Icma.az
close
up
RU
Azad torpaqlara irimiqyaslı qayıdış

Azad torpaqlara irimiqyaslı qayıdış

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarabağ və Şərqi Zəngəzurun bərpasına 20 milyard manatdan çox vəsait ayrılıb

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası haqqında danışıb. Dövlət başçısı, həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasını qiymətləndirib. Bildirib ki, infrastruktur layihələri icra edildikcə, təbii ki, evlərin tikintisinə daha böyük vəsait ayrılacaq: “Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur...”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Həmin prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Sözügedən startegiyanın icrasını təmin etmək məqsədilə Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

44 günlük Vətən müharibəsində torpaqların azad edilməsi ilə Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra 30 ilə yaxın işğal altında qalmış ərazilərin yenidən dirçəldilməsi məqsədilə bərpa və quruculuq işlərinə start verilib. Qısa zaman kəsiyində həmin yerlərdə minalardan təmizləmə işləri aparılıb, müasir yaşayış və infrastruktur obyektləri inşa edilib, iqtisadi fəaliyyət və nəqliyyat-kommunikasiya xətləri bərpa olunub. Bundan əlavə, ölkənin qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir.

Xatırladaq ki, 2025-ci il də daxil olmaqla Azərbaycanın dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb. 2026-cı ildə isə dövlət büdcəsi xərclərinin 3,5 milyard manatı və yaxud 8,4 faizi işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi prosesində enerji təminatı strateji əhəmiyyət daşıyır. Son illər ərzində bu bölgələrin enerji şəbəkəsi mərhələli şəkildə ölkənin mərkəzi enerji infrastrukturu ilə inteqrasiya olunub. Nəticədə, vahid və çevik idarə olunan dairəvi enerji sistemi formalaşdırılıb. Artıq enerji axını yalnız mərkəzdən regionlara deyil, eyni zamanda, azad edilmiş ərazilərdən ümumi enerji sisteminə yönəlir ki, bu da enerji balansının daha səmərəli tənzimlənməsinə imkan yaradır.

Beş il ərzində ümumi gücü 307 meqavat olan su elektrik stansiyalarının istifadəyə verilməsi bu sistemin dayanıqlığını daha da artırıb. Azad edilmiş ərazilərdə hazırkı istehlak həcmi nisbətən aşağı olduğundan yaradılan imkanlar ölkə üzrə enerji ehtiyaclarının optimal şəkildə bölüşdürülməsinə şərait yaradır. Bu yanaşma həm enerji təhlükəsizliyini möhkəmləndirir, həm də uzunmüddətli perspektivdə iqtisadi səmərəliliyi təmin edir.

Eyni zamanda, doğma torpaqlara qayıdan əhalinin fasiləsiz və keyfiyyətli su təminatı ən prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən layihələr böyük maliyyə resursları və geniş işçi qüvvəsi tələb edir. Hazırda bir sıra mühüm su təsərrüfatı obyektləri ya əsaslı şəkildə yenidən qurulub, ya da sıfırdan inşa edilib. Belə ki, Zabuxçay su anbarı tamamilə yeni formada tikilib, Sərsəng və Suqovuşan su anbarlarında əsaslı bərpa işləri aparılıb. Bununla yanaşı, Köndələnçayda üç su anbarı, eləcə də Xaçınçay üzərində yerləşən obyektlər yenidən istifadəyə verilib. Qeyd olunan layihələr əhalinin su təminatını yaxşılaşdırmaqla yanaşı, eyni zamanda, kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın qorunmasına və bölgənin ümumi sosial-iqtisadi canlanmasına mühüm töhfə verir. Bütün bu işlər dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri hesabına həyata keçirilir və Böyük Qayıdış strategiyasının uğurla icrasının bariz nümunəsidir.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun bərpası və yenidən qurulması bölgənin sosial-iqtisadi inkişafında başlıca istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə müasir standartlara cavab verən avtomobil yollarının salınması əhalinin təhlükəsiz hərəkətini təmin edir, eləcə də regionun ölkənin nəqliyyat şəbəkəsinə inteqrasiyasını sürətləndirir. Son illər ərzində bu ərazilərdə beynəlxalq və respublika əhəmiyyətli magistral yollar, şəhərlərarası və kəndlərarası avtomobil yolları inşa edilib və əsaslı şəkildə yenidən qurulub. Xüsusilə Füzuli–Şuşa, Zəfər yolu, Bərdə–Ağdam, Horadiz–Ağbənd, Kəlbəcər–Laçın və digər strateji əhəmiyyətli avtomobil yolları bölgənin nəqliyyat xəritəsində mühüm yer tutur.

Regionda nəqliyyat infrastrukturunun inkişafında xüsusi əhəmiyyət daşıyan layihələrdən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi xüsusi əhəmiyyət daşıyır. Hazırda bölgədə bir sıra strateji əhəmiyyətli dəmir yolu xətlərinin tikintisi və bərpası həyata keçirilir. Xüsusilə Horadiz–Ağbənd dəmir yolu xətti Şərqi Zəngəzurdan keçməklə Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutur. Bu xətt Zəngəzur dəhlizinin əsas tərkib hissəsi kimi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Sonda qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində əhalinin doğma yurdlarına köçürülməsi 2025-ci il ərzində mərhələli və planlı şəkildə həyata keçirilib. İndiyədək 7 şəhər, 22 kənd və 3 qəsəbə olmaqla, ümumilikdə, 32 yaşayış məntəqəsinə vətəndaşların köçü təmin olunub. Köçürülmə prosesi Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərlərini, Cəbrayıl rayonunun Horovlu kəndini, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərini əhatə edib. Bununla yanaşı, Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndlərinə, Ağdərə rayonunun isə Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndlərinə əhalinin qayıdışı təmin edilib.

Həmçinin Laçın rayonunun Zabux, Sus və Bəylik kəndlərinə, Xocavənd rayonunun Sos kəndinə, Qırmızı Bazar və Hadrut qəsəbələrinə, eləcə də Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinə köçürülmə həyata keçirilib. Paralel olaraq, Böyük Qayıdış prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib. Artıq ümumilikdə, 70 min insan orada yaşayır və müxtəlif peşələrdə çalışır. Cari ilin sonuna qədər isə bu rəqəm 100 mini ötəcək.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri