Icma.az
close
up
RU
Dirçələn Qarabağ: “Ağıllı” həllər və strateji hədəflər Məqalə

Dirçələn Qarabağ: “Ağıllı” həllər və strateji hədəflər Məqalə

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini, Qabaqcıl təhsil işçisi Aysel Şeydayevanın “İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyası: Müasir infrastruktur və insan kapitalı” sərlövhəli məqaləsini təqdim edirik.

İşğaldan azad edilmiş ərazilərin Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reinteqrasiyası və bərpası prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu strateji kursun tərkib hissəsi kimi, qədim yaşayış məskənlərinin tarixi-memarlıq irsinin qorunması ilə müasir urbanizasiya modellərinin sintezi nəticəsində regionun yeni siması formalaşdırılır. Bu mühüm prosesləri yerində müşahidə etmək məqsədilə cari ilin may ayında Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının təşəbbüsü ilə Quba ictimaiyyətinin, ziyalıların, şəhid ailələrinin və partiya fəallarının Qarabağa səfəri təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf edən bu səfər çərçivəsində nümayəndə heyəti azad edilmiş ərazilərdə həyata keçirilən dövlət əhəmiyyətli infrastruktur layihələri ilə yaxından tanış oldu. Bu müqəddəs torpaqlara etdiyim ilk ziyarət adi səfər deyil, milli qürur hissimizin ən ali təzahürüdür. Mənim üçün bu səfəri mənəvi baxımdan ölçüyəgəlməz edən xüsusi bir məqam var: bu gün Qarabağda ucalan hər bir binada, çəkilən hər bir yolda şəhidlərimizin, o cümlədən Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş əmim, kapitan Altay Məmmədov kimi igidlərin silinməz izi, sarsılmaz iradəsi və fədakarlığı yaşayır. Onların canı bahasına azad edilən torpaqlarda indi yeni şəhərlərin salınması şəhidlərimizin ruhuna ən böyük töhfədir.

Qarabağın dirçəlişi bu gün dünya miqyasında bənzəri olmayan bir sürət və keyfiyyətlə icra olunur. Cəmi 8 ay kimi rekord müddətdə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın mühəndislik potensialının və logistik qüdrətinin dünyaya nümayişidir. Müasir texnoloji standartlara cavab verən bu liman regionun beynəlxalq iqtisadi dövriyyəyə inteqrasiyasını təmin edən strateji bir həlqədir.

Azad olunmuş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları və yaşıllıq zolaqları bölgənin ekoloji tarazlığının bərpasına xidmət edir. Bu, təkcə bərpa prosesi deyil, həm də gələcək nəsillər üçün qurulan dayanıqlı və yaşıl inkişaf modelidir.

Səfərimizin ən mühüm elmi-mədəni dayanacağı Xankəndi şəhəri və orada fəaliyyətə başlayan Qarabağ Universiteti oldu. Ali təhsil müəssisəsinin binasında aparılan yüksək səviyyəli bərpa işləri, müasir auditoriyalar və yaradılmış innovativ mühit regionun sürətlə intellektual mərkəzə çevrildiyindən xəbər verir. Bu, həm də regionun gələcək kadr potensialının formalaşdırılmasına yönəlmiş müdrik və strateji investisiyadır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətlə icra olunan "Böyük Qayıdış" Dövlət Proqramı müasir Azərbaycanın iqtisadi qüdrətinin və sarsılmaz siyasi iradəsinin bariz təzahürüdür. Bu proqram onilliklər boyu yurdundan didərgin düşmüş soydaşlarımızın ləyaqətli və təhlükəsiz dönüşünü təmin edən genişmiqyaslı milli strategiyadır.

Quba rayon ziyalıları olaraq apardığımız hərtərəfli müşahidələr bir daha təsdiq edir ki, azad edilmiş ərazilərdə ucaldılan hər bir bina, çəkilən hər bir magistral yol və bərpa olunan hər bir tarixi abidə Azərbaycanın suverenliyinin əbədiliyinə vurulan bir möhürdür. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan bu torpaqlar yaxın gələcəkdə Avrasiyanın mühüm nəqliyyat-logistika və mədəniyyət qovşağına çevriləcək.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda icra olunan genişmiqyaslı bərpa prosesi Azərbaycanın ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas fəlsəfəsi ilə tam uzlaşaraq, müasir urbanizasiya üçün qlobal bir model rolunu oynayır. Azad edilmiş ərazilərdə tətbiq edilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, dayanıqlı infrastrukturun qurulması və ekoloji tarazlığın qorunması strategiyaları WUF13-ün “Daha yaxşı şəhər, daha yaxşı həyat” ideyasının real tətbiqidir. Bu baxımdan, Qarabağdakı dirçəliş salnaməsi təkcə infrastrukturun bərpası deyil, həm də sıfırdan qurulan yaşayış məskənlərinin rəqəmsal və yaşıl keçid prinsipləri əsasında inkişaf etdirilməsi baxımından beynəlxalq ictimaiyyətə təqdim olunacaq ən uğurlu dayanıqlı şəhərsalma nümunəsidir.

Şahidlik etdiyimiz bu misilsiz quruculuq salnaməsi göstərir ki, dövlətimiz xalqımızın öz tarixi yurdunda firavan gələcəyini təmin etmək üçün bütün resurslarını səfərbər edib. Şəhidlərimizin qanı ilə suvarılmış bu müqəddəs torpaqlara həyatın qayıtması biz ziyalılar üçün təkcə bir təsərrüfat prosesi deyil, həm də milli kimliyimizin və tarixi ədalətin bərpa olunduğu müqəddəs bir missiyadır. Bu qayıdış həm də regionun iqtisadi arxitekturasını yenidən formalaşdıraraq, Azərbaycanın qlobal nüfuzunu daha da möhkəmləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri