Icma.az
close
up
RU
Azad torpağın dirçəliş ünvanı

Azad torpağın dirçəliş ünvanı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsinin 24-cü günündə, oktyabrın 20-də ölkəmizin hərb tarixinə Zəngilan şəhərinin və ətraf kəndlərin işğalçıdan təmizləndiyi gün kimi həkk edildi. Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 yaşayış məntəqəsi işğaldan azad olundu.

Prezident İlham Əliyev həmin gün müraciətində bu xoş xəbəri xalqa çatdıraraq bildirdi: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”.

Dövlətimizin başçısı müraciətində Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında yeni qələbələr qazandığını, Azərbaycan vətəndaşının bu uğuların hər birindən qürurlandığını, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmənin döyüş meydanında Silahlı Qüvvələrimizin gücünə şahid olduğunu vurğuladı, eyni zamanda, əsgər və zabitlərimizin öz torpağımızda vuruşduğunu, öz torpağımızı qoruduğunu və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağını bildirdi.

Ali Baş Komandan daha sonra xalqımızın döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözlədiyini, indi də belə şad xəbərləri Azərbaycan xalqına çatdırdığını və hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsinin böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb etdiyini vurğuladı: “Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.

Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım etdi: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

Xatırladaq ki, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərində Azərbaycanın dövlət bayrağı ucaldıldı. Bununla bağlı Azərbaycan hərbçisinin dövlətimizin başçısına ünvanladığı müraciətdə deyilirdi: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (yeni adı Çinarlı), Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edildi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. O vaxtdan həmin günlərin təntənəli şəkildə qeyd edilməsi artıq ənənə halını aldı. Sözügedən sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olundu.

Beləliklə, ordumuzun qəhrəmanlığı nəticəsində Zəngilanın işğaldan azad edilməsi ilə bu bölgəyə nəzarət imkanları bərpa edildi. Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi isə Azərbaycan – İran dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətə götürüldü. Bununla da işğalçıya daşınan hərbi yüklərin qarşısı alındı. Rayonun qəsbkardan geri alınması isə Qarabağ düyününün açılmasında həlledici amilə çevrildi. Bundan savayı, Bartaz, Sığ ırt, Şü kü rataz və daha 5 yüksəkliyin azad edilməsi ilə çox böyük strateji üstünlük əldə edildi.

Vətən müharibəsində Zəngilanın azad edilməsi üçün uğurlu “Üç nöqtə” əməliyyatı həyata keçirilib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı reallaşdırılara düşmənə sarsıdıcı zərbələr endirilib və işğalçı qaçmağa məcbur olub. Pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika sıradan çıxarılıb.

1993-cü il oktyabrın 29-da Ermənistanın işğal etdiyi Zəngilan 27 il davam edən qəsbkarlıq dövründə tamamilə dağıdılmış, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınmışdı. Vətən müharibəsi yekunlaşandan dərhal sonra isə rayonda sürətli yenidənqurma işlərinə başlanıldı. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da isə Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu.

2022-ci il oktyabrın 20-də isə dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keşirildi. Bundan başqa, rayonun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrasına başlanıldı. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev həmin yaşayış məntəqəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdi. Ağalı kəndinə əhalinin köçürülməsinə isə 2022-ci il iyulun 19-da başlanıldı.

Qeyd edək ki, Ağalı “ağıllı kənd”ində dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bu sahədə informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi diqqətdə saxlanılıb. Eyni zamanda, həmin xidmətlər üzrə mövcud resurslara, zəruri infrastruktura malik olan bir yaşayış məntəqəsi qurulub. Bir sözlə, burada “ağıllı” kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülərək, enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilib. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi önə çəkilib.

Zəngilanda indiyədək digər genişmiqyaslı yenidənqurma layihələri də həyata keçirilib. Ağalı kəndində məktəb və digər sosial obyektlər istifadəyə verilib. Zəngilan şəhərində yaşayış komplekslərinin təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilən “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.

V.BİNYATOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri