Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Azad yaşamaq xalqımızın susmayan milli ruhudur

Azad yaşamaq xalqımızın susmayan milli ruhudur

Icma.az, Modern.az saytına istinadən bildirir.

1920-ci ildə cildini dəyişmiş Rusiya imperiyası yenicə bərpa olunan dövlətçiliyimizin müqəddəs rəmzini – üçrəngli bayrağımızı endirərək cümhuriyyətimizi qəsd etdikdən sonra davam edən qanlı represiyalara baxmayaraq davamlı məhrumiyyətlər yaşasaq da, saysız qurbanlar versək də, azadlıq eşqimizi qəlbimizdə qoruduq və zamanı gözlədik. Azad yaşamaq bizim xalq olaraq ilahi haqqımız, insanlıq payımız idi. Biz bu haqqa yetişməli, bu paya sahib çıxmalı idik. Ən nəhayət, biz də insanlıq haqqını qazanmış xalqlar kimi azad yaşamaq üçün doğulmuşuq.

70 il sonra imperiyaya, onun məkrli siyasətinə etiraz olaraq meydanlara axışan xalqımızın azadlıq istəyinə imperiya cəlladları bu dəfə də süngü ilə cavab verdi. 1990-cı ilin 20 yanvarında xalqımızın haqq səsi gülləboran edildi, ölkəmiz ağır faciə yaşadı. Sovet qoşunları Bakı və digər şəhərlərimizdə xalqın üzərinə silahlı ordu yeritdi. Dinc əhaliyə qarşı hərbi güc tətbiq olundu. Dünya qanlı imperiyanın qeyri-insani rəftarına növbəti dəfə şahid oldu. 20 yanvar gecəsi xalqın azadlıq istəyinə, milli mücadiləsinə qəddarlıqla divan tutulması çoxsaylı insan itkisi ilə nəticələndi.

Bütün bunların fonunda keçmiş SSRİ rəhbərliyinin birbaşa tapşırığı əsasında bu ağır cinayəti ört-basdır etmək məqsədi ilə dövlət televiziyasının enerji bloku partladılaraq Azərbaycan informasiya blokadasına salındı. Kütləvi həbslər, təqiblər başlandı.

Tarixin dönə-dönə qeyd etdiyi kimi, öz Vətənini, azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur!

Amma imperiya ağaları bunu anlamadılar. Başa düşmədilər ki, azad yaşamaq Azərbaycan xalqının təkcə istəyi deyil, layiq olduğu həyat tərzidir, susmayan milli ruhudur. Onlar görə bilmədilər ki, xalqımız gec-tez buna nail olacaq!

 20 Yanvar faciəsindən sonra respublika rəhbərliyi və meydan qəhrəmanlarının yoxa çıxması isə onun təsdiqi idi ki, xalqın önündə Heydər Əliyev kimi həqiqi lider yoxdur. Zaman göstərdi ki, o zaman Ümummilli lider ölkədə olsaydı və xalqın önündə getsəydi, Azərbaycan bu faciəni yaşamayacaqdı. Amma Ulu öndər Heydər Əliyev siyasi səhnədə deyildi. Xalqın qüdrətli oğlu Kremlin Azərbaycana qarşı  ikiüzlü, riyakar, nəticə etibarilə düşmən siyasətinə etiraz əlaməti olaraq SSRİ rəhbərliyindən istefa vermişdi. Lakin Heydər Əliyev bütün təhdidlərə, təqiblərə, həyatı üçün yarana biləcək təhlükəyə baxmayaraq 20 Yanvar faciəsi ilə əlaqədar Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək cəsarətlə bu hadisəni törədən məsuliyyətsiz Qorbaçov rejimini kəskin şəkildə tənqid etdi. Böyük siyasət xadimi bu faciəni hüquqa, demokratiyaya və humanizm prinsiplərinə zidd hesab edərək haqq səsimizi bütün dünyaya çatdırdı.

 Unudulmaz Heydər Əliyev həmin vaxt heç bir vəzifə daşımasa da onun qlobal arenada böyük nüfuzu və şöhrəti faciə ilə bağlı dünyada geniş əks-səda yaratdı. Ulu öndər sübut etdi ki, xalqı sevmək, onun yanında olmaq üçün təkcə vəzifə lazım deyil. Xalqın təəssübünu çəkmək üçün vətəndaş olmaq da kifayətdir.

Amma o vaxtkı Azərbaycan rəhbərliyi bu gerçəyi, yaranmış tarixi məsuliyyəti dərk etmədi və bunun nəticəsi olaraq Azərbaycan matəmə qərq oldu, özləri isə iflas oldular!

Zaman keçdi, müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunanlar da bu hadisəyə siyasi, hüquqi qiymət vermədilər, heç bu tarixi faciəni müzakirəyə belə çıxarmadılar. Bütün bunlar xeyli sonra – Ulu öndər xalqın tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasına başlayandan sonra gerçəkləşdi.

Xalqımızın  milli azadlıq hərəkatının zirvə nöqtəsi olan 20 Yanvar faciəsinə məhz Ulu öndərin rəhbərliyi ilə parlamentdə hüquqi-siyasi qiymət verildi. Bununla yanaşı, Ümummilli lider faciə qurbanlarının sosial müdafiəsini  diqqət mərkəzində saxladı, onların  müqəddəs adlarının əbədiləşdirilməsi istiqamətində mütərəqqi addımlar atdı, şəhid ailələrinə hər zaman həssaslıqla yanaşdı.

Sonrakı illərdə şəhidlərin xatirəsinə dərin hörmət və ehtiram göstərən Prezident İlham Əliyev də onların ailə üzvlərinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırdı. Ölkə başçısının təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün sosial müdafiə sistemi yaradıldı. 20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olundu. Bundan başqa Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldıldı  ki, bura da ziyarət və and yerimizdir.

20 Yanvar təkcə ümummilli hüzn günü deyil, eyni zamanda azadlıq arzusu ilə yaşayan xalqımızın qəhrəmanlıq salnaməsidir. Dünya bir daha şahid oldu ki, təpədən-dırnağadək silahlanmış azğın düşmənin qarşısına əliyalın çıxan Azərbaycan xalqı hər cür alqışa layiqdir. Biz müstəqilliyimizi də belə qazandıq, ərazi bütövlüyümüzu də belə təmin etdik. Tarix sübut edib ki, milli birliyimiz xilas yolumuzdur!

Bu qüdrətin qabağında nə imperiya, nə də düşmənlərimiz duruş gətirə bilməyərək rüsvayçı şəkildə məğlub oldular. Qalib Azərbaycan xalqı oldu.

20 Yanvar şəhidlərinin arzusu olan müstəqil Azərbaycanın bu gün imzası imzalar içində, bayrağı layiq olduğu ənginliklərdə qürurla dalğalanır! Bir Vətən övladı üçün bundan xoşbəxt nə ola bilər? Biz qan verərək milli xoşbəxtliyə nail olduq, tarixi haqqımızı qazandıq və qanını xalqın azadlığı üçün axıdanlar and yerimiz, müqəddəslik simvoluna çevrildi. Prezident İlham Əliyev demişkən, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib! 

Şəhidlərimiz təkcə təqvimin 20 Yanvar günündə deyil, bir ömür hər birimizin qəlbində, ürəyinədədir. Onların ruhu müstəqil Azərbaycan naminə bizimlə əbədi yol gedir. Yurdumuzun bu xoş gününü görməsələr belə, dünyanı titrədən mücadilələri ilə bu uğurumuzun ilkin imza sahibləridir.

Qarşınızda baş əyirik!

Rəşad Mahmudov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri