Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

Putinlə Mişustinin maaşı artdı

Yollar yenə tıxaclıdır Siyahı

Yol vergisi alınacaq AÇIQLAMA

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

Ərdoğan Makronla görüşdü

Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibi Gülşən Səfərova: Hamı daxilindəki işığı görməlidir

Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibi Gülşən Səfərova: Hamı daxilindəki işığı görməlidir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Hazırda cəmiyyətdə gender bərabərliyi mövzusuna dırnaqarası yanaşılır. Amma bizim layihə çərçivəsində etmək istədiyimiz hər kəsin öz içindəki işığı görməsi və gender məsələlərinə görə bunu sərhədləməməsidir. Bu gün gender bərabərliyi deyiləndə cəmiyyətdə qadın və ya kişinin üstünlüyündən danışılır, buna inanılır".

Bu sözləri Oxu.Az-a müsahibəsində Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibi Gülşən Səfərova deyib.

O, proqramda "Sərhədsiz gənc" adlı layihəsi ilə iştirak edib və beş min manat məbləğində mükafat qazanıb.

- Sizin layihənin əsas məqsədi və hədəf auditoriyası kimlərdir?

- "Sərhədsiz gənc" layihəsinin əsas məqsədi gender bərabərliyi mövzusunda gənclərin beyinlərindəki sərhədləri aşmaq, stereotipləri qırmaq, xarici mübadilə proqramları mövzularında gəncləri maarifləndirmək və bir növ onlara işıq tutmaqdır ki, xaricə gedib çıxa bilsinlər.

Hədəf auditoriyamız 15-29 yaş arası gənclərdir. İlkin yaşı 15 təyin etməkdə səbəbimiz odur ki, doqquzuncu sinfi bitirən şagirdlər, əsasən, bu yaşda olur, orta ixtisas təhsili almaq üçün kollecə sənəd verə bilirlər. Düşündüm ki, bu yaş üçün onların qatıla biləcəkləri müəyyən proqramlar var. Hətta nəzərimdə tutmuşdum ki, qeydiyyatdan keçən şəxslər arasında 35 yaşa qədər kimsə uyğun olsa, onu da qəbul edək. 220-dən çox qeydiyyatdan keçən oldu və onlardan 81 nəfərini qəbul etdik.

- 81 nəfər hansı meyarlar əsasında layihədə iştirak etmək şansı qazandı?

- Biz müxtəlif sualları ehtiva edən blank hazırlamışdıq. Seçimə müraciət edən şəxslərin verdikləri cavablar analiz edildi və qane edənlər seçildilər. Ancaq onların da bəziləri şəxsi səbəblərə görə sonradan gələ bilmədilər.

- Layihənin ideyası necə yarandı?

- Azad Mirzəcanzadə İnkişaf Proqramına müraciət etmək qərarına gəldikdən sonra düşündüm ki, beynimdə olan fikirləri bir məhsul kimi ortaya çıxarmalıyam. Məhsul dedikdə layihəni nəzərdə tuturam. Həmin dövrdə mən gender bərabərliyi və stereotiplər, erkən nikah və s. bu tipli mövzularda təlimlər almışdım və layihələr də icra edirdim. Düşündüm ki, mən bu işi bilirəm, bildiyim işdən yola çıxsam, daha yaxşı olar. Çünki bilmədiyim bir işdə mən özüm inanmıramsa, başqasını inandırmağım mümkün olmayacaq. Əlavə olaraq, xarici ölkələrlə mübadilə proqramları mövzusunu seçmişdim.

Layihəm Mərkəzi Aran bölgəsini - Mingəçevir, Sabirabad, Ağdaş, Göyçay - əhatə edir. Ağdaşı seçməkdə məqsədim burada işləməyim idi. Lənkəranda etsəm, şagirdlərim gələ bilməyəcəkdilər. Həmçinin mən olduğum coğrafi ərazini yaxşı tanıyırdım. Erkən nikah mövzusunda bu ərazilərdə say nisbəti çoxluq təşkil edir.

Mənim şagirdlərimi düşünməmdə səbəb isə bu idi ki, onların bəziləri öz potensiallarını görə bilmirdilər. Üstəlik, ailələrinin onları oxutmağa imkanları yox idi. Onların gələcəkləri ilə bağlı planları qızların ərə getməsi, oğlanların hərbi xidmətə yollanması, daha sonra ya qalıb kənddə işləmələri, ya da onların dili ilə desək, Moskvaya getmələri ilə məhdudlaşırdı. Mən dedim ki, belə olmasın. Niyə? Çünki onlardakı işığı görürdüm. Hər birinin müxtəlif bacarıqları var idi, amma müəyyən stereotiplərə görə həmin o bacarıqlarını görməzdən gəlirdilər. Məsələn, bəzi qızlar düşünürdülər ki, müəyyən bir bacarıq qadına, qıza uyğun deyil.

Gender mövzusunun da erkən nikaha təsir etdiyini düşünürəm. Gender bərabərliyi, stereotiplər, reproduktiv sağlamlıq, erkən nikah fərqli-fərqli adlar olsalar da, eyni istiqamətli problemlərdir. Ona görə də məhz Mərkəzi Aran regionunu seçdim.

- Layihəni Azad Mirzəcanzadə İnkişaf Proqramı vasitəsilə reallaşdırma səbəbiniz nədir?

- Həmin dövrdə mən yay aylarında könüllü kimi fəaliyyət göstərmək üçün "Regional İnkişaf" İctimai Birliyində qeydiyyatdan keçmişdim. Ancaq müəyyən səbəblərdən dolayı mənə geri dönüş etməmişdilər. Payızda sosial media vasitəsilə onlara yazdım. Sonra bir səhər mənə müsahibə təyin etmək üçün zəng gəldi. Birliyin Mərkəzi Aran şöbəsinin rəhbəri Elmir bəylə müsahibəm oldu. Mən o qədər danışdım ki, 15 dəqiqəlik müsahibənin müddəti 45 dəqiqəyə qədər uzandı. Çünki müəllim kimi fəaliyyət göstərdiyim dövrdəki problemləri və etmək istədiklərimi danışdım. Elmir bəy də ideyalarımı bəyəndi, dedi, onlar sözdə qalmasın, həyata keçirin. Bundan sonra artıq geri çəkilə bilməzdim.

Bu tip qrant layihələr var idi, əvvəllər düşünürdüm ki, məndən daha təcrübəli kimlərsə var, ona görə müraciət etmirdim ki, seçilmərəm. Lakin Azad Mirzəcanzadə İnkişaf Proqramına layihəmlə müraciət etdim. Davamı gəldi və nəticə etibarilə qaliblərdən bir oldum.

- İdeyanızı necə inkişaf etdirdiniz?

- Azad Mirzəcanzadə İnkişaf Proqramında iştirakçı olanlar üçün proses tamam fərqli idi. Birinci - qeydiyyat forumu idi, sonra seçilən layihələr, şəxslər oriyentasiya gününə dəvət olunurdular. Bu gündə iştirak edilirdisə, növbəti mərhələlərə keçirirdilər. Çünki davamlılıq, bu işə məsuliyyət Azad Mirzəcanzadə İnkişaf Proqramı komandası üçün vacib amildir.

Oriyentasiya günündən sonra üç müxtəlif təlim həyata keçirildi. Bu təlimlərin ikisində iştirak edəndən sonra layihəni yazıb verdik. Sonrakı bir ay ərzində hər bir şəxslə müsahibə aparıldı, onlara öz işinin peşəkarı olan mentorlar təyin edildi. Bunların arasında Azad Mirzəcanzadə İnkişaf Proqramının tələbələri də var idi. İştirakçıların hər biri altı nəfərə qədər mentor seçə bilərdi. Mən altısını da seçdim və onlayn görüşümüz oldu. İstər şəxsi məsələlər olsun, istər karyera, istərsə layihə istiqamətində hər bir suala cavab verdilər. Bu mənim üçün çox qiymətli idi, çünki onların təcrübəsi böyük idi. Bəziləri ilə indi də əlaqə saxlayıram. Bundan da əlavə, biz "NEQSOL Academy"yə birillik ödənişsiz abunəlik qazanmışdıq. Bu işin müsbət cəhəti odur ki, belə imkanlar təkcə qaliblərə yox, bütün iştirakçılara şamil olunurdu.

- Layihə çərçivəsində hansı fəaliyyətləri həyata keçirirsiniz?

- Mənim layihəm daxilində iki mövzu - gender bərabərliyi və stereotiplər, bir də xarici ölkələrlə mübadilə proqramları var idi.

İlk mərhələdə düşündüm ki, gender bərabərliyi və stereotiplər mövzusunda hər bölgədən az adam dəvət edək. Çünki həssas mövzudur. Lakin mübadilə proqramları mövzusunu bir çox insana təqdim etmək mümkündür. Gender bərabərliyi və stereotiplər mövzusunu fərdi şəkildə işləməyin daha effektiv olacağını düşündüm. Ona görə biz bir görüş üçün maksimum 25 nəfər çağırmağı nəzərə tutmuşduq.

Müxtəlif regionlarda bunu həyata keçirdik. Həm qadın, həm kişi təlimçi dəvət etmişdik ki, iştirakçıların hamısı özünü etibarlı atmosferdə hiss etsin. Müəllim olduğum üçün formal və qeyri-formal təhsilin fərqini görə bilirəm. Ona görə peşəkar təlimçilər Səadət Ağayeva və Əmrah Cəfərovdan təlimi qeyri-formal şəkildə həyata keçirmələrini istədim.

Ümumiyyətlə, hazırda cəmiyyətimizdə gender bərabərliyi mövzusuna dırnaqarası baxırlar. Amma bizim layihə çərçivəsində etmək istədiyimiz hər kəsin öz içindəki işığı görməsi və gender məsələlərinə görə bunu sərhədləməməsidir. Təlimdə kişi, yaxud qadının bir-birindən üstün olmasını deyil, humanist dəyərləri aşılayırdıq. Həmçinin qadın və kişi iştirakçıların da sayının bərabər olmasına diqqət edirdik. İyirmi oğlan, beş qız, yaxud iyirmi qız, beş oğlan seçsəm, onlar üçün də yaxşı atmosfer olmayacaqdı.

Təlimçilər iştirakçılar üçün müəyyən situasiyalar qurur, onların çıxardıqları nəticələri təhlil və izah edirdilər.

Günortaya qədər mərhələ belə idi. Sonra ABŞ-də təhsil almış, bir çox layihələrin qalibi Namaz Kərimov xarici ölkələrdə mübadilə proqramları mövzusunda interaktiv təlim sessiyaları keçirdi. O, bir çox layihələr: ödənişli-ödənişsiz, təhsilyönümlü, təhsildənkənar - hər biri haqqında danışdı. İştirakçıların hər birinə məlumatlandırıcı kağızlar payladıq, faylları da hər biri ilə bölüşdük.

Bundan əlavə, İbrahim Mirzəzadə və Elvin Hacıyevi dəvət etmişdim. Onlar Türkiyədə, Ukraynada və Avropanın digər ölkələrində "Erasmus" layihələrində iştirak ediblər. Buna görə də öz real təcrübələrini danışmalarını istədim.

- Bu layihə ilə gənclərdə hansı bacarıqların inkişafına töhfə verilir?

- Bunu real situasiya üzərindən cavablayım. Mingəçevirdə təşkil etdiyimiz təlimdəki iştirakçılardan biri bu mövzuya aqressiv yanaşırdı. Həmin bəy deyirdi ki, gender bərabərliyi mövzusunu niyə seçmisiniz, nəyimizə lazımdır? O elə düşünürdü ki, bu, qadınları önə çəkmək, kişiləri arxa plana atmaqdır.

Bəzi bəylər də vardı ki, onlar ümumiyyətlə bu mövzu haqqında məlumatlı deyildilər. Söhbət zamanı onların həssas nöqtələrinə, eqolarına toxunulduğu hiss olunurdu, çünki necə alovlanaraq danışdıqları görünürdü. Təbii ki, təlimçilər situasiyasını idarə edirdilər.

Xanım iştirakçıların isə real problemlərinə, travmalarına toxunduğumuzu hiss edirdik. Əsasən, bu tip situasiyanı Mingəçevir və Ağdaşda müşahidə etdim. Sabirabadda isə gözləmədiyim şəkildə məni təəccübləndirdilər. Prosesə daha yetkin prizmadan baxırdılar.

Odur ki, layihə də gənclərə sərhədləri aşmaq bacarığını aşılayır. Mübadilə proqramlarında iştirak üçün xaricə gedəndə bir cür adam olursan, qaydanda başqa cür, dünyagörüşün dəyişir, sərhədlərini aşırsan, sərhədsiz gənc olursan. Elə layihənin adı da buradan gəlir.

Ümumilikdə, qeyd edim ki, bütün iştirakçılarla materiallar paylaşılıb, bundan sonrakı prosesdə xaricdə mübadilə proqramları üçün müraciət etmək istəsələr, onların açar yeri mənəm və axıra qədər getmələrinə də maksimum köməklik göstəriləcək.

- Yaxın gələcəkdə layihənin inkişaf perspektivində hansı planlar dayanır? Hansı yenilikləri etməyi düşünürsünüz?

- Proses elədir ki, hər şey maliyyə dəstəyi ilə həyata keçirilə bilir. Biz layihəni Azad Mirzəcanzadə İnkişaf Proqramı vasitəsilə dörd regionda icra etdik. Başqa-başqa vaxtlarda Tovuzda, Gəncədə, Ağdaşda gender bərabərliyi, reproduktiv sağlamlıq mövzularında müxtəlif təşkilatlarla layihələr icra etmişik. Bu formada davamı gəlir. Yerimizdə durmuruq.

Mənim müəllim olaraq öhdəliyim var ki, şagirdlərimə gender bərabərliyi, reproduktiv sağlamlıq mövzularında təlimlər keçim. Gəncədə təlim keçən zaman 29 yaşlı bir xanımın dedikləri məni təəccübləndirmişdi: o, yeddi və səkkiz yaşında iki oğlu ilə yeniyetməlik dövründə və daha sonra necə davranmağı təlimdə öyrəndiyini dedi. Maraqlı bir məqam isə biologiya müəllimləri ilə bağlı idi. Baxmayaraq ki, həmin iştirakçılar biologiya üzrə təhsil almışdılar, ancaq reproduktiv sağlamlıq onlar üçün tabu olduğuna görə bunun üzərindən həmişə keçmiş və məlumatsız qalmışdılar. Bu istiqamətdə müsbət geri dönüşlərimiz olub. Düşünürəm ki, layihəni gələcəkdə bu istiqamətdə də inkişaf etdirmək mümkündür.

- Tamamilə fərqli bir layihə həyata keçirməyi düşünürsünüzmü?

- Beynimdə ideyalar var, amma hazırda konkretləşmiş şəkildə deyil. Ortaya plan çıxardıqdan sonra layihə haqqında danışmaq olar.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyun 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see211

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see185

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see158

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see158

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see148

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see141

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see137

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see131

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see131

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see129

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see125

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see125

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see120

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see119

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see119

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see118

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see116

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see116

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see115

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri