Icma.az
close
up
RU
Azad Şuşanın yeni nəfəsi tarixi irsdən müasir inkişaf modelinə

Azad Şuşanın yeni nəfəsi tarixi irsdən müasir inkişaf modelinə

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində və mənəvi dünyasında müstəsna yeri olan şəhərdir. Qarabağın tacı, Qafqazın incisi adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii və mədəni həyatının mühüm mərkəzlərindən biri olub. Şuşanın hər küçəsi, hər məhəlləsi, hər tarixi abidəsi xalqımızın zəngin keçmişindən xəbər verir. Uzun illər işğal altında qalan Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi şəhərin tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı səsləndirdiyi “Biz səni dirçəldəcəyik!” vədi bu gün real nəticələrlə təsdiqini tapır. Azad Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, mədəni tədbirlər və məskunlaşma prosesi şəhərin yeni inkişaf modelini formalaşdırır.
Şuşanın qorunması və inkişafı məsələsi hələ ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. 1977-ci ildə onun təşəbbüsü ilə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında qərarın qəbul olunması şəhərin mədəni irsinin qorunması istiqamətində mühüm addım idi. İşğal dövründə Şuşanın tarixi simasına, memarlıq abidələrinə və mədəni irsinə ciddi ziyan vurulmuşdu. Bir sıra tarixi binalar dağıdılmış, muzeylər talan edilmiş, dini və mədəni abidələr məqsədli şəkildə məhv edilmişdi. Şuşanın azad edilməsindən sonra isə şəhərin tarixi görkəminin bərpası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği üçün hüquqi və təşkilati əsasları müəyyənləşdirdi.
2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi, 2023-cü ildə şəhərin Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi Şuşanın beynəlxalq mədəni nüfuzunun yüksəldiyini nümayiş etdirdi.
Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi isə şəhərin turizm potensialının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Şuşa artıq yalnız Azərbaycanın deyil, bütövlükdə türk və islam dünyasının mədəniyyət və turizm məkanlarından biri kimi diqqət mərkəzindədir.
Şuşada aparılan bərpa işlərinin əsas prinsipi şəhərin tarixi-memarlıq simasının qorunmasıdır. Bu məqsədlə tarixi binaların, məscidlərin, muzeylərin və digər mədəniyyət nümunələrinin bərpasına xüsusi diqqət yetirilir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğal dövründə güllələnmiş büstlərinin yenidən əvvəlki yerlərinə qaytarılması şəhərin tarixi yaddaşının bərpası baxımından mühüm hadisədir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Mehmandarovların malikanə kompleksi və digər tarixi məkanlarda aparılan işlər Şuşanın mədəni irsinin yenidən canlandırılmasına xidmət edir. Aşağı və Yuxarı Gövhərağa məscidləri, Saatlı məscidi, Mamayı məscidi və Çöl Qala məscidi kimi dini-memarlıq abidələrinin bərpası da xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə Şirin su hamamının və Mamayı məscidinin, 2025-ci ildə Çöl Qala məscidinin bərpadan sonra istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin ardıcıllığını göstərir. 2026-cı ildə isə Sadıqcanın evinin bərpadan sonra açılması şəhərin musiqi tarixinin mühüm səhifələrindən birinin yenidən canlandırılması baxımından əlamətdardır. Şuşada mədəni irsin qorunması yalnız keçmişin bərpası deyil, həm də gələcək nəsillərə ötürülən milli-mənəvi dəyərlərin yaşadılmasıdır.
Azad Şuşanın inkişafı yalnız tarixi abidələrin bərpası ilə məhdudlaşmır. Şəhərdə müasir yaşayış, nəqliyyat, kommunal və sosial infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin mühüm istiqamətlərindən biri nəqliyyat əlçatanlığının təmin edilməsidir. Şuşaya aparan 101 kilometrlik Zəfər Yolu həm hərbi qəhrəmanlığımızın xatirəsini yaşadan tarixi marşrut, həm də şəhərin inkişafına xidmət edən mühüm nəqliyyat infrastrukturu layihəsidir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu və onun üzərində inşa olunan tunellər də bölgənin nəqliyyat imkanlarını genişləndirir. Şəhərin enerji, su və kommunal təminatının yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülüb. “Şuşa” yarımstansiyasının istifadəyə verilməsi, sutəmizləyici qurğular kompleksinin açılması və rəqəmsal idarəetmə infrastrukturunun yaradılması şəhərin müasir yaşayış standartlarına uyğun inkişafına şərait yaradır. Şuşada məktəb, xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, hotel və digər sosial xidmət obyektlərinin istifadəyə verilməsi sakinlərin rahat yaşayışı üçün mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planının 2024-cü il oktyabrın 21-də təsdiq edilməsi isə gələcək inkişafın sistemli və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir. Baş planda tarixi şəhər quruluşunun qorunması, təbii landşaftın mühafizəsi, yaşayış ərazilərinin planlaşdırılması, piyada və velosiped yollarının inkişafı, ictimai nəqliyyatın əlçatanlığı kimi məsələlər nəzərə alınıb. Bu yanaşma Şuşanın özünəməxsus tarixi simasını qorumaqla müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsini hədəfləyir.
Azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı dövlət siyasətinin əsas prioritetlərindəndir. Şuşada bu proses xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Çünki doğma şəhərə qayıdış yalnız yaşayış yerinin dəyişməsi deyil, həm də uzun illər davam edən ayrılığın sona çatması deməkdir. Şəhərdə 450 mənzildən ibarət 23 binanın sakinlərin istifadəsinə verilməsi, yeni yaşayış komplekslərinin inşası, mərkəzi küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaşayış layihələrinin həyata keçirilməsi məskunlaşmanın genişlənməsinə xidmət edir. 23 oktyabr 2026-cı il tarixinə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Ümumilikdə, Şuşa şəhəri və ətraf kəndlərdə 420 ailə, 1579 nəfər yaşayır. Bu rəqəmlərin arxasında illərlə doğma yurd həsrəti çəkmiş insanların sevinci, ata-baba ocağına qayıdışın yaratdığı mənəvi rahatlıq və yeni həyatın başlanğıcı dayanır. Şuşanın bərpasının əsas məqsədi şəhərin yalnız fiziki infrastrukturunu yeniləmək deyil, burada davamlı həyat mühiti yaratmaq, tarixi sakinlərin qayıdışını təmin etmək və şəhərin sosial-iqtisadi potensialını inkişaf etdirməkdir.
Bu gün Şuşada görülən işlər Azərbaycanın öz tarixi irsinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə sadiqliyinin bariz nümunəsidir. Şəhərdə həyata keçirilən hər bir bərpa layihəsi, istifadəyə verilən hər bir sosial obyekt, inşa olunan hər bir yaşayış binası böyük qayıdışın və dirçəlişin ayrılmaz hissəsidir. Şuşanın tarixi simasının qorunması, müasir infrastrukturun yaradılması, turizm imkanlarının genişləndirilməsi və əhalinin doğma yurda qayıdışının təmin edilməsi qarşıdakı illərdə şəhərin inkişafının əsas istiqamətlərini təşkil edir. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşmiş Şuşa bu gün quruculuğun, mədəni dirçəlişin və milli həmrəyliyin ünvanına çevrilib. Onun küçələrində yenidən həyat canlanır, tarixi abidələr öz əvvəlki görkəminə qayıdır, musiqi və poeziya səsləri Cıdır düzündən bütün dünyaya yayılır. Şuşanın dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamıdır. 2020-ci il noyabrın 8-də hərbi qəhrəmanlıqla azad edilən şəhər bu gün quruculuq əzmi, mədəni zənginliyi və gələcəyə yönəlmiş inkişaf strategiyası ilə yenidən yüksəlir. Şuşa artıq təkcə keçmişimizin yadigarı deyil, həm də müasir Azərbaycanın gücünü, milli iradəsini və gələcəyə inamını nümayiş etdirən canlı rəmzdir.
8 Noyabr – Şuşa şəhəri günü mübarək!
Aybəniz Rüstəmova, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Noyabr 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri