Azad Zəngilanda ilk Şəhər Günü FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təqvimimizə yazılıb.
Redaktor.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilanda ilk dəfə Şəhər Günü keçirilir.
Bayram tədbirləri Gəncə Dövlət Milli Dram Teatrının Şarl Perronun məşhur “Çəkməli pişik” nağılı əsasında hazırladığı eyniadlı tamaşanın nümayişi ilə başlanıb.
Zəngilan Konqres Mərkəzinin böyük zalında təqdim edilən səhnə əsərini Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov və doğma yurda qayıtmış zəngilanlı uşaqlar və onların valideynləri, rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.
Quruluşçu rejissoru Elşad Əhmədov olan tamaşada Ümid Orucov, Zeynəb Hüseynova, Ruslan Hüseynov, Fərid Vəliyev, Elmir Məmmədov, Murad Meyfəliyev, Mayan Hüseynova, Aysu Kəngərli, Samir Abbasov, Zaur Əhmədov və Seymur Məmmədov rol alıblar.
Nağıl janrında hazırlanan tamaşa ağıllı və hiyləgər Çəkməli pişiyin macəralarından bəhs edir.
Səhnə əsəri uşaqları rəngarəng nağıl dünyasına aparıb, böyük maraqla qarşılanıb.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Oktyabr 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















