Azad İlyasov Mingəçevir reqatasında qızıl medal qazanıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azad İlyasov Mingəçevir reqatasında qızıl medal qazanıb.
SİA xəbər verir ki, “Mingəçevir reqatası 2026” beynəlxalq yarışının ikinci günündə Azərbaycan təmsilçisi Azad İlyasov (2008-2009) 1500 metr məsafəyə akademik avarçəkmə üzrə yarışda qızıl medal qazanıb.
İdmançı yarışdan sonra bildirib ki, ilk yarışa ciddi hazırlaşıblar və əldə etdikləri nəticədən məmnundurlar. O qeyd edib ki, sabah keçiriləcək yarışlarda iki növdə mübarizə aparacaq. Əsas hədəfinin növbəti yarışlarda da qızıl medal qazanmaq və Azərbaycan bayrağını dalğalandırmaq olduğunu vurğulayıb.
Azad İlyasov ona dəstək olan ailə üzvlərinə təşəkkür edib. O, həmçinin federasiyaya yarışın keçirilməsinə yaradılan şəraitə, məşqçilərinə isə onu yüksək səviyyədə hazırladıqlarına görə minnətdarlığını bildirib.
İdmançı qarşıdakı yarışlarda Azərbaycanı layiqincə təmsil edərək növbəti qızıl medalı qazanmağa çalışacağını deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 30 Sentyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















