələrin (işıq, qaz, su xətlərinin və yol) həyata keçirilməsi əsas və vacib şərtlərdən idi.

10 noyabrı üçtərəfli bəyanatdan dərhal sonra ölkə başçısının tapşırığına uyğun olaraq bütün qurumlar azad edilmiş ərazilərimizdə hərəkətə keçdi.

İnsan yaşayışı üçün zəruri olan əsas komunal xidmətlərdən biri elektrik enerjisi ilə təminatdır.

Vətən müharibəsi başa çatdıqdan dərhal sonra “Azərişıq”ın əməkdaşları “Azərbaycan əsgəri harda, Azərbaycan işığı orda” devizini əsas tutaraq, azad olunmuş ərazilərdə hərbçilərimizin mövqeləndiyi ən çətin ərazilərə işıq çəkməyə başladılar. Belə ki, “Hadrut” qovşaq yarımstansiyasında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Şuşa şəhərinə qısa müddətdə - 37 günə işıq verildi.
30 ildən çox mənfur düşmənin əsarətindən qurtarılan torpaqlarımızın hər qarışı mina ilə “zəhərlənsə” də, “Azərişıq”ın zəhmətkeş əməkdaşları Azərbaycan Ordusunun izi ilə gedərək “işıq” sürəti ilə bu işləri həyata keçirdilər.

Bu gün azad olunmuş ərazilərimizin hər bir nöqtəsində Azərbaycan işığı yanır. Necə deyərlər, “Azərbaycan əsgəri harda, Azərbaycan işığı orda”.

Bu amalla fevralın 7-də “Azərişıq”ASC-nin 10 illik yubileyi ilə əlaqədar “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 50 nəfər jurnalistin Zəngilana səfəri təşkil olunmuşdu.

Səhər saat 6:00-da Bakıdan “Neoplan” markalı iritutumlu avtobusla Zəngilana yola düşdük. Səhər yeməyini Salyanda yeyəndən sonra yolçuluğumuz davam etdi.

Yol boyu işğaldan azad olunmuş ərazilərə baxarkən yanımda əyləşən həmkarım Aqşin Rafiqoğluna dedim: “Aqşin, biz isti avtobusla 3 saatdan çoxdur yol gəlirik, amma hələ Zəngilanın mərkəzinə çata bilməmişik. İndi gör, qəhrəman hərbçilərimiz soyuq havada piyada, çiyinlərində 30 kq yüklə mina təhlükəsi olan bu ərazilərdə haralara kimi düşməni qovublar”.
Azad olunmuş ərazilərdə ilk dayandığımız Zəngilan rayonunun Ağalı kəndi oldu. Kəndin yuxarısında qurulan postda polis əməkdaşı şəxsiyyət vəsiqəmizi yoxladıqdan sonra yolumuza davam etdik.
Yol boyu hər tərəf ağappağ qara bürünmüşdü. Bakının küləyindən fərqli olaraq Zəngilanda çox sakit hava var idi.

Nəhayət gəldik çatdıq Zəngilan şəhərinə - ötən ilin oktyabrında Prezident İlham Əliyevin açılışını etdiyi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin önünə...


Mərkəzdə jurnalistlər üçün mətbuat konfransı təşkil olundu. Mətbuat konfransında “Azərişıq”ASC-nin son 10 ildə gördüşü işlər və son 5 ildə azad olunmuş ərazilərdə həyata keçirilən fəaliyyət rəhbər şəxslər tərəfindən media nümayəndələrinin diqqətinə çatdırıldı.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan adlıq-quruculuq işlərinin miqyası genişlənib.

Torpaqlarımızın azad olunmasından qısa bir müddət keçməsinə baxmayaraq, artıq 30 mindən çox keçmiş məcburi köçkün 7 şəhər, 10-dan çox kənd və qəsəbəyə köçərək, dədə-baba yurdunda yaşamağa başlayıb.

İnsan yaşayışı üçün zəruri şərtlərdən olan işıq bu gün azad olunmuş rayonlarımızın hər birində yanır.

Belə ki, “Azərişıq” ASC 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri həyata keçirib və bu proses hazırda davam edir. Doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar qoyulur, elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.

Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.

2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.

İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir. Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir.

Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədli və Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir.

Hazırda işğaldan azad edilən ərazilərində "Azərişıq” ASC-nin 5 097 abonenti mövcuddur.

Bunu "Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Zəngilanda media nümayəndələri üçün təşkil olunmuş mətbuat konfransında dedi. 

R.Quliyevin sözlərinə görə, 2024-cü ilin sonuna bu abonentlərin 4 182-si əhali qrupuna, 915-i isə qeyri-əhali qrupuna daxil olan abonentlərdir:

"İşğaldan azad edilən ərazilərdə abonentlərin sayı mütəmadi olaraq artır. "Azərişığ”ın bu istiqamətdə gördüyü işlər durmadan davam etdirilir”.

"Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov bildirdi ki, 2023-cü il sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra azad edilən ərazilərdə "Azərişıq"ın işləri davam edir.

O qeyd etdi ki, hazırda həmin ərazilərdə mövcud olan yarımstansiyaların bərpası işləri aparılır.

“Xocalı şəhərində yeni yarımstansiyaların tikintisi işləri yekunlaşmaq üzrədir.

Xankəndi şəhərinin Baş Planı hazırlanır. Ona uyğun bizim layihə və sxemlərimiz hazırlanır. O işlərin icrasına da yaxın günlərdə başlanılmalıdır.

Xankəndi ərazisində şəbəkə köhnə şəbəkədir. Demək olar ki, istifadəyə yararsızdır. Həmin ərazilərdə paylayıcı şəbəkələrin iki güc mərkəzi arasında paylanması layihələri işlənməkdədir”,- deyə o bildirdi.

V.Qənbərov həmçinin dedi ki, "Azərişıq" ASC Şərqi Zəngəzurda və Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin verilməsini öz üzərinə götürəcək.

İşğaldan azad edilmiş ərazilərdə mövcud xətlərin bərpası işləri aparılan zaman Şərqi Zəngəzurun İran sərhədi boyunca 35 kilometrlik xəttlərin bərpasını "Azərişıq" icra edib.

“"Həmin xətlər vasitəsi ilə bütün zirvələrə elektrik enerjisi verilib. Şərqi Zəngəzurla Naxçıvanı əlaqələndirmək üçün tikinti işlərini aparan bütün təşkilatların elektrik enerjisini tam təmin edə bilərik".
Zəngilanda "Azərişıq"ın gördüyü işlərlə əyani tanışlıqdan sonra səfərimiz yekunlaşdı. Bakıya doğru geri qayıdanda hava artıq qaralmışdı. Yolboyu işğaldan azad edilmiş kəndlərdən keçirdik. Bu kəndlərin bir çoxunda hələ məskunlaşma aparılmadığından oralarda qaranlıq hökm sürürdü. Amma şübhəsiz ki, bu, müvəqqəti qaranlıq idi. Tezliklə həmin kəndlər də daxil olmaqla azad edilmiş bütün ərazilərimiz nura-işığa boyanacaq. Əlbəttə ki, "Azərişıq"ın sayəsində…


 

Mail AĞAXANOV

Yazı “Azərişıq” ASC-nin 10 illik yubileyinə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media subyektlərinin təmsilçiləri arasında elan edilən müsabiqəyə təqdim edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see328

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see126

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see122

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see122

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see121

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see120

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see119

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see119

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see118

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see118

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see118

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see117

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see116

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see114

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see113

Torpağın tikinti üçün təyinatı necə dəyişdirilə bilər? Ekspertdən açıqlama

11 Fevral 2025 19:40see112

Apple 18 illik özəlliyindən imtina edir

11 Fevral 2025 15:37see111

“Böyük Qayıdış”ın işıqlı SİMASI Görülən işlər və perspektivlə

11 Fevral 2025 17:41see110

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see110

Soyuq duş stresə qarşı müqaviməti inkişaf etdirir və...

11 Fevral 2025 22:05see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri