Icma.az
close
up
RU
Azad Qarabağ “ağıllı” layihələrlə dirçəldilir

Azad Qarabağ “ağıllı” layihələrlə dirçəldilir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Qələbədən sonra işğaldan azad olunan ərazilərimizdə dövlət səviyyəsində həyata keçirilən bərpa və yenidənqurma işləri regionun simasını dəyişir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bu irimiqyaslı layihələr təkcə infrastrukturun bərpasını deyil, həm də milli kimliyin, tarixi yaddaşın və sosial rifahın bərpasını əhatə edir. Tariximizə, mədəniyyətimizə, iqtisadi və sosial inkişafımıza əsaslanan bu Böyük Qayıdış modeli gələcək nəsillərə güclü və müasir Qarabağ mirası qoyur.

Bu proses yalnız dövlət siyasəti deyil, həm də milli ruhun, birliyin, dözümlülüyün və inkişaf strategiyasının təcəssümüdür. Azərbaycanın bu tarixi qayıdışı artıq reallıqdır və bu reallıq Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyinin nəticəsidir.

İşğal dövründə erməni vandalizminə məruz qalan mədəni irsimizin bərpası bu gün ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanın tapdaq altından xilsas olunan torpaqlarında xalqımızın çoxəsrlik tarixi və mədəniyyəti yenidən dirçələcək. Bu məqsədlə Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Mehmandarovların malikanə kompleksi, Natəvanın evi, həmçinin Ağdam və Zəngilan məscidləri bərpa olunaraq xalqın ixtiyarına verilib. Bu prosesdə əsas məqsəd təkcə abidələrin restavrasiyası deyil, həm də həmin yerlərin əvvəlki funksiyasının – mədəni və dini mərkəz kimi fəaliyyətinin bərpasıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirakları isə dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqların uğurla davam etdirilməsindən xəbər verir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası zamanı xristian irsinə də eyni həssas münasibət bəslənilir. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Qazançı kilsəsi, Xudavəng monastırı və digər dini abidələrin təmiri Azərbaycan xalqının multikultural və tolerant dəyərlərə sadiqliyinin parlaq nümunəsidir.

Ərazilərdə yaşayışın bərpası və əhalinin geri qayıdışı ilə bağlı ən vacib məsələlərdən biri də səhiyyə sisteminin əsaslı şəkildə yenidən qurulmasıdır. Bu istiqamətdə artıq bir sıra uğurlu addımlar atılıb. Füzuli, Zəngilan və Laçın rayonlarında yeni xəstəxanalar inşa olunub və müasir tibbi avadanlıqlarla təchiz edilib. Tibbi personal üçün yaradılan şərait onların bölgədə uzunmüddətli və keyfiyyətli fəaliyyətini gerçəkləşdirib.

“Rəqəmsal səhiyyə” modeli əsasında uzaq kəndlərdə yaşayan əhalinin müasir tibbi xidmətlərə çıxışının təmin olunacağı da nəzərdə tutulur. Elektron səhiyyə sistemləri mərhələli şəkildə regionda tətbiq olunmaqdadır. Bu, xüsusilə dağlıq və uzaq yaşayış məntəqələrində yaşayan insanlar üçün mühüm önəm daşıyır.

Şuşada müasir tibb ocağının yaradılması, mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həmin səhiyyə müəssisəsinin açılışı mərasiminin keçirilməsi də Qarabağda səhiyyə sisteminin inkişafının diqqət mərkəzində saxlanılmasından xəbər verir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayan əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır.

Yeri gəlmişkən, Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Şəhərin tarixi simasının və mədəni irsinin qorunub saxlanılmaqla bərpa olunması qarşıya mühüm vəzifə kimi qoyulub. İndiyədək Şuşada 376 ailə, ümumilikdə, 1409 nəfərdən artıq keçmiş məcburi köçkün məskunlaşdırılıb. Qeyd edək ki, Şuşada 450 mənzildən ibarət 23 bina artıq sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə isə daha 3 layihənin icrası nəzərdə tutulub.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağ regionu ən müasir texnologiyalarla, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ilə qurulacaq. Bu konsepsiya artıq bir sıra bölgələrdə tətbiq olunub. Zəngilan rayonunun Ağalı kəndində inşa olunan ilk “ağıllı kənd” layihəsi uğurla həyata keçirilib və sakinlərin qayıdışı gerçəkləşib.

Şuşa şəhərində və Ağdamda salınan yeni yaşayış kompleksləri, çoxmənzilli binalar, məktəblər, uşaq bağçaları və digər sosial obyektlər bölgədə yeni bir həyatın, səmərəli, faydalı fəaliyyətin əsasını qoyur. Bu komplekslər müasir urbanistik planlama ilə tikilir və enerji effektivliyi baxımından yüksək göstəricilərə malikdir. Tikinti “yaşıl bina” prinsiplərinə əsasən gerçəkləşdirilir.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan olunması mühüm strateji qərarlardan biridir. Bu ərazilərdə Günəş, külək və hidroenerji potensialının yüksək olduğu nəzərə alınaraq, bərpaolunan enerji mənbələri üzrə layihələr həyata keçirilir. Xüsusilə, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi, Zəngilan və Cəbrayılda isə Günəş enerjisi stansiyalarının qurulması planlaşdırılır.

Prezident İlham Əliyevin 2021-ci il 3 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində “yaşıl enerji zonası”nın yaradılması istiqamətində tədbirlərə başlanılıb. Sərəncamın icrasını reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə prioritet isitqamətləri özündə ehtiva edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib.

“Azərişıq” ASC-nin Qarabağ Regional Enerji Təchizatı və Satışı idarəsinin baş mühəndisi Mübariz Zərbəliyevin mediaya bildirdiyinə görə, Ağdam, Əsgəran, Xocalı və Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq. 3200 KVA gücündə “Xocalı” yarımstansiyası bir neçə sahəni fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

“Xocalı” Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilən yeni yaşayış komplekslərinin, həmçinin kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusilə də sosial-iqtisadi təyinatlı müxtəlif sahələrin fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq elektrik verilişi xətləri çəkilib. Bu yarımstansiya, həmçinin tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam, Əsgəran, Xocalı, Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq.

Yarımstansiya elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib.

Bölgənin iqtisadi potensialını reallaşdırmaq üçün, ilk növbədə, müasir infrastrukturun qurulması zəruridir. Bu baxımdan yol-nəqliyyat infrastrukturu strateji əhəmiyyət daşıyır. Azərbaycan dövləti işğaldan azad edilən ərazilərdə 8 beynəlxalq və regional avtomobil yolunun, 3 hava limanının və 2 dəmir yolu xəttinin tikintisini prioritet hesab edir.

Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının tikilməsi regionun nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Füzuli – Şuşa, Horadiz –Zəngilan – Ağbənd, Kəlbəcər – Laçın kimi yollar təkcə sərnişin və yük daşımalarını asanlaşdırmır, eyni zamanda, bölgənin kənd təsərrüfatı və sənaye imkanlarının ölkə iqtisadiyyatı ilə inteqrasiyasını təmin edir.

İnfrastrukturun qurulması ilə paralel olaraq, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət tərəfindən təqdim edilən güzəştli kreditlər, subsidiyalar və texniki dəstək mexanizmləri yerli və xarici investorların bu coğrafiyaya marağını artırır.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu bu bölgədə müxtəlif sahələr üzrə – kənd təsərrüfatı, emal sənayesi, turizm və xidmət sektorunda layihələri maliyyələşdirir. Eyni zamanda, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası çərçivəsində iş adamlarına innovativ texnologiyalarla işləməyə imkan yaradan mühit formalaşdırılır.

Əlavə olaraq, sənaye parklarının və aqroparkların salınması regionun iqtisadi xəritəsində özəl sektorun fəallığını daha da artırır. Zəngilan rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” bu baxımdan əhəmiyyətli təşəbbüslərdən biridir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq və sahibkarlıq fəaliyyəti yalnız fiziki infrastrukturla deyil, həm də güclü hüquqi-normativ baza ilə dəstəklənir. Azərbaycan hökumətinin bölgə üçün xüsusi inzibati-hüquqi rejimin formalaşdırılmasına yönələn bir sıra normativ sənədlər qəbul etməsi də bunun bariz ifadəsidir.

“İşğaldan azad olunmuş ərazilərin bərpası və davamlı inkişafı haqqında Dövlət Proqramı” bu istiqamətdə əsas yol xəritəsi kimi dəyərləndirilir. Ərazilərdə torpaq münasibətləri, vergi güzəştləri, investisiya təşviqi, gömrük imtiyazları və ətraf mühitin qorunması ilə bağlı qanunvericilik aktları sahibkarların hüquqlarını təmin etməklə yanaşı, rəqabətədavamlı mühitin yaranmasını da şərtləndirir.

Onu da xatırladaq ki, “Yaşıl enerji zonası” statusunun verilməsi ilə ərazilərdə alternativ enerji layihələrinin həyata keçirilməsi üçün hüquqi baza formalaşdırılıb. Bu yanaşma həm dayanıqlı iqtisadi artımı təmin edib, həm də xarici investorların marağını artırıb.

İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin yüksəlməsində, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərin zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın gerçəkləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 10 dekabr tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı təsdiqlənib.

Adıçəkilən sərəncamın icrası istiqamətində güzəşt və azadolmalar müəyyənləşdirilib. İlk növbədə, vergi və gömrük güzəştlərinin tətbiqi diqqətdə saxlanılıb. Belə ki, işğaldan azad edilən ərazilərin rezidentlərinin 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq, sadələşdirilmiş vergidən azad edilməsi qərara alınıb. Müvafiq sahələr üzrə idxal olunan avadanlıqlar 10 il müddətinə ƏDV və gömrük rüsumlarından azad olunub.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, muzdlu işə aid olmayan fəaliyyətdən (fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları) gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 10 il müddətinə 100 faiz həcmdə subsidiyalaşdırılması təsdiqlənib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin geniş vüsət almasını dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin həcmi də aydın göstərir. Məsələn, 2020-2024-cü illərdə işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə isə bu məqsədlə 4 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub.

V.BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see258

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see257

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see249

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see247

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see243

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see232

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see229

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see225

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see223

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see217

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see215

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see214

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see202

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see199

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see195

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see192

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see192

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see191

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see177

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri