Icma.az
close
up
RU
Azad və doğru söz cəmiyyətin işığıdır

Azad və doğru söz cəmiyyətin işığıdır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür

Tarix göstərir ki, bəzən sadə bir sözlə ifadə edilmiş çağırış inqilablara, üsyanlara və dəyişikliklərə səbəb olub. Qılıncların kəsə bilmədiyini, savaşı söz kəsib: Divarları, sədləri doğru söz fikirlər aşıb keçib.

İnsanın düşüncəsi azad olanda cəmiyyət rahat nəfəs alır, söz azad olanda isə həqiqət hər yerə yol tapır. Elə buna görə də söz və fikir azadlığı insanların ahəngdar şəxsiyyətini formalaşdıran və cəmiyyətin gələcəyini müəyyən edən demokratik dəyərlərdən biridir. Həqiqətin gizlədilməsi, azad sözün boğulması isə xalqın gələcəyinin susdurulması deməkdir. Bu gün azad sözün dəyərini anlamaq üçün onun olmadığı zamanlara baxmaq kifayətdir.

3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində, söz və fikir azadlığının dəyəri mövzusunda Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidlə həmsöhbət olduq.

– Rəşad müəllim, sizcə söz və mətbuat azadlığı anlayışı əvvəlki illərlə müqayisədə necə dəyişib?

– Ümumdünya Mətbuat Azadlığı Günü jurnalist həmrəyliyindən irəli gəlir. Azərbaycan jurnalistlərinin həmrəy olduqlarını deyə bilərəm. Amma ümumən, hazırda dünyada jurnalist həmrəyliyi ilə bağlı normaların bir o qədər gözlənildiyi düşüncəsindən uzağam. Çünki mətbuat və media siyasiləşib, daha doğrusu, qlobal siyasi məqsəd və məramların alətinə çevrilib. Bu, bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən baş verir. Görünür, dövr belədir.

Bu baxımdan, hazırda Azərbaycan mediasının qarşısında duran əsas çağırışlar fikrimcə, beynəlxalq media məkanına inteqrasiyadır. Hesab edirəm ki, mövcud şəraitdə Azərbaycan mediası öz yolunu müəyyənləşdirməlidir. Yol isə milli maraq və mənafelərin qorunmasına xidmətdir. Dünyada da durum belədir.

Dövlət və cəmiyyət nə qədər güclüdürsə, media da bir o qədər güclüdür. Beynəlxalq media məkanına inteqrasiya isə gücün idarə olunması baxımından müstəsna əhəmiyyətə malikdir.

Nəzərə alaq ki, Azərbaycan mühüm regional aktordur və cəmiyyətin mənafelərini rəhbər tutan bu dövlətin beynəlxalq müstəvidəki dayanıqlılığı üçün peşəkar mediaya ehtiyacı var. Deməli, başlıca çağırış peşəkarlıqdır. Peşəkarlıq həm də inkişafa aparan yoldur. O inkişaf ki, özündə texnoloji yeniliklərin səmərəli tətbiqini də birləşdirir.

– Media haqqında yeni qanunvericilik və reyestr sistemi söz və ifadə azadlığından sui-istifadənin qarşısını ala bilirmi?

– “Media haqqında” qanun və qanunun tələbi olan Media Reyestri media cameəsinə, ilk növbədə, nizam-intizam gətirdi, həmçinin bəlli məsuliyyət meyarları müəyyənləşdirdi. Eyni zamanda, hazırda sahəyə yeni anlayışların daxil olduğunu da söyləmək mümkündür. Məsələn, “Media savadlılığı”nı götürək. Bu anlayış özündə bir çox komponentləri birləşdirir, cəmiyyətin media və informasiya amili ilə iç-içə durumunu vurğulayır. Axı media həm söz və ifadə azadlığının, həm də o azadlıqdan sui-istifadənin platformasıdır. Cəmiyyətdə isə mənfi hallardan sığorta immuniteti formalaşmalıdır.

“Media savadlılığı” bu immuniteti yaradan anlayışdır. Bu səbəbdən ona əhatəli yanaşmaq şərtdir.

Bundan əlavə, başlıca məqam ondan ibarətdir ki, qanun Azərbaycan dövlətinin media siyasətinə ahəng qatır, ümumən, mediamızın sağlam təməllər üzərində inkişafı üçün hüquqi baza rolunu oynayır. Sənəd, eyni zamanda, ölkəmizdə media sahəsində aparılan islahatların ruhuna adekvatdır. Şübhəsiz, gələcəkdə daha dolğun nəticələr görəcəyik. Ümumən, bir çox məsələlər var ki, onları zaman özü yoluna qoyur. Düşünürəm ki, müəyyən vaxt keçdikdən sonra “Media haqqında” qanunun faydalarını daha çox görəcəyik.

– Mətbuat Şurasına daxil olan şikayətlərdə ən çox hansı problemlər vurğulanır?

– Başlıca problem medianın və jurnalistlərin qarşı tərəfin, yəni tənqid hədəfinin mövqeyinə etinasızlığıdır. Bir çox şikayət məktublarında bundan narazılıq ifadəsini tapır. Əlbəttə, əvvəlki illərdəki kimi, açıq təhqir və böhtan halları, demək olar, yox səviyyəsindədir. Bununla belə, bir şəxsin hədəfə götürülməsi kimi tendensiya qalmaqdadır. Digər məqam budur ki, məsələn, bir media orqanı yoxlanılmamış, dəqiqləşdirilməmiş bilgi yayır. Başqa media orqanları araşdırma aparmadan həmin bilgini informasiya kimi tirajlayırlar. Bir çox hallarda sosial şəbəkədə yayılmış hansısa yanlış bilginin olduğu kimi, mediaya gətirilməsi də problem yaradır.

Qarşı tərəfin mövqeyinin öyrənilib bildirilməsindən söz düşmüşkən, məlumdur ki, bu, həm “Media haqqında” Qanunun tələbidir, həm də “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın. Çox vaxt jurnalistlər və media hansısa şəxs haqqında bilgi əldə edir və həmin bilgini yayır, mətnin altında isə qarşı tərəfin mövqeyinin işıqlandırılmasına hazırlıq əksini tapır. Halbuki, belə yanaşma düzgün deyil.

Bu gün həmin məlumatı oxuyan şəxs, sabah qarşı tərəfin mövqeyindən xəbərsiz də ola bilər və onda birtərəfli münasibət formalaşar. Yaxşı olar ki, mediamız və jurnalistlərimiz bu məqama ciddi yanaşsınlar.

Əlbəttə, Mətbuat Şurasına şikayətlərin heç də hamısının haqlı olduğunu söyləyə bilmərik. Bəzən kimlərsə Şuranı jurnalistləri cəzalandıran struktur kimi görürlər. Bu onların tələblərində əksini tapır. Adətən, bu cür tələb qoyanlar haqlı olmayanlardır.

MŞ-nin Katibliyi fəaliyyəti narazılıq doğurmuş media orqanı ilə təmas yaradanda, həmin media orqanının qarşı tərəflə əlaqə saxlamaq üçün bütün vasitələrdən istifadə etdiyi müəyyənləşir. Məlum olur ki, şikayət etmiş şəxs və ya qurum jurnalistlə ünsiyyətdən, nəyəsə aydınlıq gətirməkdən yayınıb. O zaman, gərək, yazı yayılandan sonra da şikayət etməsin. Amma edir. Bəzən belələrinə medianın vəzifəsinin nələrisə yazmaq, işıqlandırmaq olduğunu anlatmaq çətinlik törədir. Yəni, problem bir çox hallarda yalnız mediada yox, mediadan şikayət edənlərdə də olur.

– Sosial şəbəkələr ənənəvi medianın rolunu necə dəyişdi?

– Ənənəvi medianın, yəni qəzet, jurnal və informasiya agentliklərinin rolu internet media çıxanda dəyişdi. O anlamda ki, internet media xəbər yayıcılığı baxımından daha çevik idi və bu amil qəzet və jurnalları yaradıcılıq kontentlərində dəyişiklik aparmağa vadar etdi. Əlbəttə, oxucu axşam hansısa saytda gördüyü xəbəri səhər qəzetdə oxumaq istəməz.

O ki qaldı, sosial şəbəkələrlə müqayisə müstəvisinə, düşünürəm ki, ümumən, müqayisə yanlışdır. Çünki medianın peşə prinsipləri və meyarları var. Sosial şəbəkələr isə bir növ qaydasız məkandır. Hər şey bu məkanda təmsil olunan şəxsin öz təfəkküründən və yanaşmasından, insanlara münasibətindən və fərdi məsuliyyətindən asılıdır.

– Sosial şəbəkələr media üçün informasiya mənbəyi ola bilərlərmi?

– Bəli, bu mümkündür. Yalnız o halda ki, media sosial şəbəkələrdə yayılmış bilginin doğruluğunu müəyyənləşdirsin. Media da, sosial şəbəkələr də cəmiyyətdə ifadə azadlığının dərinləşməsi baxımından mühüm platformalardır. Ancaq birinci, bir növ, keşikçidir. Yəni media ifadə azadlığının sui-istifadə mahiyyəti daşıyıb-daşımadığını müəyyənləşdirən indikatordur. Təəssüf ki, bir çox hallarda jurnalistlərin və media orqanlarının sosial şəbəkə profillərinin yaydıqları bilgiləri olduğu kimi ictimailəşdirdiyini görürük.

Ümumiləşdirmə apararaq deyə bilərəm ki, sosial şəbəkələrin təsiri fonunda medianın rolu dəyişməyib. Əksinə, bir çox hallarda medianın sosial şəbəkə üçün istinad mənbəyi olduğunu da görürük. Belə paylaşımlar daha populyar olur.

Başlıca məsələ medianın cəmiyyəti düşündürən məqamlara daha çox nüfuz etməsindədir. Əgər bu iş peşəkar səviyyədə aparılsa, cəmiyyət də fayda götürəcək, üstəlik, sosial şəbəkə seqmenti də dezinformasiya təmayüllərindən xilas olacaq.

Cəmiyyətin mediaya inamı nəticəsində sosial şəbəkələrdə yayılmış yanlış bilgi təsirsiz qalacaq. Zaman keçdikcə isə yanlış bilgi yayanlar bu yolla insanlara təsirin mümkünsüzlüyünü anlayacaqlar. Deməli, medianın ictimai məsuliyyətini dərindən dərk etməsinə, həssaslığına ehtiyac var.

– Süni intellektin jurnalistikaya təsirini necə qiymətləndirirsiniz?

– Mənim nəzərimdə süni intellekt jurnalistika üçün bir növ, köməkçi vasitədir. Əgər media nümayəndəsi ondan səmərəli şəkildə bəhrələnirsə, işi asanlaşacaq. Yəni süni intellektin hansısa mənfi təsirini görmürəm, əksinə, xeyrinin olduğu qənaətindəyəm. Mənfi təsir və risk daha çox, informasiya amilinə yanaşmalardadır. Yanaşmaların fəsadlı tərəflərini görürük. Məsələn, dezinformasiyalar, yəni məqsədli şəkildə yanlış xəbər yayıcılığı adi hal alıb. Bu, daha təhlükəlidir, nəinki süni intellektin varlığı.

Heç bir halda, süni intellekt ayrı-ayrı hadisə və proseslərə insanın, peşəkar jurnalistin baxışını formalaşdıra, onun kimi həssas düşünə bilməz. Əgər media və jurnalist süni intellektin mənfi təsiri ilə üzləşirsə, deməli, nəyisə düz etməyib. Üzləşməyənlər və işini səmərəli quranlar üçün isə yaradıcılığın üfüqləri genişdir.

– Bu gün Azərbaycan mediasında peşə etikası ilə bağlı problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

– Əlbəttə, peşəkarlıq səviyyəsini artırmaq üçün, ilk növbədə, jurnalistlərin öz üzərilərində işləmələri, daha çox mütaliə etmələri şərtdir. Digər tərəfdən, jurnalist peşəkarlığı məsələsinə institsional yanaşma müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda jurnalistika təhsili tələblər səviyyəsindədir. Amma peşənin sahələr üzrə diferensiallaşması hədəf götürülməlidir. Buna ixtisaslaşma, daha doğrusu, ixtisaslaşmanın dərinləşdirilməsi də demək mümkündür.

Jurnalistika təhsilinin institusional səviyyəyə çatdırılması zamanın tələbidir. Çünki qlobal informasiya əsrində yaşayırıq. İndiki durumda informasiya təhlükəsizliyi həm də milli təhlükəsizliyimizin ayrılmaz tərkib hissəsidir. Ona konseptual yanaşma mütləqdir. Bu yanaşma isə özünü təhsildə göstərməlidir. Deməli, jurnalistika təhsilinin komponentləri genişləndirilməlidir. Məsələn, yaxşı olar ki, jurnalistika və informasiya işi ilə bağlı ayrıca ali məktəb olsun. Nəzərə alaq ki, bu, strateji baxımdan da vacibdir.

Mütaliəli jurnalist dünyagörüşü zəngin şəxsiyyətdir, ziyalıdır. Deməli, o, həm də həssasdır. Jurnalist həssas olmalıdır ki, cəmiyyətə fayda versin.

Jurnalistikada hər dövrün öz çətinliyi var. Fikrimcə, müstəqilliyin ilk illəri daha çətin mərhələ idi. O anlamda ki, media və jurnalist üçün azadlıq mühüm amildir. 1998-ci ilədək isə senzura hökm sürürdü. Təsəvvür edin, yazı yazırsan, sabah qəzetə baxırsan ki, yazının hansısa hissələri yoxdur...

– Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərə və cəmiyyətə sözünüz, istəyiniz...

– Arzum budur ki, cəmiyyət və media bir-biri ilə daha sıx olsun. Hesab edirəm ki, bu tandem bir xalqın və dövlətin inkişafı baxımından son dərəcə vacibdir. Jurnalist nə qədər cəmiyyətin ahəngini duyub fəaliyyət göstərirsə, bir o qədər peşəkardır. Cəmiyyət nə qədər mediaya inanırsa və ona etimadla yanaşırsa, bir o qədər tərəqqipərvərdir. Mediamıza və cəmiyyətimizə xalqımızın və dövlətimizin inkişafı, rifahı naminə müştərək fəaliyyətində uğurlar arzulayıram.

– Maraqlı söhbət üçün təşəkkür edirik.

Söhbəti yazdı:
Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri