Icma.az
close
up
RU
Azad Mirzəcanzadə inkişaf proqramının qalibi: SnackPack bir məsuliyyət fəlsəfəsidir

Azad Mirzəcanzadə inkişaf proqramının qalibi: SnackPack bir məsuliyyət fəlsəfəsidir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Gördük ki, bir çox ictimai iaşə müəssisələrində günün sonunda xeyli yemək tullantıya çevrilir. Bu problemi fürsətə çevirmək və həm bizneslərə, həm də istifadəçilərə fayda verəcək bir platforma yaratmaq qərarına gəldik".

Oxu.Az xəbər verir ki, bunu Azad Mirzəcanzadə inkişaf proqramının qalibi Ataxan Əhmədov müsahibəsi zamanı deyib.

- Ataxan, özünüz haqqında bir az danışın. Haradan başladınız və "SnackPack" ideyası necə yarandı?

- "SnackPack" - bu bir komanda hekayəsidir. Həmfikirlərim və həmtəsisçilərim - Ramil Tağıyev, Cavidan Bayramlı və Emil Tağıyevlə birlikdə lap əvvəldən məqsədimiz faydalı və şüurlu bir şey yaratmaq idi. Ali təhsilimi İT sahəsində alsam da, hər zaman sosial və ekoloji məsələlər - davamlı inkişaf, urbanistika, ərzaq israfı kimi mövzulara marağım olub. Gördük ki, bir çox ictimai iaşə müəssisələrində günün sonunda xeyli yemək tullantıya çevrilir. Bu problemi fürsətə çevirmək və həm bizneslərə, həm də istifadəçilərə fayda verəcək bir platforma yaratmaq qərarına gəldik.

- Layihənizin unikal tərəfi nədədir?

- "SnackPack" - kafe, çörək sexi, restoranları və istehlakçıları bir araya gətirən mobil tətbiqdir. Bu tətbiq vasitəsilə kafe, restoran, çörək sexi kimi müəssisələr günün sonunda artıq qalan yeməkləri paket şəklində paylaşır, istifadəçilər isə bu paketləri daha aşağı qiymətə ala bilirlər. Həm ərzaq tullantısını azaldır, həm də keyfiyyətli qidalanmanı daha əlçatan edir.

- Niyə Azad Mirzəcanzadə İnkişaf Proqramına müraciət etməyə qərar verdiniz?

- Proqramın fəlsəfəsi bizi dərhal cəlb etdi. Digər müsabiqələrdən fərqli olaraq, bu proqram təkcə məhsula deyil, onun arxasında duran insana da diqqət yetirir. Burada düşüncə tərzi, dəyərlər və tənqidi yanaşma əsas yer tutur. Biz başa düşdük ki, ideyamız və yanaşmamız Azad Mirzəcanzadənin adının daşıdığı məna ilə - intizam, sistemlilik, elmi və etik düşüncə ilə üst-üstə düşür. Bu mühitin bir parçası olmaq istəyirdik.

- Sizcə, niyə məhz sizin layihəniz qaliblər arasında yer aldı?

- Düşünürəm ki, burada bir neçə amil rol oynadı: sosial əhəmiyyət, ekoloji aspekt və layihənin artıq MVP-sinin (minimum funksional məhsul) və ilkin nəticələrinin olması. "SnackPack" sadəcə bir ideya deyil, artıq işləyən bir mexanizmdir. Bundan əlavə, biz göstərdik ki, genişlənmə baxımından aydın bir baxışımız və böyüməyə hazır bir komandamız var.

- İnkişaf baxımından proqram komandanıza və layihənizə nə verdi?

- Əvvəla - mentor dəstəyi. Bizimlə çalışan mütəxəssislər biznes modelimizin zəif tərəflərini təhlil etməyə, maliyyə məntiqini gücləndirməyə və böyümə strategiyasını qurmağa kömək etdilər. İkincisi - təlimlər. Onlar standart və şablon deyildi. Proqram tədrisi iştirakçıların ehtiyaclarına uyğunlaşdırılırdı və biz, həqiqətən, dərhal tətbiq edə biləcəyimiz biliklər əldə edirdik. Və təbii ki, şəbəkələşmə. Digər iştirakçılarla tanış olduq və artıq birgə təşəbbüsləri müzakirə etməyə başlamışıq.

- Bəs şəxsi inkişaf baxımından?

- Proqram düşüncə tərzimi dəyişdi. Daha sakit və özüməinamlı oldum. Həm sərt, həm də konstruktiv bir seçim mərhələsindən keçəndə səni tanıyırlar, dəstək alırlar. Artıq qorxudan yox, inamdan hərəkət etməyə başlayırsan.

- "SnackPack" layihəsini inkişaf etdirərkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız?

- Əsas çətinliklər davranışla bağlı idi. Gənc komanda olduğumuz üçün əvvəlcə ictimai iaşə obyektlərini bizimlə tərəfdaşlığa inandırmaq asan deyildi. Amma ilk nəticələri və partnyorları əldə etdikdən sonra proses xeyli asanlaşdı - bizə olan etimad artmağa başladı. Bu mərhələdə proqramın dəstəyi çox önəmli oldu - bizə dəyəri düzgün çatdırmağı, biznes və ictimaiyyətlə effektiv dialoq qurmağı öyrətdilər.

- "SnackPack" üçün növbəti addımlar hansılardır?

- Biz genişlənmək istəyirik. Hazırda, əsasən, Bakını əhatə edirik, amma digər şəhərlərdən də maraq və sorğular var. Paralel olaraq tətbiqə yeni funksiyaların əlavə olunması üzərində çalışırıq - məsələn, bonus sistemi və ekoplatformalarla inteqrasiya. Eyni zamanda, beynəlxalq bazara çıxış imkanlarını da araşdırmağa başlamışıq.

- Azad Mirzəcanzadənin irsində sizə xüsusilə yaxın olan məqamlar hansılardır?

- Onun biliyə yanaşması bizə çox doğmadır. Həm fundamental idi, həm də praktik tətbiqə yönəlmişdi. O, elmi dəqiqliyi ictimai məsuliyyətlə birləşdirə bilən bir şəxsiyyət idi. Bu da bizim layihə olaraq can atdığımız əsas dəyərlərdir: sadəcə, nəyisə etmək yox, onu əsaslandırılmış, etik və cəmiyyət üçün faydalı şəkildə həyata keçirmək.

- Növbəti mərhələyə müraciət etməyi düşünənlərə nə demək istəyərdiniz?

- Müraciət edin. Hətta qalib gəlməsəniz belə, müraciət prosesi ideyanızı sistemləşdirmək və özünüzü sınamaq üçün bir fürsətdir. Əgər proqramdan keçsəniz, startap dünyasında nadir rast gəlinən bir mühitlə qarşılaşacaqsınız - burada sizinlə, sadəcə, hesabatlar üzərində deyil, ideyanın mahiyyəti üzərində çalışırlar. Bu, təkcə layihəni həyata keçirmək imkanı deyil, həm də şəxsiyyət kimi inkişaf etmək şansıdır.

Azad Mirzəcanzadə inkişaf proqramı haqqında.

Əgər siz də proqramın dəyərlərini bölüşürsünüzsə, ideyalarınızın gücünə inanırsınızsa və 18-35 yaş aralığındasınızsa - bu fürsəti qaçırmayın!

Linkə keçid edərək müraciətinizi göndərə bilərsiniz.

Son müraciət tarixi: 21 aprel 2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri