Icma.az
close
up
RU
Azad olunmuş ərazilərə bu qədər pul xərclənib

Azad olunmuş ərazilərə bu qədər pul xərclənib

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəmi 4454,9 milyon manat vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.

Hesabata əsasən, həmin vəsaitin 3781,9 milyon manatı və ya 84,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 334,0 milyon manatı və ya 7,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 276,3 milyon manatı və ya 6,2 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 62,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür. Həmin vəsaitin 3930,8 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 2521,9 milyon manat (avtomobil yollarına 2197,6 milyon manat, dəmiryollarına 324,3 milyon manat), yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə 992,5 milyon manat, yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması, transformator məntəqələrinin quraşdırılması, yeni yarımstansiyalarının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsinə 174,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 124,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılması, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsinin aparılmasına 55,8 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poçt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radio monitorinq sisteminin qurulması turizm infrastrukturunun qurulmasına 36,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisinə 15,2 milyon manat, işğaldan azad edilmiş ərazilərdə geoloji kəşfiyyat işlərinin aparılmasına 7,1 milyon manat, turizm infrastrukturunun yaradılmasına 0,7 milyon manat və digər infrastruktur layihələrinə 2,4 milyon manat), 74,8 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 9,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 439,5 milyon manatı sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclərə yönəldilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 İyun 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri