Icma.az
close
up
RU
Azad olunan ərazilərə nə qədər vəsait ayrılıb?

Azad olunan ərazilərə nə qədər vəsait ayrılıb?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Zəfərdən sonra işğaldan azad olunan ərazilərimzdə iqtisadiyyatın formalaşması və re-inteqrasiyası prosesi intensiv şəkildə davam etdirilməkdədir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilərimiz yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, indiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb:

"Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Bu bir daha Azərbaycanın gücünü təsdiq edir. Son illər həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb. Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Doğrudur, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad olunan ərazilərimizi əhatə etmir. Amma işğaldan azad olunan və bərpa edilən ərazilərimizdə xüsusi iqtisadi inkişaf müşahidə edilməkdədir. Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17,4 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur.

Zəfərdən sonra həyata keçirilən yenidən qurma və bərpa işləri nəticəsində Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb. İnşaat sektorundakı canlanma iqtisadiyyata yeni dəyər qatmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da xidmət etməkdədir. İki gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonun da daxil olduğu Şərqi Zəngəzurun iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoyub. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var. Qarabağda olduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonumuzda da geniş tikinti işləri müşahidə edilir. Bu iqitsadi rayonumuzda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşmaqdadır. Göründüyü kimi, Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir. Bu həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığının və iqtisadi diversifikasiyanın dəstəklənməsi deməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri