Azad Xankəndinin rəqəmsal ünvanı
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytı təqdim edilib
Xankəndidə informasiya əlçatanlığın təmin edilməsi və vətəndaşlarla kommunikasiyanın gücləndirilməsi istiqamətində daha bir addım atılıb. Belə ki, noyabrın 12-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytı təqdim edilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı “Xankəndinin yeni informasiya ünvanı – dövlətçilik, şəffaflıq və Böyük Qayıdışın rəqəmsal salnaməsi” olan https://xankendi-phs.gov.az/ internet saytının məhz Konstitusiya Günündə təqdim edilməsinin qürurverici olduğunu deyib. O, yeni rəqəmsal platformanın dövlət qurumunun fəaliyyətinin daha geniş ictimaiyyətə çatdırılması, informasiya əlçatanlığının təmin olunması və vətəndaşlarla kommunikasiyanın gücləndirilməsi baxımından mühüm rol oynayacağını bildirib. Şöbə müdirinin sözlərinə görə, rəqəmsal transformasiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə rəsmi internet saytları dövlət qurumlarının fəaliyyətində mühüm kommunikasiya platformasıdır.
Yeni internet resursu vasitəsilə vətəndaşlar qurumun fəaliyyəti, həyata keçirilən layihələr, qəbul edilən qərarlar, yeniliklər və ictimai əhəmiyyətli məlumatlarla operativ şəkildə tanış ola biləcəklər. Saytda, həmçinin Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarının tarixi, coğrafiyası, mədəniyyəti, tarixi abidələri, gəzməli-görməli yerləri, tanınmış şəxsiyyətləri və qəhrəman şəhidləri haqqında məlumatlar, eləcə də bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, baş verən yeniliklər barədə operativ xəbərlər yerləşdiriləcək.
Qeyd edək ki, ictimaiyyətə məlumatlar indiyədək “Azad Xankəndi” “Facebook” səhifəsi, “Instagram”, “X” və “YouTube” platformaları vasitəsilə çatdırılıb. Yeni internet resursunun istifadəyə verilməsi ilə bu fəaliyyət daha geniş informasiya platformasında davam etdiriləcək. Saytdakı bölmələr vasitəsilə gündəlik fəaliyyət, rəsmi məlumatlar, köç prosesi, yaşayış məntəqələri, sakinlərin həyatı, infrastruktur və sosial-iqtisadi layihələr, görülən işlərin vizual təqdimatı, mətbuat üçün məlumat və açıqlamalar ictimaiyyətə təqdim olunacaq. Yeni internet resursu dövlət-vətəndaş münasibətlərinin inkişafına, ictimai məlumatlandırmanın genişləndirilməsinə və qurumun fəaliyyətinin daha dolğun işıqlandırılmasına mühüm töhfə verəcək.
R.MAHİR
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















