Azər İlyasov: “Mingəçevir Reqatası 2026”da qalibiyyətə əzmlə nail oldum
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mingəçevir, 30 sentyabr, AZƏRTAC
Akademik avarçəkmə üzrə yığma komandanın üzvüyəm. “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə 1500 metr məsafəyə 1 nəfərlik akademik avarçəkmə qayığı yarışlarında rəqiblərimi geridə qoyaraq qızıl medalı qazandım. Buna əzmlə nail oldum, çünki yarışa çox hazırlaşmışdım.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin medalçısı Azər İlyasov bildirib.
İdmançı turnirin üçüncü günündə də adını qızıl medal qazananlar sırasına yazdırmaq arzusundadır. “Sabah iki nəfərlik qayıqda yarışacam. Hədəfim orada da birinci yerin sahibi olub, Azərbaycan bayrağını dalğalandırmaqdır. Uğuruma görə üzərimdə əziyyəti olan hər kəsə minnətdaram”, - deyə idmançı əlavə edib.
Xatırladaq ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan təmsilçiləri 7 medal qazanıblar.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Sentyabr 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















