Icma.az
close
up
RU
Azad Laçın gözəlliklər diyarına çevrilib AZƏRTAC

Azad Laçın gözəlliklər diyarına çevrilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Laçın, 1 dekabr, AZƏRTAC

Dörd il əvvəl, dekabrın 1-də xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Prezident İlham Əliyev xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunduğunu bildirərək, Azərbaycan xalqını bu münasibətlə təbrik etdi: “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində kapitulyasiyaya məcbur qalan Ermənistan üçtərəfli Bəyanata əsasən Laçın rayonundan hərbi birləşmələrini çıxardı. 2020-ci il dekabrın 1-i Azərbaycan tarixinə 28 il işğal altında qalan Laçın rayonunun azad olduğu gün kimi yazıldı.

Azərbaycanın hərbi və siyasi-diplomatik müstəvidə qələbəsi

Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın həm hərb, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Hələ 44 günlük Vətən müharibəsində noyabrın 9-da Azərbaycan Ordusu Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.

2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü ki, bununla da ata-baba yurdları laçınlılara qaytarıldı. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı. Sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Laçın yenidən xoş növrağına qovuşur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. İşğaldan azad olunduqdan dərhal sonra rayonda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində yaşayış məntəqələri tikilir və bərpa olunur, infrastruktur layihələri həyata keçirilir, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır. Doğma yurdlarına qayıdan laçınlıların layiqli həyat şəraitinin təmin olunması, onların bu torpaqda rahat, firavan yaşaması üçün bütün işlər - infrastrukturun qurulması, abadlaşdırma, sosial, mədəni, əyləncə, istirahət, turizm zonalarının bərpası kompleks şəkildə aparılır.

Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı Beynəlxalq Hava Limanının, “Laçın” qovşaq yarımstansiyasının, Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, mehmanxana kompleksinin təməlini qoyub, 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyasının, “Qorçu” yarımstansiyasının, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, 2 nömrəli tam orta məktəbin, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışını edib. Dövlətimizin başçısı, həmçinin “Həkəriçay” su anbarı layihəsi, Kəlbəcər-Laçın avtomobil yolunda və tuneldə, Zabux kəndində, Aqro və Sənaye parkında aparılan tikinti işləri ilə, habelə istehsal müəssisələrin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Genişmiqyaslı quruculuq işlərinin yüksək zövq və keyfiyyətlə aparılması Laçını gözəlliklər diyarına çevirib. Prezident İlham Əliyev ötən il mayın 28-də Laçına qayıdan əhali ilə görüşündə aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bu gün Laçına gələnlər səliqə-sahmanın, abadlığın, gözəlliyin şahidi olurlar. Dağlar qoynunda yerləşən füsunkar təbiəti, gözəl mənzərələri olan Laçın digər gözəlliyini də şəhərdə aparılan abadlıq işlərindən alır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə günü-gündən inkişaf edən və böyük hissəsi yenidən qurulan Laçın doğma sakinlərini qoynuna alaraq xoş növrağına qovuşur. Laçın şəhərində 570 ailə olmaqla 2090 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində isə 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır

Laçında istehsalat, xidmət müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır.

Laçına qayıdan əhalinin məşğulluğunun təmin edilməsi, rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Zerti Aqro-Sənaye Parkıdır. Qısa müddət ərzində bir çox müəssisələrin, o cümlədən dam örtükləri, prefabrik modul evlərin istehsalı müəssisələrinin, mebel fabrikinin, xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin, heyvandarlığın inkişafı üçün seleksiya mərkəzinin, orqanik istixanaların, ət kəsimi sexinin, yem istehsalı, “Şampinyon” və “İstridye” göbələklərinin, göyərti, pomidor becərilməsi üçün təsərrüfatların fəaliyyət göstərdiyi Zerti Aqro-Sənaye Parkı yeni fəaliyyətə başlayan sahələr - ayaqqabı fabriki, “Philips” lampaları ilə çalışan bralar (divarüstü işıq) və ekoodun istehsal edən böyük sexlər hesabına sürətlə genişlənməkdədir. Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən bütün müəssisələr dünyanın ən yeni texnologiyaları ilə təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Hazırda laçınlıların çalışdığı parkın gələcəkdə, bütün müəssisələrin işə düşməsi ilə 1200 iş yerinin açılması potensialı var.

Bəli, füsunkar təbiəti - zümrüd meşələri, dağları, çəmənləri, bulaqları ilə göz oxşayan Laçın bu gün müasir infrastrukturu, şəhər və kəndləri, qoynuna aldığı doğma sakinləri ilə daha da gözəlləşib, firavan günlərinə yenidən qayıdıb.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see120

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri