Icma.az
close
up
RU
Azad edilmiş ərazilərə nə qədər vəsait ayrılıb?

Azad edilmiş ərazilərə nə qədər vəsait ayrılıb?

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2025-ci ildə görmrük orqanları dövlət büdcəsində 6 milyard 369 milyon manat ödəyiblər. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alsaq gömrük qurumlarının funksiyası fiksal hədəflərdən daha çox iqtisadi təhlükəsizliyin daha da gücləndirilməsidir. Bu baxımdan, Azərbaycanda da ekosistemdəki mövcud keyfiyyət dəyişikliklərini nəzərə alsaq gömrük xətti ilə fiskal ödənişlərinin azalması iqtisadi baxımdan anlışılan olmalıdır. Digər tərəfdən, dövlətin sahibkarlara güzəşt dəstəyinin genişləndirilməsi də bu istiqamətdə gəlirlərə birbaşa təsir göstərir".

Ölkə.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeyri neft-qaz sektoru üzrə vergi tədiyyə növləri üzrə icra göstəricilərinə diqqət yetirəndə qeyri neft-qaz sektorunda mənfəət vergisi üzrə proqnoza 219 milyon manat və ya 5.3 faiz az əməl edilməsi diqqəti xüsusi cəlb edir. "Bu baxımdan, iqtisadi islahatların dərinləşdiyini nəzər aldıqda birbaşa vergilərin payının artırılması prioritet olaraq qalmaqdadır", - o vurğulayıb. 

Deputat əlavə edib ki, bəzi daxil olma mənbələri üzrə büdcəyə ödənilən vəsaitin məbləğində proqnoza nisbətən kəskin kənarlaşmalar və xüsusən də artımlar qeydə alınıb: "Məsələn, proqnoza nisbətən torpaqların icrayə və idarəetməyə verilməsindən daxil olan vəsait 36.8 faiz, büdcə təşkilatlartın ödənişli xidmətlərdən əldə edilən vəsait 24.0 faiz, sair daxilolmalar büdcəyə ödənilən vəsait 45.5 faiz çox olub. Artımların daha yüksək faiz ilə ifadə olunması birmənalı şəkildə müsbət məqamdır. Bununla yanaşı, həmin maddələr üzrə proqnozlar hazırlanan zaman fundamental dəyişikliklərin tam nəzərə alınması olduqca vacibidr.

Xərclər maddəsi üzrə 2025-ci ildə sosial paketin reallaşması xüsusilə qeyd edilməlidir. 2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. Sənədlə tanışlıq göstərir ki, 2025-ci ildə sosial istiqamətə 15 milyard 254 milyon manat ayrılıb. Bu müstəqillik illərində sosial istiqamətə ayrılan ən yüksək məbləğdir.

 2025-ci ildə işğaldan azad olunan ərazilərimizə 4 milyard 454 milyon manat vəsait ayrılmışdır.  Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı işğaldan azad olunan ərazilərimizdə müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrıldığını bildirdi.  Dövlət başçımız əlavə etdi ki, bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır. Son rəsmi statistikaya görə, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfərə çatıb və 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Azərbaycanın daxili maliyyə mənbələri, dövlət büdcəsi hesabına Qarabağ yenidən qurulur və inkişaf edir".

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyun 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri