Icma.az
close
up
RU
Azad ərazilər turizm mərkəzinə çevrilir

Azad ərazilər turizm mərkəzinə çevrilir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bölgədə inkişaf edən turizm sənayesi əhalinin məşğulluğuna və gəlir əldə etməsinə töhfələr verir

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkəmizin turizm potensialına toxunaraq ölkə iqtisadiyyatının inkişafında bu sektorun xüsusi əhəmiyyətinə diqqət çəkdi. Vurğulandığı kimi Azərbaycan turizminin inkişafı üçün əsas amillər təhlükəsizlik, sabitlik, əlverişli coğrafi mövqe, zəngin mədəniyyət, təbiət və iqlim müxtəlifliyidir ki, bunların hər biri ölkəmizdə mövcuddur. Bu imkanlar turistləri həm paytaxta, həm də azad edilmiş ərazilərə cəlb etməyə imkan verir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda turizm sektorunda 8,9 faiz artım qeydə alınıb, ölkəmizə gələn əcnəbilərin sayı 2,3 milyon, gecələmələr 7,287 milyon olub. Bu sahəyə 349 milyon manat investisiya yatırılıb, xidmət sektorunda 6,4 min yeni iş yeri yaradılıb.

İşğaldan azad olunmuş ərazilərimiz öz füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, geniş turizm imkanları ilə bütün qonaqların diqqətini cəlb edir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu bölgənin geniş dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının zəngin təbiəti, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ekologiyası dağ və okturizm üçün ən münbit zonadır. Eləcə də Şuşa, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri zəngin tarixi-memarlıq abidələri ilə Azərbaycanın və dünyanın mədəniyyət salnaməsidir. Bu ərazilərdə tarixi-mədəni turizmin inkişafı üçün hədsiz dərəcədə potensillar mövcuddur.

Zəngilan rayonunun Ağalı kəndində 3 ildir ki, fəaliyyətdə olan “Ağalı” hoteli azad edilmiş ərazilərdə ilk turizm obyektlərindən biri olmaqla, bölgənin ekoturizm potensialının səfərbər edilməsinə zəmin yaradıb. Zəngilanda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu rayona turist axını üçün əlverişli mühit yaradıb, eləcə də Zəngəzur dəhlizinin ən mühüm landşaftlarından biri olan Horadiz-Ağbənd dəmir yolu xəttinin və magistral avtomobil yollarının inşası Zəngilanda turizmin dirçəlişini daha da böyüdəcək.

Şuşa turizm mədəniyyətinin mərkəzidir

Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi və cəmi 2-3 il ərzində “Qarabağ” və “Xarıbülbül”, “Yasəmən”, Şuşa Hotel və Konfrans Mərkəzinin, digər xidmət infrastrukturlarının istifadəyə verilməsi bu şəhərin turizmin zəngin mərkəzinə çevrildiyini göstərir. Eləcə də Qarabağın füsunkar və iqliminə görə, ən dilbər guşələrindən biri olan Xankəndidə də turizm sektoru canlanmaqdadır. Burada “Qarabağ”, “Palace”, “Bulud” hotellərinin turistlərin ixtiyarına verilməsi bu şəhərin əvvəlki turizm simasının özünə qayıtmasında müjdə olub. Bunun ardınca Xandəndidə mühüm sosial, ictimai iaşə obyektləri, müxtəlif restoran, xidmət və ticarət mərkəzlərinin istifadəyə verilməsi, bölgənin şəhər sənayesinin inkişafı ilə bağlı layihələrin icrası turizm sektorunun inkişafına öz töhfəsini verib. “Bulud” hoteli isə turizm arxitekturasında özünəməxsus yerini tutmaqdadır. Ağdam-Xankəndi dəmir yolunun yenidən qurulması isə bu şəhərin və ətraf bölgələrin vahid turizm zəncirində birləşməsində mühüm rol oynayacaq.

Ağdamda “Aghdam City Hotel”in istifadəyə verilməsi ilə bu rayonda da  turizmin ilk addımları atılıb. “Hilton Garden İnn” hotelli isə regionun turizm sektorunun inkişafı üçün yeni imkanlar açır. Qarabağın geniş turizm potensialında özünəməxsus yeri ilə seçilən Ağdamda aparılan sürətli bərpa-quruculuq işləri, yol-nəqliyyat, sosial infrastrukturların yaradılması bu ərazilərin turizm sənayesini də hazır vəziyyətə gətirir. Digər turizm və xidmət obyektləri də bu rayonun əvvəlki turizm şöhrətini tam bərpa edəcək.

Kəlbəcər turizmin cənnətinə çevrilə bilər 

Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur. Hazırda Tuğ, Hadrut, Daşaltıda turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparılması da təsadüfi deyil. Eləcə də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması da bu strateji məqsədə xidmət edir. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, “yaşıl turizm” təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verə bilər. Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. Buradakı “İstisu” mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Burada gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür.

Qarabağda 3 hava limanının tikilməsi də təsadüfi deyildir. Füzuli, Zəngilan və Laçın Hava Limanları həm də turizm tranzitinin əsas açarı kimi nəzərə alınıb. Məhz bu zəngin imkanları nəzərə alan hökumət bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər, turizm infrastrukturları və xidmət şəbəkələrinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir.

Qarabağ və Şərqi-Zəngəzura 1 milyon turistin səyahəti gözlənilir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da nəzərdə tutulan əsas prioritetlərdən biri bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı zəruri təminatların yaradılmasıdır. Bu məqsədlə turizm sənayesinə müxtəlif iqtisadi stimullar verilib, turizm sektoru vergilərdən azad olunub. Bu ərazilərə investisiya qoyuluşunu artırmaq üçün müxtəlif dövlət dəstəyi tədbirləri müəyyən olunub. Tədbirlər Planına uyğun olaraq bölgədə davamlı işlər görülür, turizm marşrutları hazırlanır. Eyni zamanda, yerli və xarici turistlərin artıq bu bölgəyə səfərləri üçün turpaketlər təşkil olunmaqdadır.

Beləliklə, Qarabağ və Şərqi-Zəngəzurda hər istifayə verilən turizm obyektləri yeni turist axınları üçün əlverişli qapı deməkdir. Proqnozlara görə, yaxın illərdə daxili və xarici turistlərlə birgə bu bölgəyə 1 milyon turistin səyahət edəcəyi gözlənilir.

Beynəlxalq idman tədbirləri turizmin inkişafını təşviq edir

Beynəlxalq idman tədbirləri də (“Formula 1”, Xizəksürmə üzrə dünya çempionatı və s)  turizm və xidmət infrastrukturunu inkişaf və təşviq edir, ölkəmizin qlobal turizm cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayır. Məsələn, ənənəvi olaraq keçirilən “Formula 1” yarışı ölkəmizin turizm imkanlarının dünyaya təqdimatında xüsusi rol oynamaqdadır. Birinci “Formula 1” yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb. Hazırda xizək turuzmi üçün yaradılan yeni infrastrukturlar dağ-xizək turuzminin inkişafında yeni mərhələ açmaqdadır. Yeri gəlmişkən, xizək turizminin əsas ünvanlarından olan Şahdağ Turizm Kompleksi 37 xizək yamacı və 45 km uzunluğuyla fəaliyyət göstərir, 2025-ci ildə 300 mindən çox ziyarətçi qəbul edib. Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi 12 km-dən çox xizək sahəsi və 4 kanat xətti ilə işləyir. Həmçinin, Kəlbəcər Dağ Turizm Mərkəzi 2 fazalı layihə ilə 3 kanat yolu və 18 yamac təqdim edəcək.

Beləliklə, ölkəmizdə turizm sənayesinin inkişafı regionda böyük bir turizm bumunu formalaşdıracaq, bu isə rayonlarda məşğulluğun təmin olunmasında və əhalinin gəlirinin artmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see160

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see160

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see158

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see157

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see157

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see154

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see154

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see154

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see154

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see153

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see153

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see153

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see151

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see149

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see149

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see148

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see148

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri