Icma.az
close
up
RU
Azad olumuş ərazilərdə hansı sahələrdə iş var? SİYAHI

Azad olumuş ərazilərdə hansı sahələrdə iş var? SİYAHI

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2025-ci ildə yaradılan yeni iş yerlərinin fəaliyyət növləri məlum olub. 
Demokrat.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Qarabağ iqtisadi rayonunda yeni açılan iş yerlərinin sayı 2024-cü ildə 2266 olduğu halda, 2025-ci ildə 2275-ə yüksəlib. İllər ərzində sahələr üzrə ciddi dəyişikliklər diqqət çəkir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində iş yerləri 227-dən 459-a çataraq iki dəfəyə yaxın artıb. Təhsil sahəsində isə daha kəskin dinamika müşahidə olunur. Belə ki, bu sahədə iş yerlərinin sayı 228-dən 679-a yüksələrək sosial infrastrukturun genişləndiyini göstərir.
Bunun əksinə olaraq, tikinti-təmir sahələrində eniş müşahidə olunur. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində ötən il açılan iş yerlərinin sayı isə 29-dur. 
Eyni zamanda su təchizatı və tullantıların təmizlənməsi sahəsində 164, dövlət idarəetməsi və sosial təminatda  74 yeni iş yeri açılıb.
Şərqi Zəngəzur iqtisadi rayonunda isə ümumi dinamika fərqli istiqamətdə inkişaf edib. 2024-cü ildə 953 olan yeni iş yerlərinin sayı 2025-ci ildə 854 olub. Lakin burada da struktur dəyişiklikləri diqqət çəkir. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 91-dən 226-ya yüksəlib. Eyni zamanda ötən il nəqliyyat və anbar təsərrüfatında iş yerləri 39, peşə, elmi və texniki fəaliyyətlərdə isə 37 yeni iş yeri yaradılıb.
Digər tərəfdən, tikinti sahəsində 127, inzibati və yardımçı xidmətlərdə 19, kənd təsərrüfatında 27 yeni iş yeri yaradılıb. 
Statistikalar göstərir ki, işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın yeni mərhələyə keçib. Belə ki, ilkin bərpa və quruculuq işlərindən sonra iqtisadi fəaliyyət daha çox sosial infrastruktur, xidmət və dayanıqlı inkişaf sahələrinə yönəlir. (Modern.az)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri