Icma.az
close
up
RU
Azad Mirzəcanzadənin İnkişaf Proqramı nın növbəti mərhələsinə start verilir

Azad Mirzəcanzadənin İnkişaf Proqramı nın növbəti mərhələsinə start verilir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Regional İnkişaf" İctimai Birliyi (RİİB) "Azad Mirzəcanzadənin İnkişaf Proqramı"nın növbəti mərhələsinə start verir.

Oxu.Az xəbər verir ki, bu proqram görkəmli alim Azad Mirzəcanzadənin unikal tədris üslubu, insanların istedadını üzə çıxarmaq bacarığı və yaradıcı yanaşmalarından ilhamlanaraq həyata keçirilir. Məqsəd, paytaxt və regionlardan çevik düşüncə tərzi, innovativ yanaşma və dayanıqlı gələcəyə töhfə vermək arzusu ilə seçilən istedadlı gəncləri üzə çıxarmaq və onların inkişafını dəstəkləməkdir.

Proqram çərçivəsində seçilən ən yaxşı layihə müəlliflərinə 5 000 manatadək maliyyə dəstəyi təqdim olunacaq. Bununla yanaşı, iştirakçılar peşəkar təlimlərdə iştirak edəcək, layihələrin hazırlanması və təqdimatı üzrə biliklərini artıracaq, həmçinin liderlik bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlərdə iştirak edəcəklər.

Proqrama 18-35 yaş arasında olan hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. Təqdim olunan layihələr müxtəlif mövzuları və istiqamətləri əhatə edə bilər, sosial və ya sahibkarlıq sahələrdən tutmuş, daha geniş spektrdə olan təşəbbüslərə qədər.

Qeyd edək ki, proqram 2023-cü ilin sentyabr ayında elan edilib və ilk 6 qalib artıq layihələrini uğurla tamamlayıb. Sosial, ekoloji, maarifləndirici və innovativ sahələri əhatə edən bu layihələr proqramın həm yenilikçi yanaşmaları dəstəklədiyini, həm də cəmiyyətə real təsir göstərdiyini bir daha sübut edir.

Qeydiyyat üçün sadəcə linkə daxil olub forumu doldurmaq kifayətdir.

Son müraciət tarixi: 28 fevral 2025.

Yeni ideyası olanlar fürsəti qaçırmasınlar. Qatılın, yeni biliklər əldə edin və unikal proqramın bir parçası olun.

Əlavə məlumat üçün "Regional İnkişaf" İctimai Birliyinin 150 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri