Icma.az
close
up
RU
Azad ərazilər “yaşıl enerji” regionuna çevrilir

Azad ərazilər “yaşıl enerji” regionuna çevrilir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bölgədə istifadəyə verilən SES-lər Azərbaycanın bərpaolunan enerji gücünün artmasında mühüm rol oynayır

Məlum olduğu kimi, Prezident İlham Əliyev Laçın rayonuna səfər çərçivəsində Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışını edib. Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq “Ağbulaq-1” Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. “Ağbulaq-1”stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının “yaşıl enerji” hesabına ödənilməsinə imkan verəcək.

Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq “Ağbulaq-2” Su Elektrik Stansiyası isə ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı “yaşıl enerji” hesabına təmin ediləcək. Digər stansiya - 4 MVt gücündə olan “Şeylanlı” SES-də  ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının “yaşıl enerji” hesabına təmin edilməsinə imkan verəcək.

Qarabağ və Şərqi Zəngəzur - “Yaşıl Enerji Zonası”

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Yaşıl Enerji Zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq “yaşıl enerji” ilə təmin ediləcək.

Son 5 ildə azad ərazilərdə 40-a yaxın SES istifadəyə verilib

SES-lər Azərbaycanın müasir enerji gündəliyinin aparıcı xətti olan “yaşıl enerji” istehsalında mühüm yer tutmaqdadır. Son illər bu stansiyaların inşası istiqamətində ardıcıl addımlar atılır, xüsusilə də azad edilmiş ərazilərdə hər il yeni SES-lər istifadəyə verilir. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonası elan edilib. Bölgədə müasir tələblərə cavab verən yeni güclərin və infrastrukturun yaradılması, qabaqcıl texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin edilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması istiqamətində tədbirlər davam etdirilib, hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələri hasilata hazır vəziyyətə gətirilib. Son beş ildə Laçın rayonunda 3,5 MVt gücündə “Mirik” və 3,1 MVt gücündə “Aşağı Malıbəy” kiçik su elektrik stansiyaları, həmçinin “Qoşasu”, “Seyidlər” və “Bülövlü” kiçik su elektrik stansiyaları istismara verilib.

Kəlbəcər rayonunun Vəng kəndində 5 MVt gücündə “Çaykənd-2”, 8,6 MVt gücündə “Aşağı Vəng”, 4,1 MVt gücündə “Toğanalı”, 8,8 MVt gücündə “Nadirxanlı” kiçik su elektrik stansiyaları istifadəyə verilib. Habelə Ağdərə rayonu ərazisində 14,7 MVt gücündə “Qozlukörpü” KSES-in inşası yekunlaşıb. Zəngilan və Qubadlı rayonlarında Bəsitçay və Həkəri çayı hövzələrində yerləşən silsilə su elektrik stansiyalarının inşası davam etdirilir. Ümumilikdə, son 5 ildə Laçında, Kəlbəcərdə və Suqovuşanda 40-a yaxın su elektrik stansiyası istismara verilib. Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40 MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Nəticədə, işğaldan azad edilmiş ərazilərində 500-600 MVt gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək. Həmin SES-lərin hər biri vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi və qəbul edilməsi təmin olunub.

Beləliklə, azad edilmiş ərazilər yaxın illərdə SES-lərin əsas mənbəyi və “yaşıl enerji” hubunun əsas mərkəzi olmaqla, Azərbaycanın bərpaolunan enerji gücünün artmasında mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri