Icma.az
close
up
RU
Azad Xocalının ilk körpəsi

Azad Xocalının ilk körpəsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Babasının adı verilən Mehdi qoy onun taleyini yaşamasın

Xoş, günəşli 4 fevral səhərində Xocalı yeni doğulmuş çağa səsi ilə şadlandı, körpə qığıltısı gecənin qaranlığını pərən-pərən saldı. Düşmən tapdağından azad edildikdən sonra bu əzəli, əbədi türk yurdunda ilk dəfə dünyaya göz açan azərbaycanlı balası təkcə ailəsinə deyil, bütöv bir xalqa sevinc payı oldu. Hamımızın ürəyindən “bizə bu günləri bəxş edən Allaha şükürlər olsun” nidası qopdu.

“Xalq qəzeti”nin bölgə müxbiri olaraq Xocalı rayonunun Ballıca kəndində doğulan Mehdinin müjdəli xəbərini birinci paylaşmağın verdiyi qürurla Məmmədovlar ailəsinin qonağı olduq, tanrının bəxş etdiyi oğul payının sevincini, həyəcanını yaşayan atası İlqara, baba və nənəsinə gözaydınlığı verdik.

İlqar Məmmədov bizimlə söhbətində bildirdi ki, uşağın da, anası Sevanə xanımın da vəziyyəti qənaətbəxşdir:

– Səhərə yaxın Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə etdiyimiz zənglərə çox operativ reaksiya verildi və qısa müddətdə həm Xankəndi şəhərindən, həm də Şuşadan həkim briqadaları özlərini yetirdilər. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər, uşağın və anasının sağlamlığını nəzarət altında saxlamaq məqsədilə onları Bərdə rayon Doğum Evinə yerləşdirdilər. Fürsətdən istifadə edib hər zaman sağlamlığımızın keşiyində dayanan səhiyyə işçilərinə dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, zəng edən kimi gəldilər.

Babasının adını daşıyacaq Mehdinin çəkisi 3,7 kiloqram, boyu isə 51 santimetrdir. İlqar Məmmədov Xocalıda doğulmuş ilk körpənin valideyni olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini dedi:

– Ballıcaya köçdüyümüz, ata-baba yurdunda yenidən məskunlaşdığımız cəmi 15 gündür. Xəbəri eşidəndə yoldaydım, Bakıdan qayıdırdım. Həyəcandan heç bilmədim yolun qalanını necə gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm ki, işğaldan azad edildikdən sonra doğma Xocalıda ilk dünyaya gələn körpənin atasıyam!

Məlumat üçün qeyd edək ki, İlqar 2016-cı il aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçısıdır. Şanlı ordumuzun giziri kimi torpaqlarımızın azad edilməsi uğrunda neçə-neçə qanlı döyüşlərə qatılıb, iki dəfə yaralanıb. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, çoxsaylı təltifləri var. Ərazi bötüvlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ordu sıralarından tərxis olunsa da, Vətən qarşısındakı borcunu bitmiş hesab etməyib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı kimi mənfur düşmən tərəfindən minalanmış torpaqlarımızın təmizlənməsində iştirak edir.

Biz illər boyu bu günlərin xəyalı ilə yaşamışıq. Doğma ev-eşiyindən məcburi köçkün düşmüş insanlarımız hər oğul evləndirəndə, qız köçürəndə “gün o gün olsun ki, növbəti xeyir işlərimizi Qarabağımızda, Şərqi Zəngəzurumuzda edək, övladları o müqəddəs torpaqlarımızda doğulsun”, – deyə dualar etmişik. Bu gün Vətən yolunda canını qurban vermiş şəhidlərimizin, sağlamlığını itirmiş qazilərimizin və sarsılmaz qətiyyəti, polad iradəsi sayəsində Azərbaycanı qalib ölkəyə çevirmiş müzəffər Ali Baş Komandanımızın sayəsində dualarımızın qəbul olunduğu, xəyallarımızın reallığa çevrildiyi gündür. Bundan sonra yeni xocalılılar Mehdi kimi öz ata-baba yurdlarında doğulacaqlar. Qədəmlərin mübarək, oğul bala, azad yurdunda xoşbəxt böyü!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri