Icma.az
close
up
RU
Azad Laçın gözəlliklər diyarına çevrilib

Azad Laçın gözəlliklər diyarına çevrilib

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Dörd il əvvəl, dekabrın 1-də xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Prezident İlham Əliyev xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunduğunu bildirərək, Azərbaycan xalqını bu münasibətlə təbrik etdi: "Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində kapitulyasiyaya məcbur qalan Ermənistan üçtərəfli Bəyanata əsasən Laçın rayonundan hərbi birləşmələrini çıxardı. 2020-ci il dekabrın 1-i Azərbaycan tarixinə 28 il işğal altında qalan Laçın rayonunun azad olduğu gün kimi yazıldı.

Oxu.Az AZƏRTAC-ın mövzu ilə bağlı məqaləsini təqdim edir:

Azərbaycanın hərbi və siyasi-diplomatik müstəvidə qələbəsi

Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın həm hərb, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Hələ 44 günlük Vətən müharibəsində noyabrın 9-da Azərbaycan Ordusu Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: "Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə".

2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü ki, bununla da ata-baba yurdları laçınlılara qaytarıldı. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı. Sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Laçın yenidən xoş növrağına qovuşur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. İşğaldan azad olunduqdan dərhal sonra rayonda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində yaşayış məntəqələri tikilir və bərpa olunur, infrastruktur layihələri həyata keçirilir, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır. Doğma yurdlarına qayıdan laçınlıların layiqli həyat şəraitinin təmin olunması, onların bu torpaqda rahat, firavan yaşaması üçün bütün işlər - infrastrukturun qurulması, abadlaşdırma, sosial, mədəni, əyləncə, istirahət, turizm zonalarının bərpası kompleks şəkildə aparılır.

Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı Beynəlxalq Hava Limanının, "Laçın" qovşaq yarımstansiyasının, Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, mehmanxana kompleksinin təməlini qoyub, 8 MVt gücündə "Güləbird" Su Elektrik Stansiyasının, "Qorçu" yarımstansiyasının, "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, 2 nömrəli tam orta məktəbin, "Həkəri Balıq Təsərrüfatı"nın, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışını edib. Dövlətimizin başçısı, həmçinin "Həkəriçay" su anbarı layihəsi, Kəlbəcər-Laçın avtomobil yolunda və tuneldə, Zabux kəndində, Aqro və Sənaye parkında aparılan tikinti işləri ilə, habelə istehsal müəssisələrin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Genişmiqyaslı quruculuq işlərinin yüksək zövq və keyfiyyətlə aparılması Laçını gözəlliklər diyarına çevirib. Prezident İlham Əliyev ötən il mayın 28-də Laçına qayıdan əhali ilə görüşündə aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bu gün Laçına gələnlər səliqə-sahmanın, abadlığın, gözəlliyin şahidi olurlar. Dağlar qoynunda yerləşən füsunkar təbiəti, gözəl mənzərələri olan Laçın digər gözəlliyini də şəhərdə aparılan abadlıq işlərindən alır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə günü-gündən inkişaf edən və böyük hissəsi yenidən qurulan Laçın doğma sakinlərini qoynuna alaraq xoş növrağına qovuşur. Laçın şəhərində 570 ailə olmaqla 2090 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində isə 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır

Laçında istehsalat, xidmət müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır.

Laçına qayıdan əhalinin məşğulluğunun təmin edilməsi, rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Zerti Aqro-Sənaye Parkıdır. Qısa müddət ərzində bir çox müəssisələrin, o cümlədən dam örtükləri, prefabrik modul evlərin istehsalı müəssisələrinin, mebel fabrikinin, xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin, heyvandarlığın inkişafı üçün seleksiya mərkəzinin, orqanik istixanaların, ət kəsimi sexinin, yem istehsalı, "Şampinyon" və "İstridye" göbələklərinin, göyərti, pomidor becərilməsi üçün təsərrüfatların fəaliyyət göstərdiyi Zerti Aqro-Sənaye Parkı yeni fəaliyyətə başlayan sahələr - ayaqqabı fabriki, "Philips" lampaları ilə çalışan bralar (divarüstü işıq) və ekoodun istehsal edən böyük sexlər hesabına sürətlə genişlənməkdədir. Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən bütün müəssisələr dünyanın ən yeni texnologiyaları ilə təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Hazırda laçınlıların çalışdığı parkın gələcəkdə, bütün müəssisələrin işə düşməsi ilə 1200 iş yerinin açılması potensialı var.

Bəli, füsunkar təbiəti - zümrüd meşələri, dağları, çəmənləri, bulaqları ilə göz oxşayan Laçın bu gün müasir infrastrukturu, şəhər və kəndləri, qoynuna aldığı doğma sakinləri ilə daha da gözəlləşib, firavan günlərinə yenidən qayıdıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri