Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

AZAD SÖZ OLAN YERDƏ…

AZAD SÖZ OLAN YERDƏ…

Icma.az bildirir, Adelet.az portalına istinadən.

İnsan o vaxt hər şeyin qədrini bilir ki, olanlar onun əlindən çıxır. Bu da elə bil reallıqdır ki, itiriləndən sonra onu geri qaytarmaq ya çətin olur, ya da mümkün olmur. Bütün dünyada həmişə insanlar azad söz, düşüncə sərbəstliyi, demokratik  prinsiplər uğrunda mücadilə və mübarizə aparıblar. Bu yolda minlərlə  və daha da çox qurbanlar verilib. Başqa sözlə demiş olsaq, azadlığı vermirlər, azadlığı mücadilə ilə, döyüşlə, şəhid verməklə əldə edirlər. Və azadlıq da olan yerdə təbii ki, hüquqi, demokratik və  insan hüquqlarına xidmət edən dövlət yaranır. Bayaq dediyimiz kimi, bu dövləti yaratmaq, inkişaf etdirmək elə də asan məsələ deyil. O xalqlar,  o ölkələr buna nail olur ki, onlar bir yumruq kimi birləşir, ölkənin azadlığı və xoşbəxt gələcəyi üçün mübarizə aparır və günlərin birində də  istəyinə nail olur.

Azərbaycan da uzun illər demokratik, azad ölkə olmaq üçün böyük mübarizələr və müharibələr apardı. Bu yolda, yəni azadlığa gedən yolda şəhidlərimiz oldu. Amma şəhid verdik, müstəqilliyimizi, yeni dövlətimizi, demokratik və hüquqi ölkəmizi qurmağı bacardıq. Təbii ki, bu müstəqillik əldə ediləndən  sonra onun əsas atributlarından biri olan söz, mətbuat, fikir azadlığına yeni bir nəfəs verildi. Heç kimə sirr deyildir ki, istər Sovetlər dönəmində, istərsə də müstəqilliyin ilk mərhələsində mətbuat, söz  və fikir azadlığı sahəsində  müəyyən qadağalar, məhdudiyyətlər və problemlər var idi. Ona görə də sözün açığı, Avropa ölkələri və eləcə də mötəbər beynəlxalq qurumlar ölkəmizə isti münasibət  bəsləmirdi. Amma Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra bu sahədəki  durğunluq, problemlər və çətinliklər  zaman-zaman öz həllini  tapmağa başladı. İlk növbədə ənənəvi mətbuat olan çap mətbuatına böyük dəstək verildi. Qəzet nəşri sahəsində mövcud olan çətinliklər qısa zaman kəsiyində aradan qaldırıldı. Yəni əvvəllər  ölkəmizdə qırx, əlli qəzet çap olunurdusa, Heydər Əliyev hakimiyyətə gələndən sonra yüzlərlə qəzetin çap olunmasına və nəşrinə «yaşıl işıq» yandırıldı. 

Qəzet nəşri sahəsində  mövcud olan bürokratik əngəllər aradan qaldırılmağa  başlamaqla yanaşı, yeni addımlar atıldı. Başqa sözlə demiş olsaq, hər bir Azərbaycan vətəndaşı qəzet təsis etmək hüququna malik oldu.  Bununla yanaşı, ictimai rəyə təsir edən, cəmiyyət tərəfindən böyük səbirsizliklə gözlənilən və oxunan otuza qədər qəzetin maliyyə problemləri məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və köməyi hesabına öz həllini tapdı. Əgər Heydər Əliyev bu addımı atmasaydı, uzun illər çap olunan əksər qəzetlər «Azərbaycan» nəşriyyatına borclu olduğuna görə çapını  dayandırmalı idi. Amma Ümummilli Lider hər şeyi gözəl bildiyi kimi, mətbuat sahəsini də çox yaxşı bilirdi və Azərbaycan mətbuatına həm mənəvi, həm də maddi dəstək olurdu. 

Təbii ki, bu da  qəzet təsisçilərini və baş redaktorlarını çox sevindirirdi. Daha doğrusu, onlarda ruh yüksəkliyi yaradır, nikbinlik oyadır və Heydər Əliyev siyasi xəttinə dəstək olmağa sövq edirdi. Bununla yanaşı,  Ümummilli Liderin hakimiyyəti dövründə neçə-neçə özəl televiziya kanalları  fəaliyyətə başladı və bu kanallarda Azərbaycan dövlətçiliyi, ölkəmizldə mövcud demokratik dəyərlər, söz, mətbuat və fikir azadlığı yer aldı. Ümumiyyətlə, cəmiyyətdə gedən yeniləşmə prosesi Azərbaycan  vətəndaşlarında çox yüksək ovqat yaratmış və onların dövlətə və hakimiyyətə inamı birə-beş yüksəlmişdir. Ən azından ona görə ki, artıq Azərbaycanda yaranmış yeni sağlam mühit insanlara  öz fikir və düşüncələrini sərbəst surətdə  ifadə etmək imkanı qazandırmışdı.  Bütün bunlar ona  dəlalət edirdi ki, ölkəmiz demokratik, sivil bir yoldadır və bu yolda inamla addımlayır.

Əvvəllər ölkəmizdəki demokratik proseslərə ağız əyən, söz və mətbuat azadlığına dəyər verməyən Avropa ölkələri də sonradan reallıqla razılaşmağa başladı və istər-istəməz ölkəmizdə yaranmış nümunəvi proseslərə hörmətlə yanaşdılar. 

Aydındır ki, Azərbaycanda gedən söz, mətbuat və demokratik fikirlərin ifadə forması  ilk növbədə Kütləvi İnformasiya  Vasitələrində – qəzetlərdə, televiziyalarda, saytlarda öz əksini tapdı.  Ən azından ona görə ki, istənilən vətəndaşımız hər hansı yüksək vəzifəli məmurla bağlı öz tənqidi  qeydlərini, iradlarını nəinki yığıncaqlarda, görüşlərdə, hətta  müxtəlif mətbuat orqanlarında səsləndirməyə nail oldu. 

Ölkəmizin həyatında günbəgün böyük dəyişiklər baş verdi. Artıq Avropa ölkələrində və eləcə də digər ölkələrdən məmləkətimizə tanınmış siyasi xadimlər, dövlət başçıları, Qeyri-hökumət təşkilatlarının üzvləri, jurnalistlər gəldi. Onlar gördülər ki, həqiqətən Azərbaycan demokratik prinsiplərə, söz, mətbuat, fikir azadlığına çox sadiqdir. Çünki Azərbaycan prezidenti İlham Əliyev  Heydər Əliyev siyasi kursuna sədaqətli olmaqla bu xətti davam etdirmiş və ölkəmizdə söz, mətbuat, fikir, düşüncə azadlığına yeni bir  işıq yandırmışdır. Hətta xaricdən gələn və bizə dost olmayan  jurnalistləri belə Cənab prezident İlham Əliyev  qəbul edir, onlara  müsahibə verir, özünün  orijinal, unikal  demokratik fikirləri ilə onları  təəccübləndirirdi. 

Heç şübhəsiz, həmin jurnalistlər də Cənab prezidentlə  görüşəndən sonra ölkəmiz haqqında  müsbət fikirlər səsləndirirdilər. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün də Azərbaycan  ölkə prezidenti İlham Əliyevin maddi və mənəvi dəstəyi ilə  yeni inkişaf mərhələsinə qədəm qoyur, azad sözə, demokratik düşüncəyə və fikir azadlığına böyük önəm verir. 

Əlbəttə, o ölkələr dünyada hörmətlə xatırlanır ki, həmin dövlətlərdə insanların hüquqları qorunur, onlara yaşamaq və işləmək üçün demokratik mühit yaradılır, söz, mətbuat azadlığına  təkan verilir. Belə bir ölkədə yaşayan vətəndaşlar isə özlərini daha rahat, daha azad və daha sərbəst hiss edirlər! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Mart 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri