Icma.az
close
up
RU
İlk azad edilən şəhər

İlk azad edilən şəhər

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

   İnkarolunmaz həqiqətdir ki, Azərbaycanın qazandığı  qələbələr, bütün sahələrdə əldə etdiyi çoxsaylı uğurlar, nailiyyətlər  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətinin  nəticəsidir. Bütün bunların   təməli 1993-cü ildə xalqın təkidli tələbindən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. O dövrdə ölkənin qarşılaşdığı xaos və parçalanma təhlükəsi şəraitində Ümummilli Liderin həyata keçirdiyi uğurlu islahatlar müstəqil dövlətçiliyin əsaslarını qoruyub saxlamaqla bərabər, uzunmüddətli strateji hədəfləri də müəyyən etdi. Zəfərə aparan  yolun ilk və ən həlledici mərhələsi məhz bu dövrə təsadüf edir.

     Dahi Şəxsiyyət Heydər Əliyev yalnız siyasi və hərbi sahədə deyil, həm də ideoloji müstəvidə də möhkəm təməllər qurdu. Onun əsasını qoyduğu  azərbaycançılıq ideologiyası bu gün hər bir vətəndaşın milli kimliyini formalaşdıran dəyərə çevrilib. Xalqın birliyi Vətənə, torpağa bağlılığı, şəhidlik anlayışının müqəddəsliyi və vətənpərvərlik ruhunun cəmiyyətə aşılanması bu ideologiyanın əsas ana xəttidir. Ulu Öndər hər zaman qeyd edirdi: "Biz torpaqlarımızı sülh yolu ilə, amma lazım gələrsə, hərbi yolla da azad etməyə hazır olmalıyıq". Bu strateji yanaşma Azərbaycan dövlətinin Qarabağ məsələsində dəyişməz mövqeyinin əsasını təşkil etdi. Ulu Öndərin diplomatik fəaliyyəti nəticəsində Azərbaycan dünyada tanınan, regional liderliyə, qüdrətli bir dövlətə çevrildi.

     Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev bu gün uğurla davam etdirir. Xüsusilə, 2003-cü ildən sonra Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadi dayanıqlılığının təmin edilməsi bu strateji xəttin tərkib hissəsi oldu. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.

      Altı il bundan əvvəl, 2020-cil il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı təxribatları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu, yaralandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücuma keçərək düşməni sarsıtdı. Azərbaycan Ordusu düşmənə ciddi zərbə vuraraq 30 ilə yaxın davam edən həsrətə 44 gün ərzində son qoydu. Nəticədə 2020-ci il noyabrın 8-də Vətən müharibəsi Azərbaycan Ordusunun Böyük Zəfəri ilə başa çatdı. Bu tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin illərlə formalaşdırdığı dövlətçilik strategiyası nəticəsində qazanıldı.

     Qeyd etmək lazımdır ki, Böyük Zəfərdən xeyli əvvəl, 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.

     Vətən müharbəsinin ilk günü Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Elə həmin gün   günorta saatlarında Azərbaycanın Müdafiə Nazirliyi  tərəfindən  Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyi bildirildi. 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri,              4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu            27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

     Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. 

     İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

     Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır, Cəbrayıllılar doğma yurdlarına qayıdır.

     Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin  2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayılın azadlığının təntənə günüdür. Cəbrayıllılar və bütün  xalqımız bu günü böyük təmtəraqla qeyd edirlər.

Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri